Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-657/2021 04.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 08.12.2019-cu il tarixli müqavilə üzrə 184.40 manat ödənilməmiş hissə, 57 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 2100,80 manat ödənilməmiş hissə, 475 manat dəbbə, 08.01.2020-ci il tarixli müqavilə üzrə 437.60 manat ödənilməmiş hissə, 15 manat dəbbə borcu olmaqla, cəmi 3269.80 (üç min iki yüz altmış doqquz manat, səksən qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08.12.2019-cu il, 28.02.2020-ci il və 08.01.2020-ci il tarixli müqavilələrə əsasən LG LED TV, Soyuducu Samsung və İMEİ kod **********59412 Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 3269.8 (üç min iki yüz altmış doqquz, səksən qəp) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1350 (min üç yüz əlli) manat (18 ay x 75 manat + 65 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə, 241.4 (iki yüz qırx bir manat, qırx qəpik) manat olmaqla ondan, 184.4 (yüz səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.02.2020-ci il tarixli müqavilələyə əsasən, alqı-satqı qiyməti 2224.8 (iki min iki yüz iyirmi dörd manat, səksən qəpik) manat (18 ay x 123.6 manat + 0 manat ilkin ödəniş) Soyuducu Samsung üçün ümumilikdə, 2575.8 (iki min beş yüz yetmiş beş maanat, səksən qəpik) manat olmaqla ondan, 2100.8 (iki min yüz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 475 (dörd yüz yetmiş beş) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.01.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 651.6 (altı yüz əlli bir manat, altmış qəpik) manat (12 ay x 54.3 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********59412 Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə, 452.6 (dörd yüz əlli iki manat, altmış qəpik) manat olmaqla ondan, 437.6 (dörd yüz otuz yeddi manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 1503.6 manat təşkil edir.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Məhkəmə iclasına gəlməmişdir. Cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1350 manat olan LG LED TV, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2224.80 mannat olan Soyuducu Samsung və 08.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 651.60 manat olan amsung Galaxy A30s markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 08.12.2019-cu il tarixli müqavilə üzrə 65 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 75 manat olmaqla 18 ay müddətinə,28.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 123.60 manat olmaqla 18 ay müddətinə və 08.01.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 54.30 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 08.12.2019-cu il, 28.02.2020-ci il və 08.01.2020-ci il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğdən 1503.60 manat ödəniş etmiş, onun 08.12.2019-cu il tarixli müqavilə üzrə 184.40 manat ödənilməmiş hissə, 57 manat dəbbə, 28.02.2020-ci il tarixli müqavilə üzrə 2100,80 manat ödənilməmiş hissə, 475 manat dəbbə, 08.01.2020-ci il tarixli müqavilə üzrə 437.60 manat ödənilməmiş hissə, 15 manat dəbbə borcu olmaqla, cəmi 3269.80 (üç min iki yüz altmış doqquz manat, səksən qəpik) manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən 08.12.2019-cu il tarixli müqaviləyə əsasən 57 manat dəbbə və 28.02.2020-ci il tarixli müqaviləyə əsasən 475 manat dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş 08.12.2019-cu il tarixli müqavilə üzrə 184.40 manat məbləğində borc üçün tələb etdiyi 57 manat məbləğində dəbbə pulu və 28.02.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2100.80 manat ödənilməmiş borc üçün 475 manat dəbbə pulunun tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 08.12.2019-cu il tarixli müqaviləyə əsasən 57 manat dəbbə pulu azaldılaraq 20 manat və 28.02.2020-ci il tarixli müqaviləyə əsasən 475 manat dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 08.12.2019-cu il tarixli müqavilə üzrə 184.40 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqavilə üzrə 2100,80 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu, 08.01.2020-ci il tarixli müqavilə üzrə 437.60 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, cəmi 2957.80 (iki min doqquz yüz əlli yeddi manat, səksən qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 08.12.2019-cu il tarixli müqavilə üzrə 184.40 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqavilə üzrə 2100,80 manat ödənilməmiş hissə, 200 manat dəbbə pulu, 08.01.2020-ci il tarixli müqavilə üzrə 437.60 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu olmaqla, cəmi 2957.80 (iki min doqquz yüz əlli yeddi manat, səksən qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-657/2021
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-657/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver