Məhkəmə qərarları › İş №2(034)-674/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-674/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-674/2021 16.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Salahova Şahnaz Səməd qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 04.09.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********32849 olan Samsung J2 markalı telefon üçün 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə pulu, 04.03.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76506 ülan Samsung J2 markalı telefon üçün 143 manat ödənilməmiş hissə, 43 manat dəbbə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99397 olan Samsung Galaxy A10 markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 37 manat dəbbə, 25.07.2019-cu i! tarixli müqaviləsinə əsasən, LG LED TV, Sonorous Surefix asqı, Üzqırxan Panasonic üçün 971 manat ödənilməmiş hissə, 290 manat dəbbə, 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, X6, Balis - Yumsaq, Mira - Metbex - Masa, Mira – Metbex-stul üçün 1605 manat ödənilməmiş hissə, 501 manat dəbbə, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən, EVA mebel, Trend Kreslo üçün 781manat ödənilməmiş hissə, 234 manat dəbbə pulu,11.11.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********11432, 35 "**********5 olan Samsung Galaxy A50 və Nokia 106 Dual markalı telefon üçün 419 manat ödənilməmiş hissə, 124 manat dəbbə pulu, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********57063 olan Samsung Galaxy A30s markalı telefon üçün 511.8 manat ödənilməmiş hissə, 151 manat dəbbə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********99507 olan Samsung Galaxy A40 markalı telefon üçün 551.4 manat ödnilməmiş hissə, 155 manat dəbbə pulu olmaqla, cəmi 6672.2 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2018-ci il, 04.03.2019-cu il, 21.06.2019-cu il, 25.07.2019-cu il, 05.10.2019-cu il, 11.11.2019-cu il, 21.02.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********32849, **********76506, **********99397, **********11432, 3577**********5, **********57063 və **********99507 olan 2 ədəd Samsung J2, Samsung Galaxy A10, Samsung Galaxy A50, Nokia 106 Dual, Samsung Galaxy A30s və Samsung Galaxy A40 markalı telefon, LG LED TV, Sonorous Surefix asqı, Üzqırxan Panasonic, X7, Balis - Yumsaq, Mira – Mətbəx – Masa, Mira – Mətbəx - Stul, EVA mebel, Trend Kreslo almış və nəticədə 6672.2 (altı min altı yüz yetmiş iki, iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 456 (dörd yüz əlli altı) manat (19 ay x 24 manat ~ 0 manat ilkin ödəniş) İMEİ Kodu **********32849 olan Samsung J2 markalı telefon üçün ümumilikdə, 31 (otuz bir) manat olmaqla ondan, 24 (iyirmi dörd) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, 04.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 432 (dörd yüz otuz iki) manat (18 ay x 24 manat - 0 manat ilkin ödəniş) İMEİ kodu **********76506 olan Samsung J2 markalı telefon üçün ümumilikdə 186 (yüz səksən altı) manat olmaqla ondan, 143 (yüz qırx üç) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat dəbbə pulu, 21.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 394 (üç yüz doxsan dörd) manat (12 ay x 31 manat + 22 manat ilkin ödəniş) İMEİ kodu **********99397 olan Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə 161 (yüz altmış bir) manat olmaqla ondan, 124 (yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat dəbbə pulu, 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1584 (min beş yüz səksən dörd) manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) LG LED TV, Sonorous Surefix asqı, Üzqırxan Panasonic üçün 1261 (min iki yüz altmış bir) manat olmaqla ondan, 971 (doqquz yüz yetmiş bir) manat ödənilməmiş hissə, 290 (iki yüz doxsan) manat dəbbə pulu, 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3044 (üç min qırx dörd) manat (20 ay x 152 manat + manat 4 ilkin ödəniş) X6, Balis - Yumsaq, Mira – Mətbəx - Masa, Mira – Mətbəx - Stul üçün ümumilikdə 2106 (iki min yüz altı) manat olmaqla ondan, 1605 (min altı yüz beş) manat ödənilməmiş hissə, 501 (beş yüz bir) manat dəbbə pulu, 05.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 920 (doqquz yüz iyirmi) manat (20 ay x 46 manat + 0 manat ilkin ödəniş) EVA mebel, Trend Kreslo üçün ümumilikdə 1015 (min on beş) manat olmaqla ondan, 781 (yeddi yüz səksən bir) manat ödənilməmiş hissə, 234 (iki yüz otuz dörd) manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 838 (səkkiz yüz otuz səkkiz) manat (12 ay x 69 manat + 10 manat ilkin ödəniş) İMEİ kodu **********11432, 3577**********5 olan Samsung Galaxy A50 və Nokia 106 Dual markalı telefon üçün ümumilikdə 543 (beş yüz qırx üç) marat olmaqla ondan, 419 (dörd yüz on doqquz) manat ödənilməmiş hissə, 124 (yüz iyirmi dörd) manat dəbbə pulu, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 682.8 (altı yüz səksən iki, səksən qəpik) manat (12 ay x 56.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********57063 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 662.8 (altı yüz altmış iki, səksən qəpik) manat olmaqla ondan, 511.8 (beş yüz on bir, səksən qəpik) manat ödənilməmiş hissə, 151 (yüz əlli bir) manat dəbbə pulu, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 671.4 (altı yüz yetmiş bir, qırx qəpik) manat (9 ay x 74.6 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********99507 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 706.4 (yeddi yüz altı, qırx qəpik) manat olmaqla ondan, 551.4 (beş yüz əlli bir, qırx qəpik) manat ödənilməmiş hissə, 155 (yüz əlli beş) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, cəmi ödədiyi məbləğ 539 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 900 manat, ümumulikdə, 1439 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2453 manat təşkil edir.Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddanın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 456 manat olan Samsung J2 markalı telefonu, 04.03.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 432 manat olan Samsung J2 markalı telefonu, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 394 manat olan Samsung Galaxy A 10 markalı telefonu, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1584 manat olan LG LED TV, Sonorous Surefix asqı, Üzqırxan Panasonic, 25.07.2019-cu il tarixli müqaliyə əsaəsn alqı-satqı qiyməti 3044 manat olan X6, Balis - Yumsaq, Mira - Metbex - Masa, Mira – Metbex-stul, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 920 manat olan EVA mebel, Trend Kreslo, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 838 manat olan Samsung Galaxy A50 və Nokia 106 Dual markalı telefonu, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 682.80 manat olan Samsung Galaxy A30 markalı telefonu, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 671.40 manat olan Samsung Galaxy A40 manat olan telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 04.09.2018-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz hər ayın ödəniş haqqı 24 manat olmaqla 19 ay müddətinə, 04.03.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 24 manat olmaqla 24 ay müddətinə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 22 manat ilkin ödənişli, hər ayın ödəniş ödəniş haqqı 31 manat olmaqla, 12 ay müddətinə, 25.07.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqıv 88 manat omaqla 18 şay müddətinə, 25.07.2019-cu il tparixli müqavilə üzrə 4 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı152 manat olmaqla, 20 ay müddətinə,05.10.2019-cu il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 46 manat olmaqla 20 ay müddətinə, 11.11.2019-cu il tarixli müqavilə üzrə 10 manat ilkin ödənişli hər ayın ödəiş haqqı 69 manat olmaqla, 12 ay müddətinə, 21.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 56.90 manat olmaqla, 12 ay müdədtinə, 21.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 74.60 manat olmaqla, 9 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 25.07.2019-cu il tarixli müqaviləsinə əsasən, cəmi ödədiyi məbləğ 539 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 900 manat, ümumulikdə, 1439 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2453 manat təşkil edir. Onun 04.09.2018-ci il tarixli müqavilə üzrə 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə, 04.03.2019cu il tarixli müqavilə üzrə 143 manat ödənilməmiş hissə, 43 manat dəbbə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 124 manat ödənilməmiş hissə,37 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 971 manat ödənilməmiş hissə, 290 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 1605 manat ödənilməmiş hissə, 501 manat dəbbə, 05.10.2019-cu il tarixli müqavilə üzrə 781 manat ödənilməmiş hissə, 234 manat dəbbə, 11.11.2019-cu il tarixli müqavilə üzrə 419 manat ödənilməmiş hissə, 124 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 511.80 manat ödənilməmiş hissə, 151 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 551.40 manat ödənilməmiş hissə, 155 manat dəbbə borcu olmaqla, cəmi 6672,20 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə alınması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». İddiaçı MMC tərəfindən irəli sürülən 04.03.2019-cu il tarixli müqaviləyə əsasən 43 manat dəbbə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 37 manat dəbbə, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 290 manat dəbbə, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 501 manat dəbbə,05.10.2019-cu il tarixli müqaviləyə əsasən 234 manat dəbbə, 11.11.2019 manat müqaviləyə əsasən 124 manat dəbbə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 151 manat dəbbə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 155 manat dəbbə pulunun ödənilməsi barədə tələb isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab edir ki, MMC-nin ödənilməmiş tələb üzrə tələb etdiyi 04.09.2019-cu il tarixli müqaviləyə əsasən 43 manat dəbbə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 37 manat dəbbə, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 290 manat dəbbə, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 501 manat dəbbə, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən 234 manat dəbbə, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən 124 manat dəbbə 21.02.2019-cu il tarixli müqaviləyə əsasən 151 manat dəbbə, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 155 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə MMC-nin tələb etdiyi 04.03.2019-cu il tarixli müqaviləyə əsasən 43 manat dəbbə pulu azaldılaraq 10 manat, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən 37 manat dəbbə pulu azaldılaraq 10 manat, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 290 manat dəbbə pulu azaldılaraq 100 manat, 25.07.2019-cu il tarixli müqaviləyə əsasən 501 manat dəbbə pulu azaldılaraq 120 manat, 05.10.2019-cu il tarixli müqaviləyə əsasən 234 manat dəbbə pulu azaldılaraq 70 manat, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən 124 manat dəbbə pulu azaldılaraq 40 manat, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 151 manat dəbbə pulu azaldılaraq 50 manat, 21.02.2020-ci il tarixli müqaviləyə əsasən 155 manat dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 04.09.2018-ci il tarixli müqavilə üzrə 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə, 04.03.2019-cu il tarixli müqavilə üzrə 143 manat ödənilməmiş hissə,10 manat dəbbə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 124 manat ödənilməmiş hissə, 10 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 971 manat ödənilməmiş hissə, 100 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 1605 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 05.10.2019-cu il tarixli müqavilə üzrə 781 manat ödənilməmiş hissə, 70 manat dəbbə, 11.11.2019-cu il tarixli müqavilə üzrə 419 manat ödənilməmiş hissə, 40 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 511.80 manat ödənilməmiş hissə, 50 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 551.40 manat ödənilməmiş hissə, 50 manat dəbbə borcu olimaqla, cəmi 5587.20 (beş min beş yüz səksən yeddi manat, iyirmi qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 222-ci maddələrinə rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 04.09.2018-ci il tarixli müqavilə üzrə 24 manat ödənilməmiş hissə, 7 manat dəbbə, 04.03.2019-cu il tarixli müqavilə üzrə 143 manat ödənilməmiş hissə,10 manat dəbbə, 21.06.2019-cu il tarixli müqavilə üzrə 124 manat ödənilməmiş hissə, 10 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 971 manat ödənilməmiş hissə, 100 manat dəbbə, 25.07.2019-cu il tarixli müqavilə üzrə 1605 manat ödənilməmiş hissə, 120 manat dəbbə, 05.10.2019-cu il tarixli müqavilə üzrə 781 manat ödənilməmiş hissə, 70 manat dəbbə, 11.11.2019-cu il tarixli müqavilə üzrə 419 manat ödənilməmiş hissə, 40 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 511.80 manat ödənilməmiş hissə, 50 manat dəbbə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 551.40 manat ödənilməmiş hissə, 50 manat dəbbə borcu olimaqla, cəmi 5587.20 (beş min beş yüz səksən yeddi manat, iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar