Məhkəmə qərarları › İş №2(034)-679/2021

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-679/2021

25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-679/2021 25.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclasının katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3000 manat dəyərində maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən «iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə» məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar