Məhkəmə qərarları › İş №2(034)-746/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-746/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-746/2021 17.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 19.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********60241 olan Disco Boom markalı telefon üçün 27.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunara 3 manat cərimə, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********41246 olan X2 8 markalı telefon üçün 373.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG markalı yaddaş kartı üçün 11.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 manat cərimə, 02.07.2020-ci ii tarixli müqaviləyə əsasən, Extender markalı modem üçün 56.50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə, 27.02.2020-ci ii tarixli müqaviləyə əsasən, İMEİ Kod« **********97401 olan Huawei markalı planşet üçün 410.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 manat cərimə borcu olmaq, cəmi 965,50 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020, 05.05.2020, 12.03.2020, 02.07.2020 və 27.02.2020-ci il tarixli müqavilələlərə əsasən, İMEİ Kodları **********60241 olan Disco Boom, **********41246 olan X1 8 markalı telefonlar, **********97401 olan Huawei markalı planşef, Extender modem və SAMSUNG markalı yaddaş kartı almış və nəticədə 965.50 manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 110.40 manat (12 ay x 9.2 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********60241 olan Disco Boom markalı telefon üçün ümumilikdə, 30.10 manat olmaqla ondan, 27.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunara 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 605.20 manat (12 ay x 47.1 manat + 40 manat ilkin ödəniş) İMEİ Kodu **********41246 olan X2 8 markalı telefon üçün ümumilikdə, 410.10 manat olmaqla ondan, 373.10 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.03.2020 ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 34.20 ınanat (6 ay x 5.7 manat +0 manat ilkin ödəniş) SAMSUNG markalı yaddaş kartı üçün ümumilikdə, 12.40 manat olmaqla, ondan 11.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.07.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 67.80 manat (6 ay x 11.3 manat + 0 manat ilkin ödəniş) Extender markalı modem üçün ümumilikdə, 61.50 manat olmaqla ondan, 56.50 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27.02.2020-ei il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.60 manat (12 ay x 51.3 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********97401 olan Huawei markalı planşet üçün ümumilikdə, 451.40 manat olmaqla, ondan 410.40 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 554,7 manat təşkil edir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilən qanunvericiliyinin tələbini əsas götürərək işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edirəm və aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 110.40 manat olan Disco Boom, 05.05.2020-xi il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 605.20 manat olan X2 8 markalı telefon, 12.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 34.20 manat olan Samsung markalı yaddaş kartı, 02.07.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 67.80 manat olanq Extenlder markalı modemi, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 615,60 manat olan Huawei markalı planşeti cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür. Cavabdeh isə 19.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 9.20 manat olmaqla 12 ay müddətinə, 05.05.2020-ci il tarxli müqavilə üzrə 40 manat ilkin ödənişli, hər ayın ödəniş haqqı 47.10 manat olmaqla 12 ay müddətinə, 12.03.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 5.70 manat olmaqla, 6 ay müddətinə, 02.07.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 11.30 manat olmaqla, 6 ay müddətinə, 27.02.2020-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 51.30 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 600-cı maddəsinə müvafiq olaraq MMC ilə cavabdeh arasında əşyanın nisyə satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, iddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəldən göründüyü kimi, cavabdeh aldığı əşyaya görə İddiaçı MMC-yə 19.02.2020, 05.05.2020, 12.03.2020, 02.07.2020 və 27.02.2020-ci il tarixli müqavilələr üzrə ödənilməli olan məbləğdən 554,70 manat ödəniş etmiş, onun 19.02.2020-ci il tarixli müqavilə üzrə 27.10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 05.05.2020-ci il tarixli müqavilə üzrə 373.10 manat ödənilməmiş hissə, 37 manat cərimə, 12.03.2020-ci il tarixli müqavilə üzrə 11.40 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.07.2020-ci il tarixli müqavilə üzrə 56.50 manat ödənilməmiş hissə, 5 manat cərimə, 27.02.2020-ci il tarixli müqavilə üzrə 410.40 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu olmaqla, cəmi 965.50 manat borcu yaranmışdır. İddiaçı həmin ödənilməmiş məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən MMC-nin bu tələbi qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 600-cı maddəsinə əsasən, «alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Həmin Məcəllənin 601-ci maddəsindən göründüyü kimi, «əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir». Həmçinin, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan əlavə Azərbyacan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Eyni Məcəlləninin 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Odur ki, qeyd olunanlara əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.02.2020-ci il tarixli müqavilə üzrə 27.10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 05.05.2020-ci il tarixli müqavilə üzrə 373.10 manat ödənilməmiş hissə, 37 manat cərimə, 12.03.2020-ci il tarixli müqavilə üzrə 11.40 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.07.2020-ci il tarixli müqavilə üzrə 56.50 manat ödənilməmiş hissə, 5 manat cərimə, 27.02.2020-ci il tarixli müqavilə üzrə 410.40 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu olmaqla, cəmi 965.50 manat borc tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Ərizə təmin edilsin. Cavabdeh 19.02.2020-ci il tarixli müqavilə üzrə 27.10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 05.05.2020-ci il tarixli müqavilə üzrə 373.10 manat ödənilməmiş hissə, 37 manat cərimə, 12.03.2020-ci il tarixli müqavilə üzrə 11.40 manat ödənilməmiş hissə, 1 manat cərimə, 02.07.2020-ci il tarixli müqavilə üzrə 56.50 manat ödənilməmiş hissə, 5 manat cərimə, 27.02.2020-ci il tarixli müqavilə üzrə 410.40 manat ödənilməmiş hissə, 41 manat cərimə borcu olmaqla, cəmi 965.50 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1(bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar