Məhkəmə qərarları › İş №2(034)-828/2021

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-828/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-828/2021 11.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Zəngilan rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı tələbinə dair» ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Zəngilan rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı tələbinə dair» ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Səfibəyli kənd orta məktəbində işlədiyi illərin nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Odur ki, Ərizəçi maraqlı şəxs Zəngilan rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı tələbinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi maraqlı şəxs Zəngilan rayon Dövlət Sosial Müdafiə Fonduna qarşı «əmək stajı tələbinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar