Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-855/2021 01.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktına düzəliş olunması tələbinə dair» ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktına düzəliş olunması tələbinə dair» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, X1 13 saylı doğum akt qeydində doğum tarixinin 08.07.1951-ci il tarixindən 17.07.1951-ci il tarixə düzəliş edilərək hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Odur ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktına düzəliş olunması tələbinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktına düzəliş olunması tələbinə dair» ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-855/2021
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-855/2021
01.12.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver