Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 2(034)-856/2021 01.12.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Mən, Zəngilan Rayon Məhkəməsinin hakimi İmanova Gülsarə Kərimovna, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı «əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı «əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, onun 21.01.1982-ci ildən 03.02.1994cü ilə kimi Yenikənd orta məktəbində təsərrüfat müdri işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizə və ona əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Odur ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı «əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149- 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi filialına qarşı «əmək münasibətlərində olma faktının müəyyən olunması” tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-856/2021
Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №2(034)-856/2021
01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver