Məhkəmə qərarları › İş №2(035)-1005/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-1005/2025

18.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-1005/2025 18.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ona məxsus evin kommunal xərclərinin cavabdehin hesabına tam olaraq ödənilməsi, ona məxsus evdən cavabdehin və ailə üzvülərinin məcburi olaraq çıxarılması və evə köçürülməsi tələbinə dair mülki iş üzrə” Açar sözlər: (Mənzil mübahisələri) Zərdab Rayon Məhkəməsi X8 Elxan oğlunun sədrliyi Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ona məxsus evin kommunal xərclərinin cavabdehin hesabına tam olaraq ödənilməsi, ona məxsus evdən cavabdehin və ailə üzvülərinin məcburi olaraq çıxarılması və evə köçürülməsi” tələbinə dair ərizəsi üzrə mülki işə 18 fevral 2026-cı il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, onun ailə üzvləri və digərləri qanunsuz zəbt etdiyi ona məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evindən kommunal xərclərin cavabdeh və onun ailə üzvüləri və digərlərinin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılmasını və onun həmin evə köçürülməsi həmçinin ödənilmiş dövlət rüsumuna görə 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin qanuni sahibidir. Həmin ev babası Məmmədov Xidmət Nuralı oğluna 2010-cu ildə Kür çayında baş vermiş daşma səbəbindən qəzalı vəziyyətə düşmüş evinin əvəzi olaraq dövlət tərəfindən verilmişdir. Sözügedən evi mərhum babası və nənəsi ona vəsiyyət etmişdir. Onlar vəfat etdikdən sonra isə Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(035)-553/2021 nömrəli qətnaməsi ilə mirası qəbul etmişdir. Qaz və su sayğacları hələ də onun adındadır. Əvvəllər keçmiş iş yoldaşı X7 ilə münasibətləri normal olduqda özünə məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üçotaqlı evində onun yaşamasına icazə vermişdir. Lakin, sonra X7 daha sonra həmin evi ondan hissə-hissı ödəmək çərtilə satın alacağına razılaşmışlar. Lakin, Nicat Məmmədli onun pulunu ödəməkdən boyun qaçırmaqla ona məxsus olan üçotaqlı evini hazırki, cavabdeh və onun ailə üzvlərinə satmışdır. Bu müddət ərzində cavabdeh və onun ailə üzvləri onunla ortaq məxrəcə gəlmək əvəzinə bütün hüquq-mühafizə orqanlarına ondan şikayətlər etməklə sosial medialarda onun şərəf və ləyaqətini alçaldaraq onu təhqir etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin qanuni sahibidir. Həmin ev babası Məmmədov Xidmət Nuralı oğluna 2010-cu ildə Kür çayında baş vermiş daşma səbəbindən qəzalı vəziyyətə düşmüş evinin əvəzi olaraq dövlət tərəfindən verilmişdir. Sözügedən evi mərhum babası və nənəsi ona vəsiyyət etmişdir. Onlar vəfat etdikdən sonra isə Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(035)-553/2021 nömrəli qətnaməsi ilə mirası qəbul etmişdir. Qaz və su sayğacları hələ də onun adındadır. Əvvəllər cavabdehlə münasibətləri normal olanda cavabdehin özünə məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdə yaşamasına icazə vermişdir. Daha sonra cavabdehlə razılaşaraq pulunu hissə-hissə ödəmək şərtilə evi 15000 (on beş min) manata X1. Nicat Məmmədli evin dəyəri olan 15000 manatdan ona 8000 (səkkiz min) manat pul vermişdir ki, onun da 2000 manatını sonradan gəlib ondan almışdır ki, ona olan borcunu tam şəkildə ödəyəcəkdir. Ümumilikdə 15000 (on beş min) manat dəyəri olan mənzilə görə Nicat Məmmədli ona 6000 (altı min) manat pul ödəmişdir. Nicat Məmmədli ona olan borcunu vaxtında ödəmədiyi üçün dəfələrlə bununla bağlı Nicat Məmmədliyə müraciət etsədə, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Lakin, Nicat Məmmədli onun pulunu ödəməkdən boyun qaçırmaqla yanaşı ona məxsus olan üçotaqlı evini hazırki, cavabdeh və onun ailə üzvlərinə vermişdir. Bu müddət ərzində cavabdeh və onun ailə üzvləri onunla ortaq məxrəcə gəlmək əvəzinə bütün hüquq-mühafizə orqanlarına ondan şikayətlər etməklə sosial medialarda onun şərəf və ləyaqətini alçaltmış və zəng vuraraq onu təhqir etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını, cavabdeh və onun ailə üzvlərinin və digərlərinin zəbt etdikləri evin boşaldılmasını və onu həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evi hissə-hissə ödəməklə, ümumilikdə 10000 manat müqabilində X3 almışdır. O, həmin evi alan zaman İddiaçı ona bildirmişdir ki, evin sənədləri ondadır və evin sənədləri ilə bağlı Daşınmaz Əmlakın dövlət reyestrinə 400 manat pul ödəmiş, lakin, evin sənədləri bir ay müddətinə gələcəkdir. Odur ki, ondan 500 manat şirinlik istəmiş, lakin, onun 500 manatı olmadığı üçün 300 manat vermişdir. O, Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən çıxmayacaqdır. İddiaçı ilə razılıq əldə olunsa həmin evi 10000 manat pul ödəməklə almağa razıdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 24 noyabr 2014-cü il tarixli, 164 saylı arayışdan görünür ki, 2010-cu ildə Kür çayında suyun səviyyəsinin həddindən çox daşması səbəbindən yaranan təbii fəlakət nəticəsində ünvan 1 ünvanında yaşayan Məmmədov Xidmət Nural oğlunun fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyünə görə Azərbaycan Respublikası Prezidentinin "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" 19 may 2010-cu il tarixli sərəncamına uyğun olaraq Respublika Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə təşkil olunan Alt Komissiyanın rayonda apardığı araşdırmanın nəticəsi ilə bağlı tərtib etdiyi 16 iyun 2010-cu il tarixli aktına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2010-cu il tarixli, 197 "S" saylı müvafiq qərarına əsasən şəhərin "32 hektar" adlanan daha təhlükəsiz ərazisində salınmış yeni qəsəbədə ona 6 sot həyətyanı torpaq sahəsində, 21 dekabr 2011-ci il tarixdə 3 otaqlı, 50 kv.metr yaşayış sahəsi olan ev tikilib verilmişdir. İş materiallarında olan 26 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, Məmmədov Xidmət Nuralı oğlu ölən günədək ona məxsus olan Zərdab şəhərində yerləşən şəxsi yaşayış evini avadanlıqları ilə birlikdə nəvəsi İddiaçı vəsiyyət etmişdir İş materiallarında olan 14 iyul 2014-cü il tarixli Vəsiyyətnamədən müəyyən olunur ki,X4 ölən günədək ona məxsus olan Zərdab şəh,M.Xəlilov küç,ev 21 də və Zərdab şəhər,Yeni Qəsəbə, Mübariz İbrahimov küç, ev 44-də yerləşən fərdi yaşayış evlərini,həyətyanı sahələrini,digər yardımçı tikililərini nəvəsi İddiaçı vəsiyyət etmişdir İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(035)- 553/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 13 noyabr 2013-cü il tarixdə vəfat etmiş babası Məmmədov Xidmət Nuralı oğlu və 28 yanvar 2017-ci il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış və hazırki ərizəçi İddiaçı vəsiyyət edilmiş ünvan 2 ünvanda yerləşən 2010-cu ildə Kür çayının daşması səbəbindən yaranan təbii fəlakət nəticəsində yararsız hala düşən ümumi sahəsi 45,6 kv.metr, yaşayış sahəsi isə 23.2 kv.metr olan fərdi yaşayış evinin əvəzində şəhərin “32 hektar” adlanan ərazisində salınmış Yeni qəsəbə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında 6 sot həyətyanı torpaq sahəsində Məmmədov Xidmət Nuralı oğluna 21 dekabr 2011-ci il tarixdə verilmiş 3 otaqlı, 50 kv.metr yaşayış sahəsi olan evin, həyətdəki yardımçı tikilinin və ünvan 2 ünvanda yerləşən 0.02996 (miras qoyanların hər birinə aid 0.01498 + 0.01498 ha) ha həyətyanı sahənin ərizəçi İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)- 545/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququ itirilmiş hesab edilməsi, evin cavabdehin öz vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin öz hesabına tam ödənilməsi şərtilə cavabdehin evdən çıxarılması və İddiaçı Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evə köçürülməsi qət edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13.2-ci maddəsinə əsasən Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi– dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 106.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə Konstitusiyada nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edən prosessual hüquq normalarının müqayisəli təhlil edərək ilk öncə qeyd edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı, əsaslı şübhələr yaratmayan, digər sübutlarla təkzib edilməyən sübutu qəbul etməklə qiymətləndirilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, istər daxili qanunvericilikdə, istərsə də, insan hüquq və azadlıqlarına dair beynəlxalq hüquqi ---aktlarda (insan hüquqları haqqında Ümumi Bəyannamə˝nin 17-ci maddəsi, iklüM˝ və siyası hüquqlar haqqında Beynəlxalq Pakt˝ın 14-cü maddəsi və s.) əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. Hazır ki,iş üçün məhkəmə qeyd edir ki, iş materiallarında İddiaçı Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi ilə bağlı sənədlər olmasada lakin sözü gedən mənzil üzərində mülkiyyət hüququ əldə etmək üçün ilkin hüquq müəyyən edici sənədləri mövcuddur. Buna əsasən məhkəmə hesab edir ki, sözü gedən mənzilin İddiaçı məxsus olması məsələnin mübahisəsiz hissəsidir. Eyni zamanda məhkəmə qeyd edir ki,şəxsin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaması onun mülkiyyətini müdafiə etmək imkanlarından məhrum edə bilməz. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh, onun ailə üzvüləri və digərləri qanunsuz zəbt etdiyi İddiaçı məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evindən kommunal xərclərin cavabdeh və onun ailə üzvüləri və digərlərinin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılmalı və iddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin olunsun. Cavabdeh, onun ailə üzvüləri və digərləri qanunsuz zəbt etdiyi İddiaçı məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evindən kommunal xərclərin Cavabdeh və onun ailə üzvüləri və digərlərinin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılsın, İddiaçı həmin evə köçürülsün və ödənilmiş dövlət rüsumuna görə 100 manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Zərdab rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver