Məhkəmə qərarları › İş №2(035)-545/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-545/2025

21.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-545/2025 21.07.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzil mübahisələri) Zərdab Rayon Məhkəməsi Hakim: X5 oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin hesabına tam ödənilməsi şərtilə evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21 iyul 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, evin cavabdehin öz vəsaiti hesabına boşaldılması, kommunal xərclərin cavabdehin öz hesabına tam ödənilməsi şərtilə cavabdehin evdən çıxarılması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin qanuni sahibidir. Həmin ev babası Məmmədov Xidmət Nuralı oğluna 2010-cu ildə Kür çayında baş vermiş daşma səbəbindən qəzalı vəziyyətə düşmüş evinin əvəzi olaraq dövlət tərəfindən verilmişdir. Sözügedən evi mərhum babası və nənəsi ona vəsiyyət etmişdir. Onlar vəfat etdikdən sonra isə Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(035)-553/2021 nömrəli qətnaməsi ilə mirası qəbul etmişdir. Qaz və su sayğacları hələ də onun adındadır. Əvvəllər cavabdehlə münasibətləri normal olanda cavabdehin özünə məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdə yaşamasına icazə vermişdir. Daha sonra cavabdehlə razılaşaraq pulunu hissə-hissə ödəmək şərtilə evi 15000 (on beş min) manata cavabdehə satmışdır. Cavabdeh evin dəyəri olan 15000 manatdan ona 8000 (səkkiz min) manat pul vermişdir ki, onun da 2000 manatını sonradan gəlib ondan almışdır ki, ona olan borcunu tam şəkildə ödəyəcək. Ümumilikdə 15000 (on beş min) manat dəyəri olan mənzilə görə cavabdeh ona 6000 (altı min) manat pul ödəmişdir. Cavabdeh ona olan borcunu vaxtında ödəmədiyi üçün dəfələrlə bununla bağlı cavabdehə müraciət etsədə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin maddi imkanın zəif olması və borcu ödəyə bilməyəcəyini bildiyi üçün hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ona ödədiyi pulu geri qaytarmağa hazırdı. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki,Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evin qanuni sahibidir. Həmin ev babası Məmmədov Xidmət Nuralı oğluna 2010-cu ildə Kür çayında baş vermiş daşma səbəbindən qəzalı vəziyyətə düşmüş evinin əvəzi olaraq dövlət tərəfindən verilmişdir. Sözügedən evi mərhum babası və nənəsi ona vəsiyyət etmişdir. Onlar vəfat etdikdən sonra isə Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(035)-553/2021 nömrəli qətnaməsi ilə mirası qəbul etmişdir. Qaz və su sayğacları hələ də onun adındadır. Əvvəllər cavabdehlə münasibətləri normal olanda cavabdehin özünə məxsus Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdə yaşamasına icazə vermişdir. Daha sonra cavabdehlə razılaşaraq pulunu hissəhissə ödəmək şərtilə evi 15000 (on beş min) manata cavabdehə satmışdır. Cavabdeh evin dəyəri olan 15000 manatdan ona 8000 (səkkiz min) manat pul vermişdir ki, onun da 2000 manatını sonradan gəlib ondan aldı ki, ona olan borcunu tam şəkildə ödəyəcək. Ümumilikdə 15000 (on beş min) manat dəyəri olan mənzilə görə cavabdeh ona 6000 (altı min) manat pul ödəmişdir. Cavabdeh ona olan borcunu vaxtında ödəmədiyi üçün dəfələrlə bununla bağlı cavabdehə müraciət etsədə cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdehin maddi imkanın zəif olması və borcu ödəyə bilməyəcəyini bildiyi üçün hazır ki, iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ona ödədiyi pulu geri qaytarmağa hazırdı. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 26 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədən müəyyən olunur ki,Məmmədov Xidmət Nuralı oğlu ölən günədək ona məxsus olan Zərdab şəhərində yerləşən şəxsi yaşayış evini avadanlıqları ilə birlikdə nəvəsi İddiaçı vəsiyyət etmişdir İş materiallarında olan 14 iyul 2014-cü il tarixli Vəsiyyətnamədən müəyyən olunur ki,X2 ölən günədək ona məxsus olan Zərdab şəh,M.Xəlilov küç,ev 21 də və Zərdab şəhər,Yeni Qəsəbə, Mübariz İbrahimov küç, ev 44-də yerləşən fərdi yaşayış evlərini,həyətyanı sahələrini,digər yardımçı tikililərini nəvəsi İddiaçı vəsiyyət etmişdir İş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2 (035)- 553/2021 saylı qətnaməsindən müəyyən olunur ki, 13 noyabr 2013-cü il tarixdə vəfat etmiş Məmmədov Xidmət Nuralı oğlu və 28 yanvar 2017-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 2010-cu ildə Kür çayının daşması səbəbindən yaranan təbii fəlakət nəticəsində yararsız hala düşən ümumi sahəsi 45,6 kv.mert, yaşayış sahəsi isə 23.2 kv.metr olan fərdi yaşayış evinin əvəzində şəhərin “32 hektar” adlanan ərazisində salınmış Yeni qəsəbə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında 6 sot həyətyanı torpaq sahəsində Məmmədov Xidmət Nuralı oğluna 21 dekabr 2011-ci il tarixdə verilmiş 3 otaqlı, 50 kv.metr yaşayış sahəsi olan evin,həyətdəki yardımçı tikilinin və ünvan 1 ünvanında yerləşən 0.02996 (miras qoyanların hər birinə aid 0.01498+0.01498 ha) həyətyanı sahənin İddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13.2-ci maddəsinə əsasən Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29.2-ci maddəsinə əsasən Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi– dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 106.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edən prosessual hüquq normalarının müqayisəli təhlil edərək ilk öncə qeyd edir ki, hər bir şəxs (fiziki və ya hüquqi şəxs) qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaqla öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. O da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət edən şəxsin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı, əsaslı şübhələr yaratmayan, digər sübutlarla təkzib edilməyən sübutu qəbul etməklə qiymətləndirilməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Hazır ki, iş üçün məhkəmə qeyd edir ki, iş materiallarında İddiaçı Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeyddiyyata alınaraq çıxarış verilməsi ilə bağlı sənədlər olmasada lakin sözü gedən mənzil üzərində mülkiyyət hüququ əldə etmək üçün ilkin hüquq müəyyən edici sənədləri mövcuddur. Buna əsasən məhkəmə hesab edir ki, sözü gedən mənzilin İddiaçı məxsus olması məsələnin mübahisəsiz hissəsidir. Eyni zamanda məhkəmə qeyd edir ki,şəxsin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmaması onun mülkiyyətini müdafiə etmək imkanlarından məhrum edə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə prosesində iştirak etməmiş,iddia tələbinə münasibətini bildirməmiş və sözü gedən mənzil üzərində hüquqlarını müəyyən etməyə imkan verən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Buna əsasən məhkəmə o qənayətə gəlir ki, cavabdehin heç bir hüquq müəyyən edici sənədi yoxdur və cavabdeh mənzili zəbt etmişdir. Məhkəmə iş materiallarına məcmu halında qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Zərdab şəhərinin “32 hektar” adlanan ərazisində salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququ itirilmiş hesab edilməli, ev cavabdehin öz vəsaiti hesabına boşaldılmalı, kommunal xərclər cavabdehin öz hesabına tam ödənilmək şərtilə cavabdeh evdən çıxarılmalı və iddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunvericilik məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dövlət rüsumu tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin olunsun. Cavabdeh Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evdən istifadə hüququ itirilmiş hesab edilsin, ev cavabdehin öz vəsaiti hesabına boşaldılsın, kommunal xərclərin cavabdehin öz hesabına tam ödənilməsi şərtilə cavabdeh evdən çıxarılsın və İddiaçı Zərdab şəhəri “32 hektar” adlanan ərazidə salınmış yeni qəsəbədə Mübariz İbrahimov küçəsi ev 44 ünvanında, 6 sot həyətyanı torpaq sahəsində tikilmiş üç otaqlı evə köçürülsün. Cavabdeh X3 İddiaçı ödədiyi pulla əlaqədar olaraq məhkəmədə iddia qaldırmaq hüququ izah olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edərək Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver