Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1999/2021 20.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X8 ilə aralarında İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində bağlanmış 08 sentyabr 2006-cı il tarixli, 01 saylı nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, X8 ilə 08 sentyabr 2006-cı ildə İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində 01 saylı akt qeydi ilə nikalarını qeyd etdirmişdirlər. İmişli RİHB-nın Göbəktala kənd ərazi nümayəndəliyindən ona Vİ-JQ 384840 nömrəli şəhadətnamə verilmişdir. X2 28 oktyabr 2020-ci ildə vəfat etmişdir. Hazırda ailə məsələlərinin həlli üçün ondan nikah akt qeydindən çıxarış tələb olunmuşdur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də, nikah akt qeydinin bərpasından imtina edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi X8 ilə el adəti ilə toy edərək evlənmişlər. Nikahlarını isə İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. X1 vəfat etmiş, Ərizəçi isə mərhumun evində yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş X11 işin hallarına dair şahid X3 izahatına uyğun izahat vermişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Vİ-JQ 384840 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında nikah xx xxxxxx 1963-cü il tarixdə İmişli şəhərində bağlanmış və həmin nikah 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 112436 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 oktyabr 2020-ci il tarixdə İmişli rayonunun Göbəktala kəndində vəfat etmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində X9, X11, X7, X12 və X10 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi 2006-cı ildən X8 ilə nikahda olmuş və X5 məxsus Göbəktala kəndində yerləşən evdə yaşayır. İşdə olan Maraqlı şəxs 28 aprel 2021-ci il tarixli rəyindən görünür ki, Ərizəçi ilə X4 nikahı haqqında akt qeydinin bərpasından imtina edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, 08 sentyabr 2006-cı il tarixdə Ərizəçi ilə X8 arasında İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində 01 saylı nikah akt qeydi qeyd edilmiş, lakin həmin akt qeydi nikah akt qeydləri kitabında qeyd edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X8 arasında 08 sentyabr 2006-cı il tarixdə İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində nikahın qeyd edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X8 arasında 08 sentyabr 2006-cı il tarixdə İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində nikahın qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamə Ərizəçi ilə X8 arasında 08 sentyabr 2006-cı il tarixdə İmişli rayonunun Göbəktala kənd ərazi nümayəndəliyində bağlanmış nikah akt qeydinin bərpa edilməsinə əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1999/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1999/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Faktiki nikah münasibətlərində olma faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver