Məhkəmə qərarları › İş №2(036)-2000/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2000/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2000/2021 06.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib 13.04.1995ci il təvəllüdlü X3 10 aprel 2021-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, oğlu 13.04.1995-ci il təvəllüdlü X5 ailə üzvləri ilə birlikdə İmişli rayonu, Ağcüyür kəndində yaşamış və 10 aprel 2021-ci il tarixdə Məmi körpüsü adlanan ərazidə ağacdan özünü iplə asaraq intihar etmişdir. İmişli rayon prokurorluğunda onun ölməsi ilə bağlı araşdırma aparılmış və intihar etməsi faktı öz təsdiqini tapmışdır. Lakin onun ölümü barədə akt qeydi indiyədək aparılmamışdır. Ona görə də, 13.04.1995-ci il təvəllüdlü X3 10 aprel 2021-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Maraqlı şəxs XİX-JQ № 335210 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 doğulmuş 13.04.1995-ci il təvəllüdlü X1 Niyazi Nəbi oğlundan törəmişdir. İşdə olan İmişli rayon Prokurorluqunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03.05.2021-ci il tarixli qərarının surətinə əsasən İmişli rayon Ağcüyür kənd sakini 13.04.1995-ci il təvəllüdlü X5 10.04.2021-ci il tarixdə İmişli rayonunun Bəcirəvan kəndindəki Məmi körpüsü adlanan ərazidə ağacdan özünü iplə asaraq intihar etmişdir. İşdə olan İmişli RİHB-nin Bəcirəvan kənd İƏD üzrə İN tərəfindən verilmiş 16.07.2021-ci il tarixli 268 saylı arayışında göstərilmişdir ki, X3 10 aprel 2021-ci il tarixdə İmişli rayonunda vəfat etmiş və Qaravəlli kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs 23.06.2021-ci il tarixli rəyinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Recpublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, 13.04.1995-ci il təvəllüdlü X3 10 aprel 2021-ci il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Ölüm akt qeydi aparılarkən X3 ölüm tarixi: 10 aprel 2021-ci il; öldüyü yer: İmişli rayonu, Bəcirəvan kəndi qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar