Məhkəmə qərarları › İş №2(036)-2249/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2249/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2249/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Aranlı kəndində özünə məxsus mağazada ərzaq məhsulları satmaqla məşğul olur. Kənd sakinləri ona məxsus mağazadan həm nağd, həm də nisyə ərzaq malları alıb aparırılar. Bundan başqa gübrə və çiyid istehsal edən şirkətlərlə müqavilə bağlayaraq, həmin məhsulları onlardan almaqla kənddə kənd təsərrüfatı və sahibkarlıqla məşğul olan şəxslərə çiyid və gübrə satır. Həmin məhsulları kənd sakinlərinə həm nağd, həm də nisyə satır. Kənd sakini olan X4 da ondan həm ərzaq, həm də çiyid və gübrə məhsulları almışdır. Təyyub həm ərzaq, həm də gübrə və çiyid məhsullarına görə mağazaya 5775 manat borclu qalmışdır. O, özünə məxsus fermer kartını ona verərək bildirmişdir ki, ona 4000 (dörd min) manat subsidiya veriləcək. Həmin pulu kartdan çıxarar. Qalan borcu isə tez bir vaxtda qaytaracağını bildirmişdir. Lakin o, kartı ona verdikdən sonra həmin kartı bağlatmışdır. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdeh X4 izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. İddianın təmin olunmasına etiraz etmir, ancaq maddi imkanı olmadığına görə iddiaçıya borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 5775 (beş min yeddi yüz yetmiş beş) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 5805 (beş min səkkiz yüz beş) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar