Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2448/2021 14.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “yaşayış sahəsinin boşaldılması barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon məhkəməsinin 20 noyabr 2014-cü il tarixli, 2(017)-1442/2014 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən kredit borcunun "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönləndirilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamədə nəzərdə tutulan girov qoyulmuş əmlak İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi satış üçün hərraca çıxarılsa da, alıcı olmamış və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”-nin təklifi ilə qanunla müəyyən olunmuş qaydada "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi hazırda mülkiyyət hüququ əsasında "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Adı çəkilən İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına məxsus olsa da, hazırda əmlakın əvvəlki sahibi Cavabdeh istifadəsindədir. Bu səbəbdən də cavabdehin günahı üzündən əmlak üzərində sahib olmaq, istifadə etmək və sərəcam vermək hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehə dəfələrlə yaşayış sahəsinin boşadılması barədə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və tələbin təmin olunması barədə qətamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddia tələbini qəbul edir. Odur ki, iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İşdən görünür ki, iddiaçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılaraq boşaldılmasını tələb etmiş, cavabdeh isə iddianı yazılı etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddia tələbinin cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından məhkəmə tələbin etiraf edilməsini qəbul edir və tələbin mübahisəsiz tələb kimi təmin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalı və "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan İmişli rayonunun Kürdmahmudlu kəndində 0,12 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 85,6 kv.m yaşayış, 57,2 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi boşaldılaraq "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2448/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2448/2021
14.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver