Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-285/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi və uşağın üç yaşına çatana kimi 100 manat maddi yardımın tutulması barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin müəyyən edilməsini və Elayın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat maddi yardımın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx xxxxxxx 2017-ci il tarixdə faktiki nikahla toy edib evlənmişlər. Birgə nikahlarından xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X3 adlı iki uşaqları doğulmuşdur. Ayrılmaqlarının səbəbi cavabdehin və onun anasının ikinci uşağı istəməməkləri olub. Uşağa 4 aylıq hamilə olarkən cavabdeh onu döyüb və atasının evinə göndərib. Qayınanası oğlunun tərəfini tutaraq ondan uşağı tələf etdirməyi tələb etmişdir. O, dekabr ayının 5-dən atasının himayəsində qalır. Himayəsində azyaşlı övladları olduğuna görə hazırda heç bir yerdə işləmir, uşaqlarını saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh “xxxx” ASC-də texnika növü olan ekskavatr sürür və 800 manat əmək haqqı alır və uşaqlarının saxlanılması üçün heç bir maddi yardım göstərmir. Hesab edir ki, cavabdeh aliment ödəməklə uşağın normal böyüdülməsi üçün ona köməklik etməlidir. X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat alimentin müəyyən edilməsini və Elayın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat maddi yardımın tutulmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hər ay iddiaçının xeyrinə hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment ödəməyə etirazının olmadığını, lakin Elayın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat maddi yardımın göstərilməsi barədə tələbi qəbul etmədiyini və qətnamənin o hissəsində təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, cavabdehin xahişini nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx xxxxxxx 2017-ci il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 3477 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İşdə olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Republikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarının 2-ci bəndinə əsasən, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə tutulmalı olan alimentin miqdarı 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiçı alimentin tutulması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddaçı İddiaçı və Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddaçı İddiaçı və Cavabdeh birgə nikahlarından doğulmuş xx xxxxxxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxx 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-285/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-285/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver