Məhkəmə qərarları › İş №2(036)-366/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-366/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-366/2021 17.02.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X3 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Məmmədova Mösümə Əhliman qızı Ərizəçi1 və X1 Türkanə Əhliman qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Əliqulular kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 3.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək Məmmədova Mösümə Əhliman qızı Ərizəçi1 və X1 Türkanə Əhliman qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişlər. İşdə olan JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.27 ha torpaq sahəsi X9, X11, Qarayeva Mösumə Əhliman qızı, X6, X8 və X7 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi1 xx.xx.1988-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi2 xx.xx.1992-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 274 saylı arayışda göstərilmişdir ki, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X3 adı Ərizəçi2 kimi yazılmışdır. İşdə olan İmişli RİHB-nin Rəsullu kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 275 saylı arayışda göstərilmişdir ki, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək Ərizəçi1 adı Qarayeva Mösümə Əhliman qızı kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş Məmmədova Mösümə Əhliman qızı Ərizəçi1 və X1 Türkanə Əhliman qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0048 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Məmmədova Mösümə Əhliman qızı Ərizəçi1 və X1 Türkanə Əhliman qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar