Məhkəmə qərarları › İş №2(036)-820/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-820/2023

02.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-820/2023 02.06.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilməsi, naturada ayrılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0213 kodlu, 90700108 nömrəli Dövlət Aktı ilə birgə paylı mülkiyyətlərində olan İmişli rayonu, Qızılkənd kəndində yerləşən 1.96 ha torpaq sahəsindən onun payının müəyyən edilməsi və naturada ayrılması, cavabdehlərdən torpaq payından istifadə etməyə imkan verməməklə ona vurduqları 8000 manat məbləğində maddi zərərin əvəzinin və məhkəmə xərclərinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə (vəsatət) verib, cavabdehlə barışdığını göstərərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh həmin vəsatətə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 5154 nömrəli qəbz, ********* nömrəli GPP qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı birgə mülkiyyətdə olan torpaq sahəsindəki payların müəyyən edilməsi, naturada ayrılması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 5154 nömrəli qəbz, ********* nömrəli GPP qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver