Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-12/2025 16.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X12 oğlunun katibliyi İddiaçı /cavabdeh İddiaçı Cavabdeh /iddiaçı Cavabdeh Məzahir oğlunun X1 iştirakı ilə İddiaçı Cavabdeh Məzahir oğluna qarşı alimentin artırılması və uşaq tələbinə dair iddia ərizəsi üzrə, Cavabdeh Məzahir oğlunun İddiaçı qarşı uşaq və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 16 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Məzahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 mart 2012-ci il tarixdə doğulmuş X7 cavabdehdən alınaraq ona verilməsi, üç uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Məzahir oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 18 mart 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək yanında saxlanması və uşağın maddi təminatı üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 18 mart 2012-ci il tarixdə doğulmuş X7 cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı /cavabdeh İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 184 saylı 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, 18 mart 2012-ci il tarixdə doğulmuş X9, 17 avqust 2015-ci il tarixdə doğulmuş X5 və 24 fevral 2018-ci il tarixdə doğulmuş X6 yanında saxlanılması və uşaqların maddi təminatı üçün hər ay, hər uşağa 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Buna baxmayaraq cavabdeh və onun ailəsi övladı Əlini ona qaytarmamışlar. Cavabdeh gah Qarabağ bölgəsində, gah da Bakı şəhərində fərdi əməklə məşğul olmaqla övladı Əlinin tərbiyəsi və təhsili ilə maraqlanmır. Tədris ili başladığı müddətdə Əli dərsə getməmiş, təhsildən yayınmışdır. Cavabdehin böyük məbləğdə aliment borcu vardır. İddia ərizəsində uşaq tələbi ilə yanaşı üç uşağın saxlanması üçün təyin edilmiş alimentin artırılmasını tələb etsə də hazırda 18 mart 2012-ci il tarixdə doğulmuş X7 cavabdehdən alınaraq ona verilməsini tələb edir. Məhkəmə tərəfindən övladı Əli cavabdehin yanında saxlanılacağı halda uşağın maddi təminatı üçün imkanı daxilində aliment ödəyə bilər, lakin cavabdehin tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh /iddiaçı Cavabdeh Məzahir oğlu iddia tələbini qəbul etmədiyini, qarşılıqlı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-184 saylı 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra üç uşaq ananın yanında saxlanılsa da övladı Əli iddiaçının yanında qalmaqdan imtina etmişdir. Hazırda da Əli onun yanında qalır. Buna baxmayaraq ötən müddət ərzində üç uşağın saxlanması üçün təyin olunmuş alimentin ödənilməsi ondan tələb olunmuşdur. Özü fərdi əməklə məşğul olmaqla gəlir əldə edir. Bundan artıq aliment ödəməyə maddi imkan yoxdur. O, uşağın tərbiyəsi ilə özü məşqul olur. Yaşayış yerini dəyişdiyindən və hazırda yaşadıqları ərazidə yerləşən orta təhsil müəssisəsində təhsilini davam etdirmək üçün sistem bağlı olduğundən Əli müvəqqəti olaraq təhsildən yayınır. Lakin fevral ayının 1-dən sistem açılacaq və Əli Qaraməryam kənd tam orta məktəbində təhsilini davam etdirəcəkdir. Məhkəmə tərəfindən övladı Əli yanında saxlanılacağı halda uşağın maddi təminatı üçün hər ay 235 manat aliment təyin edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. X1 iştirakı ilə dindirilmiş 18 mart 2012-ci il tarixdə doğulmuş X9 göstərdi ki, valideynləri ayrıldığı vaxtdan o, atasının yanında qalmışdır. Atası ona yaxşı baxır tərbiyəsi ilə məşğul olur. Yaşayış yerini dəyişdikdən sonra müvəqqəti olaraq təhsildən yayınır. Lakin fevral ayının 1-dən Qaraməryam kənd tam orta məktəbində təhsilini davam etdirəcəkdir. O, bundan sonra da atasının yanında qalmaq istəyir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, ilkin təmin edilməməli, qarşılıqlı iddia iə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZ İİ 940717 nömrəli 10 sentyabr 2012 tarixli, AZ İİİ 652740 nömrəli 14 dekabr 2015 tarixli və AZ İV 073484 nömrəli 15 mart 2018-ci il tarixli uşaqların doğumu haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin 18 mart 2012-ci il tarixdə X9, 17 avqust 2015-ci il tarixdə X5 və 24 fevral 2018-ci il tarixdə X6 adlı üç övladı doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(037)-184 saylı qətnamədən müəyyən edilir ki, tərəflər arasında 30 iyul 2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, 18 mart 2012-ci il tarixdə doğulmuş X9, 17 avqust 2015-ci il tarixdə doğulmuş X5 və 24 fevral 2018-ci il tarixdə doğulmuş X6 anası İddiaçı yanında saxlanılmış, uşaqların maddi təminatı üçün 16 dekabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 50 manat dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət olunmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞQ/MT035-2023-309 nömrəli xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli 75 nömrəli rəydə boşanmadan sonra 18 mart 2012-ci il tarixdə doğulmuş X7 atasının yanında qalması uşağın mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(037)-184 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 18 mart 2012-ci il tarixdə doğulmuş X9, 17 avqust 2015-ci il tarixdə doğulmuş X5 və 24 fevral 2018-ci il tarixdə doğulmuş X6 anası İddiaçı yanında saxlanılmış, uşaqların maddi təminatı üçün Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbləri üzrə uşağın valideynlərdən hansının yanında qalmasına münasibət bildirərək qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 2(037)-184 saylı qətnaməsi ilə 18 mart 2012-ci il tarixdə doğulmuş X9, 17 avqust 2015-ci il tarixdə doğulmuş X5 və 24 fevral 2018-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanılması qət olunsa da Əli Abaslı həmin vaxtdan anasının yanına gəlməmiş və atasının yanında qalaraq yaşamağa davam etmişdir. Hazırda da uşaq atanın yanında qalır. İddiaçı övladı Əlinin tərbiyəsi və təhsili ilə maraqlanmadığını, cari tədris ilində məktəbdən yayındığını, cavabdehin böyük miqdarda aliment borcunun olduğunu qeyd edərək uşağın cavabdehdən alınaraq ona verilməsini tələb edir, cavabdeh Əİlinin uzun müddətdir yanında olduğunu, tərbiyəsi ilə özü məşğul olduğunu, yaşayış yerini dəyişdiyindən müvəqqəti təhsildən yayındığını, fevral ayının 1-dən təhsilini davam etdirəcəyini nəzərə alınaraq uşağın yanında saxlanmasını tələb edir. Məhkəmə iclasında dindirilmiş tərəflərin birgə nikahından doğulmuş Əli adlı uşaq hazırda atanın yanında olduğunu, bundan sonra da atanın yanında qalmaq istədiyini qeyd edir. Qəyyumluq və Himayəçilik Komissiyası Əlinin atasının yanında qalmasını uşağın mənafeyinə uyğun hesab edir. Ona görə də mehkəmə hesab edir ki, İddiaçı Cavabdeh Məzahir oğluna qarşı alimentin artırılması və uşaq tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia isə bu hissədə təmin edilərək 18 mart 2012-ci il tarixdə doğulmuş X9 atasının yanında saxlanılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının /cavabdehin gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdeh /iddiaçı/ yanında qalan uşağın saxlanması üçün anadan hər ay 235 manat alimentin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı /cavabdeh uşağın saxlanması üçün maddi imkanı daxilində köməklik eməyə hazır olduğunu, lakin cavabdehin tələb etdiyi məbləği ödəmək iqtidarında olmadığını qeyd edir. Əli adlı uşaq cavabdehin /iddiaçının yanında olduğundan, uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda ananın da yanında Şəhanə və Nuranə adlı iki uşağın olması nəzərə alınmalıdır. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, cavabdehin sabit pul məbləğində aliment tələbini, iddiaçının iddia tələbinə münasibətini nəzərə alaraq uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə 18 mart 2012-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh Məzahir oğluna ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, alimentin tutulması cavabdehin aliment tələbi ilə bağlı məhkəməyə müraciət edildiyi vaxtdan yəni 10 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh Məzahir oğlu tərəfindən ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Məzahir oğluna qarşı alimentin artırılması və uşaq tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 18 mart 2012-ci il tarixdə doğulmuş X9 atası Cavabdeh Məzahir oğlunun yanında saxlanılsın. 10 dekabr 2024-cü il tarixdən başlayaraq 18 mart 2012-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh Məzahir oğluna ödənilsin. Ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özünə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-12/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-12/2025
16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver