Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1203/2025 18.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı Dəmı̇ rov Əlvan Baloğlan oğlunun cavabdehlər Dəmı̇ rov İlham Baloğlan oğlu və Dəmı̇ rov Sarvan Baloğlan oğluna qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə 18 dekabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddia tələbi İddiaçı Dəmı̇ rov Əlvan Baloğlan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 miras qalan, JN-287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində 1989-cu ildə inşa olunmuş ümumi sahəsi 54.8 kv.metr olan fərdi yaşayış evi, yardımçı sahə İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(037)-86/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş qaydaya uyğun olaraq yaşayış evindən və torpaq sahəsindən ona çatan hissədə olan payı real naturafda bölünüb, ayrılıb ona verilməsini və Cavabdeh1 tərəfindən həmin bölgünün həyata keçirilməsinə və istifadəsinə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 miras qalan, JN-287A KOD 40700016 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin onun və qardaşları Cavabdeh2 və Cavabdeh1 hər birinin ayrı-ayrılıqda 3/1 hissədə paylarının müəyyən edilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(037)- 86/2024 saylı qətnaməsi qəbul olunmuşdur. Qeyd etmək istəyirki,İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miras əmlakı üzrə fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə mülkiyyətdən payının ayrılmasını istəyir. Çünki öz payının üzərində sərbəst şəkildə mülkiyyət hüququnu həyata keçirmək onun hüququdur. Bu fərdi yaşayış evi və torpaq sahəsindən payların müəyyən edilməsi üçün o cavabdehlərlə razılığa gələ bilməmişdir. Məsələni mübahisəsiz məhkəmədən kənar həll edilməsi üçün təşəbbüs göstərsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlər verdiyi təklifə əsasən payların real bölgüsünün aparılmasında razılığa gələ bilməmişlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.Hesab edirki, hazırkı iş üzrə müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi texniki pasporta əsasən 1989-cu il tarixli, 308 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, İsmayıllı rayonu, Basqal kəndində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 54.8 kv.metr, yaşayış sahəsi 34.6 kv.metr və köməkçi sahəsi 20.2 kv.metr olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qeyd edilən torpaq sahəsinin və fərdi yaşayış evinin sənədlərində həmin torpaq sahələrinin bütün koordinatları öz əksini tapmışdır. Qeyd edilən mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin yerində müayinə keçirilmədən də həmin sənədlər əsasında onun payı naturada qəbul olunmuş qətnaməyə uyğun 3/1 bölünməklə ayrılmasının mümkün olub-olmaması barədə rəy verilə bilər. Hesab edirki, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərar verə bilər. Ona görə də iddia tələbinə mahiyyəti üzrə baxılmalı, tələb paylı mülkiyyətdə olan torpaq sahələrinin və fərdi yaşayış evinin naturada bölünməsi təmin edilməlidir. Tərəflərin izahatları: İddiaçı Dəmı̇ rov Əlvan Baloğlan oğlu məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dəmı̇ rov İlham Baloğlan oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, mərhum atası X1 miras qalan, JN-287A KOD 40700016 saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında miras əmlaka dair onun və qardaşları Cavabdeh2 və İddiaçı hər birinin ayrı-ayrılıqda 1/3hissədə paylarımüəyyən edilmişdir. Məhkəmə tərəfindən payları müəyyən edilmiş miras əmlakın naturada real bölünməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sözügedən idarənin sorğuya cavab məktubunda miras əmlakın naturada paylarına uyğun bərabər bölünməsinin mümkün olmadığı qeyd edilmişdir. O, iddiaçınınpayları müyyən edilmiş miras əmlakda yaşamasına etiraz etmir.Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qardaşı Dəmı̇ rov İlham Baloğlan oğlu təmsil etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: - Belə ki, iş materiallarına əlavə edilmiş,İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 86/2024 saylı, xx.xx.2024-cü il tarixliqanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki,mərhum X1 miras qalan, JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsi və 1989-cu il tarixli 308 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən İsmayıllı rayonu,Basqal qəsəbəsində yerləşən ümumi sahəsi 54.8 kv.metr olan 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə dair miras əmlakın X3 birinci növbədə vərəsələri Cavabdeh2 və Cavabdeh1 tərəfindən də qəbul edilməsi faktı müəyyən edilərək mərhum X1 miras qalan, JN- 287A KOD 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsinin ona çatan 2/1 hissəsinə və mərhum X1 miras qalan, 1989-cu il tarixli 308 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna” əsasən İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 3/1, Cavabdeh1 3/1 və İddiaçı 3/1 hissədə payları müəyyən edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74- 10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi ünvanında yerləşən 0.09 hektar torpaq sahəsi Cavabdeh1 1/6, İddiaçı 1/6, Cavabdeh2 1/6 və X4 3/6 hissədə və ümumi sahəsi 91.20 kv.metr olan fərdi yaşayış evi isə Cavabdeh1 1/3, İddiaçı 1/3 və Cavabdeh2 1/3 hissədə payları müəyyən edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 noyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5487/2025 saylı sorğuya cavab məktubundan görünür ki, mülki işdə göstərilən Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmılakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli, 06 noyabr 2024-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin ayrı-ayrılıqda fərdi yaşayış evində 1/3 və torpaq sahəsində 1/6 hissədə payları müəyyən edilmiş 0.09 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 91.20 kv.metr olan fərdi yaşayış evinin ölçülməsi ilə bağlı mütəxəssisin iştirakı təmin edilmiş, kamerial qaydada araşdırma zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayonu,Basqal qəsəbəsi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 91.20 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyətçilər arasında naturada real bölgü əsasında 1/3 və 1/2 hissədə texniki cəhətdən torpaq sahəsinin daxilində yerləşən köməkçi tikililərin (talvar, anbar, quraqlıq) tərəflər arasında bərabər hissədə və ya real bölgü əsasında bölünməməsi və bölünən fərdi yaşayış evinin tikintialtı sahəsi ilə pay mülkiyyətində qeyd edilən 0.03 hektar torpaq sahəsinin bölgüsü zamanı sahə və tərəf ölçüləri baxımından yola çıxışının təmin olunmaması səbəbindən naturada bərabər bölünməsi mümkün deyildir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsası kimi nəzərdə keçirilən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər (Mülki Məcəllənin 221-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Qeyd olunmalıdır ki, ümumi mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi əvvəlcə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək, payın naturada ayrılmasının mümkün olmadığı və ya ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurulmadan mümkün olmadığı təqdirdə öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Yalnız bundan sonra ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, paylı mülkiyyətçi əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflər payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmişlər. Belə ki, araşdırma zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 noyabr 2025-ci il tarixli, 3- 21-3-42/2-5487/2025 saylı sorğuya cavab məktubundamülki işdə göstərilən Əmlak məsələləri dövlət xidməti daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli, 06 noyabr 2024-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin ayrı-ayrılıqda fərdi yaşayış evində 1/3 və torpaq sahəsində 1/6 hissədə payları müəyyən edilmiş 0.09 hektar həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 91.20 kv.metr olan fərdi yaşayış evinin ölçülməsi ilə bağlı mütəxəssisin iştirakı təmin edilmiş, kamerial qaydada araşdırma zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayonu, Basqal qəsəbəsi ərazisində yerləşən 0.09 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 91.20 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyətçilər arasında naturada real bölgü əsasında 1/3 və 1/2 hissədə texniki cəhətdən torpaq sahəsinin daxilində yerləşən köməkçi tikililərin (talvar, anbar, quraqlıq) tərəflər arasında bərabər hissədə və ya real bölgü əsasında bölünməməsi və bölünən fərdi yaşayış evinin tikintialtı sahəsi ilə pay mülkiyyətində qeyd edilən 0.03 hektar torpaq sahəsinin bölgüsü zamanı sahə və tərəf ölçüləri baxımından yola çıxışının təmin olunmaması səbəbindən naturada bərabər bölünməsi mümkün deyildir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, yuxarıda göstərilən sorğuya cavab məktubunu nəzərdən keçirib, iddia ərizəsini və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Dəmı̇ rov Əlvan Baloğlan oğlunun cavabdehlər Dəmı̇ rov İlham Baloğlan oğlu və Dəmı̇ rov Sarvan Baloğlan oğluna qarşı torpaq sahəsinin naturada bölünməsinə dair iddiası təmin edilməməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Dəmı̇ rov Əlvan Baloğlan oğlunun cavabdehlər Dəmı̇ rov İlham Baloğlan oğlu və Dəmı̇ rov Sarvan Baloğlan oğluna qarşı torpaq sahəsinin naturada bölünməsinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №2(037)-1203/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1203/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver