Məhkəmə qərarları › İş №2(037)-1219/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1219/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1219/2023 08.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi İdris oğlunun Maraqlı şəxs1 və İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi, qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 1978ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində adının Ərizəçi İdris oğlu, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X23, anasının X16 qeyd edilməsi, X23 ilə X11 bacı-qardaş olmaları, X4 onun nənəsi, X11 onun bibisi olmaları, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, o, xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. X10, anası X12r. Onlar ailəlikcə, nənəsi X8 və X5 da 1988-ci ilə qədər Ermənistan Respublikasında atasının evində onlarla birlikdə yaşamışlar. Məlum hadisələrdən sonra 1988-ci ildə nənəsi və bibisi də onlarla birlikdə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşaraq bir ailədə yaşamışlar. Onlar Ermənistan Respublikasını tərk edən zaman özünün və bütün ailə üzvülərinin, nənəsinin və bibisinin bütün sənədləri, o cümlədən pasport və doğum haqqında şəhadətnamələri həmin ölkədə qalmışdır. X5 29 oktyabr 1996-cı il tarixdə, nənəsi X8 15 iyun 2004-cü il tarixdə, X10 isə 12 noyabr 2015-ci il tarixdə vəfat etmişlər. Onların hər üçü Soltankənd kənd qəbirstanlağında dəfn olunmuşdur. Bibisinin hüzür mərasimini atası ilə o birlikdə keçirmiş, nənəsinin dəfn mərasiminin xərcini isə o çəkmişdir. Hər ikisinin qəbir daşını düzəltdirmişdir. Aparılan torpaq islahatları zamanı nənəsi X8 və X5nın birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndi ərazisindən 1,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onların mülkiyyətinə verildikdən hal-hazıra kimi torpaq sahəsini onunla atası, atası vəfat etdikdən sonra isə 2015-ci ildən o əkib-becərir. Lazım olan bütün xərcləri o ödəyir. Bibisi ailə qurmamış, övladı olmamışdır. Atasından başqa bibisinin digər bacı və qardaşları olmamışdır. Nənəsinin birinci və ikinci növbəli, bibisinin isə birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. X8 və X9 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalan əmlakı faktiki qəbul edərək sahiblik və istifadə edərək idarə edir. Miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, müvafiq sənədləri təqdim edə bilmədiyindən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X23 ilə X11 bacı-qardaş, X4 onun nənəsi və X11 onun bibisi olmasını təsdiq edən sübutları əldə edə və həmin faktları təsdiq edən sənədlər Ermənistan Respublikasında qaldığından miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Özünün doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qaldığından yenidən doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasını ailə üzvləri, həmkəndliləri və yaxın qohumları da təsdiq edə bilər. Anası sağ olsa da hazırda ağır yataq xəstə olduğundan məhkəmə iclasına gələ bilməmişdir. Doğumunun qeyd edilməsi, qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması isə məhkəmədən kənar mümkün deyildir. Ona görə də onun xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa olunmasını, doğum haqqında akt qeydində adının Ərizəçi İdris oğlu, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X23, anasının X16 qeyd edilməsi, X23 ilə X11 bacı-qardaş olmaları, X4 onun nənəsi olması, X11 onun bibisi olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs1nə və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələr gəlməmişlər. Məhkəmə işə maraqlı tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə iclasında şahid X21 ifadə verərək göstərdi ki, Ərizəçi onun əridir. O, Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuş və məlum hadisələrə qədər ailəsi ilə birlikdə həmin ölkədə yaşamışdır. Onlarda məlum hadisələrdən sonra 1988-ci ildə öz ailələri ilə birlikdə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmışlar. Ərizəçila ailə qurmuş və onun soyadını qəbul etmişdir. Qaynatasına məxsus evə gəlin köçmüşdür. Valideynlərindən eşitdiyinə görə ərizəçinin nənəsi X8 və X5 1988-ci ilə qədər Ermənistan Respublikasında ərizəçinin atası İdris Davidova məxsus evdə onlarla birlikdə yaşamışlar. Məlum hadisələrdən sonra 1988-ci ildə ərinin nənəsi və bibisi də onlarla birlikdə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşaraq bir ailədə yaşamışlar. Ərinin deməsinə görə X5 29 oktyabr 1996-cı il tarixdə vəfat etmiş, bibisinin hüzür mərasimini atası ilə birlikdə əri keçirmişdir. Ərinin nənəsi X8 ölən günə kimi onlarla bir evdə yaşamış, 15 iyun 2004-cü il tarixdə vəfat etmişdir. Nənəsinin dəfn mərasiminin xərcini əri çəkmişdir. Hər ikisinin qəbir daşını düzəltdirmişdir. X3 isə 12 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Onların hər üçü Soltankənd kənd qəbirstanlağında dəfn olunmuşdur. Aparılan torpaq islahatları zamanı ərinin nənəsi Cəmilan Davidova və bibisi Dilbər Davidovanın birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndi ərazisindən 1,99 hektar torpaq sahəsi verilmişdir. Torpaq sahəsini mülkiyyətə verildikdən hal-hazıra kimi əri atası ilə birlikdə, ərinin atası 2015-ci ildə vəfat etdikdən sonra isə əri əkib-becərərək istifadə və idarə edir. Lazım olan bütün xərcləri əri ödəyir. Bibisi ailə qurmamış, övladı, digər bacı və qardaşları olmamışdır. Miras əmlakla bağlı mübahisə edən yoxdur. Ərinin anası X12r və hazırda ağır yataq xəstəsidir. O, ərizəçinin xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmasını, atasının X23, anasının X16 olmasını, X23 ilə X11 bacı-qardaş olmaları, X4 ərinin nənəsi, X11 ərinin bibisi olmalarını, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə əri tərəfindən qəbul edilməsi təsdiq edir. X6 ifadə verərək göstərdi ki, o ərizəçinin valideyinləri ilə Ermənistan Respublikasının Vardenis rayonunda bir kənddə yaşamışdır. X8 və X17 1988-ci ilə qədər Ermənistan Respublikasında ərizəçinin atasının evində yaşamışlar. Məlum hadisələrdən sonra 1988-ci ildə ərizəçinin nənəsi və bibisi də Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşaraq ərizəçinin atasına məxsus evdə yaşamışlar. O da məlum hadisələrdən sonra 1988-ci ildə öz ailələri ilə birlikdə Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmışdır. Ərizəçinin X5 1996-cı ildə, nənəsi X8 2004-cü ildə, X10 isə 2015-ci ildə vəfat etmişlər. Onların hər üçü Soltankənd kənd qəbirstanlağında dəfn olunmuşdur. Bibisinin hüzür mərasimini ərizəçi atası ilə birlikdə keçirmiş, nənəsinin dəfn mərasiminin xərcini isə ərizəçi çəkmişdir. Hər ikisinin qəbir daşını düzəltdirmişdir. Aparılan torpaq islahatları zamanı nənəsi X8 və X5nın birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndi ərazisində verilmiş torpaq sahəsini halhazıra kimi ərizəçi əkib-becərərək istifadə və idarə edir. Lazım olan bütün xərcləri ərizəçi ödəyir. Bibisi ailə qurmamış, övladı olmamış, bibisinin və nənəsinin başqa vərəsələri yoxdur. O ərizəçinin xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmasını, X23 ilə X11 bacı-qardaş olmalarını, X4 ərizəçinin nənəsi, X11 ərizəçinin bibisi olmalarını, X8 və X9 miras qalmış əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq edir. X1 və X13 şahidlər X21 və X15 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, atasının X23, anasının X16 olması, X23 ilə X11 bacı-qardaş olmaları, X4 ərizəçinin nənəsi olması, X11 ərizəçinin bibisi olması, JN-0043 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etdilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs Ərizəçidur. -AZE seriyalı 03525400 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 1939-cu il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində yaşayan şəxs X12r. -Basarkeçər rayon VVAQ şöbəsi tərəfindən verilmiş ЭЖ seriyalı 741221 nömrəli 23 sentyabr 1954-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 1937-ci ildə Ermənistan SSR, Basarkeçər rayonun Qoşabulaq kəndində doğulmuş, atası X29 və anası X7r. -İ-ЭЖ seriyalı 204158 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X19 arasında 26 may 1966-cı il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Davidov, arvada Davidova soyadı verilmişdir. - Qalagah kənd İƏD nümayəndəliyi tərəfindən 17 iyun 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 095718 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15 iyun 2004-cü il tarixdə vəfat etmişdir. - Soltankənd kənd İƏD nümayəndəliyi tərəfindən 18 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 769571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 12 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. - Maraqlı şəxs1 tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, X17 29 oktyabr 1996-cı il tarixdə vəfat etmişdir. - Maraqlı şəxs1 tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli 3-16-5/8-15- 416/2023 nömrəli məktubdan görünür ki, ərizəçi xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda qeydə alınmış doğum haqqında təkrar şəhadətnamə verilməsinə dair müraciəti Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanmadığından təmin edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Maraqlı şəxs1 tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 3-16-5/8-15- 422/2023 nömrəli məktubdan görünür ki, ərizəçi 01 noyabr 1956-cı il tarixdə anadan olmuş X14 doğum haqqında təkrar şəhadətnmə verilməsinə dair müraciəti Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanmadığından təmin edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. -İsmayıllı RİHB-nın Soltankənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 378 nömrəli 18 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, İsmayıllı rayonu Soltankənd kənd sakini Ərizəçi 15 iyun 2004-cü ilə qədər, yəni, nənəsi X8 vəfat edən günə kimi birgə yaşamışlar və qeydiyyatdadır. X4 övladları X17 29 oktyabr 1996-cı ildə və X23 isə 12 noyabr 2015-ci ildə vəfat etmişlər. X17 ölən günə kimi ailə həyatı qurmamışdır. X11 İ-İİİ dərəcəli vərəsəsi, X4 isə İ-İİ dərəcəli vərəsələri yoxdur. Dəfn xərclərini Ərizəçi çəkmişdir. Mərhumların qəbir üstü daşlarının xərcini də Ərizəçi çəkmişdir. Onlara məxsus əmlakın və pay torpaqlarının vergisini də hal-hazırda ödəyir. X8 və X17 rəhmətə getdikdən sonra onların vərəsəsi Ərizəçi qalmışdır. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 726 nömrəli məktubdan görünür ki, ərizəçi 15 iyun 2004-cü il tarixdə vəfat etmiş nənəsi X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilməsi barədə müraciətinə cavab olaraq qanunvericiliklə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürülməsi, mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmaması və qohumluq sənədlərinin təqdim edə bilməmə səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və bu məsələ ilə bağlı İsmayıllı rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur. - JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X22 Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə X8 və X11 birgə mülkiyyətlərinə 1,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. X10, anası X12r. Ərizəçinin X10 1937-ci ildə Ermənistan SSR, Basarkeçər rayonun Qoşabulaq kəndində doğulmuş, atası X29 və anası X7r. Ərizəçinin X10 ilə X19 26 may 1966-cı il tarixdə rəsmi nikah bağlamış, ərə Davidov, arvada Davidova soyadı verilmişdir. Ərizəçinin nənəsi X8 və X5 1988-ci ilə qədər Ermənistan Respublikasında ərizəçinin atasının evində birlikdə yaşamışlar. Məlum hadisələrdən sonra 1988-ci ildə ərizəçinin nənəsi və bibisi də Azərbaycan Respublikasına gələrək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşaraq bir ailədə yaşamışlar. Onlar Ermənistan Respublikasını tərk edən zaman bütün ailə üzvülərinin, ərizəçinin özünün, nənəsinin və bibisinin bütün sənədləri, o cümlədən pasport və doğum haqqında şəhadətnamələri həmin ölkədə qalmışdır. Ərizəçinin X5 29 oktyabr 1996-cı il tarixdə, nənəsi X8 15 iyun 2004-cü il tarixdə, X10 isə 12 noyabr 2015-ci il tarixdə vəfat etmişlər. Onların hər üçü Soltankənd kənd qəbirstanlağında dəfn olunmuşdur. Bibisinin hüzür mərasimini ərizəçi atası ilə birlikdə keçirmiş, nənəsinin dəfn mərasiminin xərcini isə ərizəçi çəkmişdir. Hər ikisinin qəbir daşını düzəltdirmişdir. Aparılan torpaq islahatları zamanı X22 Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə ərizəçinin nənəsi ilə bibisinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndi ərazisindən 1,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsini ərizəçi 2015-ci ilə kimi atası ilə, atası vəfat etdikdən sonra isə miras qalan əmlakı faktiki qəbul edərək sahiblik və istifadə edərək əkib-becərir və idarə edir. Lazım olan bütün xərcləri və vergini ərizəçi ödəyir. Ərizəçinin bibisi ailə qurmamış, övladı olmamışdır. Atasından başqa bibisinin digər bacı və qardaşları olmamışdır. Nənəsinin birinci və ikinci növbəli, bibisinin isə birinci, ikinci və üçüncü növbəli vərəsələri yoxdur. Ərizəçi X8 və X9 miras qalan əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, müvafiq sənədləri təqdim edə bilmədiyindən müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X23 ilə X11 bacıqardaş, X4 onun nənəsi və X11 onun bibisi olmasını təsdiq edən sübutları əldə edə və həmin faktı təsdiq edən sənədlər Ermənistan Respublikasında qaldığından miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçinin doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasında qaldığından yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin doğumunun qeyd edilməsi, qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması məhkəmədən kənar mümkün deyildir. Ərizəçi xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa olunmasını, doğum haqqında akt qeydində adının Ərizəçi İdris oğlu, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X23, anasının X16 qeyd edilməsi, X23 ilə X11 bacı-qardaş olmaları, X4 onun nənəsi olması, X11 onun bibisi olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Göstərilən faktları məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələri ilə təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistan Respublikasını tərk edən zaman bütün sənədləri o cümlədən doğum haqqında şəhadətnaməsidə həmin ölkədə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası bərabər pay hüquqlu vərəsələr sayılırlar. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Həmin Məcəllənin 1159.4-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyriformal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. X23 ilə X11 bacı-qardaş olmaları, X4 ərizəçinin nənəsi, X11 ərizəçinin bibisi olmaları, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması başqa qaydada mümkün deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X8 və X11 birgə mülkiyyətlərinə X22 Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarı ilə 1,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X17 29 oktyabr 1996-cı il tarixdə və X8 15 iyun 2004-cü il tarixdə vəfat etmişlər. Cəmilan Davidova və Dilbər Davidova vəfat etdikdən sonra onlardan miras qalan əmlakları ərizəçinin atası İdris Davidov faktiki olaraq qəbul edərək idarə etmişdir. X23 12 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası İdris Davidov vəfat etdikdən sonra miras qalan əmlakları ərizəçi faktiki olaraq qəbul edərək idarə edir. Miras qoyan X11 İ-İİİ dərəcəli vərəsəsi, X4 isə İ-İİ dərəcəli vərəsələri yoxdur. Hazırki iş üzrə ərizəçi mərhum Dilbər Davidovanın qanun üzrə dördüncü, Cəmilan Davidovanın isə qanun üzrə üçüncü növbədə vərəsəsidir. Ərizəçi miras qoyanlar vəfat etdiyi günədək onlarla yaşamışdır. Bununla da ərizəçi qanun üzrə vərəsə kimi miras qalmış əmlakları faktiki qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi və miras qoyanlarla qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada əldə edə bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından xx xxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində adının Ərizəçi İdris oğlu, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X23, anasının X16 qeyd edilməsi, X23 ilə X11 bacı-qardaş olmaları, X4 onun nənəsi, X11 onun bibisi olmaları, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-0043 nömrəli Kod 40710038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X8 və X9 miras qalmış 1,99 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi İdris oğlunun doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi İdris oğlu, doğulduğu yer Ermənistan Respublikası Vardenis rayonu, doğulduğu tarix xx xxx 1978-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Soltankənd kəndi, X10, anası X16 qeyd edilsin. X23 ilə X11 bacı-qardaş olmaları faktı müəyyən edilsin. X4 Ərizəçi İdris oğlunun nənəsi olması faktı müəyyən edilsin. X11 Ərizəçi İdris oğlunun bibisi olması faktı müəyyən edilsin. X22 Komissiyasının 29 aprel 2002-ci il tarixli 131 saylı qərarına əsasən JN-0043 nömrəli 40710038 nömrəli 13 sentyabr 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X8 və X11 birgə mülkiyyətinə verilmiş 1,99 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi İdris oğlu tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar