Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-203/2020 22.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlunun cavabdehlər Qocayev Füzuli Mı̇rpaşa oğlu və Cavabdeh2 Mı̇rzə oğluna qarşı torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və vurulmuş zərərə görə pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlu (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 Mı̇rzə oğlu (bundan sonra birinci cavabdeh) və Qocayev Füzuli Mı̇rpaşa oğluna (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş “Şirvan kanalı”nın cənubunda yerləşən 48 hektar örüş-otlaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, həmin sahəyə daxil olmalarına qadağa qoyulması, bütün maneələrin aradan qaldırılması və cavabdehlərdən müştərək qaydada 16311 manat pul məbləği alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 09 saylı qərarı və xx xxxxxx 2007-ci il tarixdə Qubaxəlilli bələdiyyəsi ilə onun arasında bağlanmış icarə müqaviləsi ilə bələdiyyənin mülkiyyətində olan “Şirvan kanalı”nın cənubunda yerləşən 48 hektar örüşotlaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. O, icarə müqaviləsinin şərtlərinə əməl edərək hər il müəyyən edilmiş haqqı ödəmişdir. Həmin torpaq sahəsinin qərb hissəsi Göyçay rayonu İnçə kəndi, cənub-şərq hissəsi isə Ağsu rayonunun kəndləri ilə həmsərhəddir. 2009-cu ildən birinci cavabdeh 10 hektar, ikinci cavabdeh isə 18 hektar onun torpaq sahəsini zəbt etmişlər. O, cavabdehlərə həmin torpaq sahəsinin icarəsində olduğunu bildirsə də onlar həmin torpaq sahəsinin Göyçay və Ağsu rayonlarına aid olduğunu bildirmişlər. Torpaq sahəsinin sərhədlərini müəyyən etmək üçün bir neçə dəfə mütəxəssis dəvət etmiş, lakin cavabdehlər iştirak etməkdən yayınmışlar. Onun 28 hektar torpaq sahəsi cavabdehlər tərəfindən 11 ildir ki, zəbt edilərək əkilib becərilir. O, həmin torpaq sahəsinə dair şəhadətnamə almamışdır. Hər il 80 manat olaraq 880 manat icarə haqqı ödəmiş, örüş sahəsinin azlığı səbəbindən heyvanların sayını azaltmağa məcbur olmuş və bu illər ərzində hər il 1400 manat olmaqla 15400 manat gəlirdən məhrum olmuşdur. Həmin 28 hektar zəbt edilmiş torpaq sahəsinə ödənilmiş 880 manat icarə haqqı, 15400 manat əldən çıxmış fayda və 31 manat dövlət rüsumu olmaqla, 16311 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınmasını, zəbt etdikləri həmin torpaq sahəsindən məcburi qaydada çıxarılmalarını, həmin əraziyə daxil olmalarına qadağa qoyulmasını və bütün maneələrin aradan qaldırılmasını tələb edir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Göyçay rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2014-cü il tarixli, 74 saylı icarə müqaviləsinə əsasən 150 hektar torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Onun həmin torpaq sahəsinə dair şəhadətnaməsi yoxdur. O, öz torpaq sahəsindən istifadə edir. İddiaçının torpaq sahəsini zəbt etməmiş və maddi ziyan vurmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Ağsu rayon İcra Hakimiyyətinin xx xxxxxx 2014-cü il tarixli, 35 saylı icarə müqaviləsinə əsasən 100 hektar torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. O, öz torpaq sahəsindən istifadə edir. Onun həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli torpaq sahəsinin kadastr planı sənədi var. İddiaçının torpaq sahəsini zəbt etməmiş və maddi ziyan vurmamışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdehin nümayəndəsi X3 ikinci cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayonu Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 09 saylı qərarı ilə 48 hektar torpaq sahəsi 15 il müddətinə Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlunun icarəsinə verilmişdir. İsmayıllı rayon İcra Hakimiyyətinin xx xxx 2020-ci il tarixli 01/279 nömrəli sorğuya cavab məktubundan görünür ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi ilə Şamaxı rayon Avaxıl kənd sakini İddiaçı Pı̇rverdi oğluna 15 il müddətinə icarəyə verilmiş 48 hektar torpaq sahəsi Qubaxəlilli bələdiyyəsinin mülkiyyətindədir. xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Ağsu rayon İcra Hakimiyyətinin xx xxxxxx 2014-cü il tarixli, 35 saylı icarə müqaviləsinə əsasən 100 hektar torpaq sahəsi 15 il müddətinə Qocayev Füzuli Mı̇rpaşa oğlunun icarəsinə verilmişdir. xx xxxxxx 2006-cı il tarixli, 40901004 2 16 000001 nömrəli torpaq sahəsinin kadastr planının surətindən görünür ki, Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisindən 100 hektar torpaq sahəsi 15 il müddətinə Qocayev Füzuli Mı̇rpaşa oğlunun icarəsinə verilməsi ilə bağlı torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Ağsu rayon İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli 342-XM nömrəli sorğuya cavab məktubundan görünür ki, Ağsu rayon İcra Hakimiyəti başçısının xx xxxxxx 2014-cü il tarixli, 35 nömrəli Sərəncamı və həmin tarixli 01 nömrəli torpaq icarə müqaviləsinə əsasn Ərəbmehdibəy kəndindən cənub-qərb tərəfə “Alpout” adlanan ərazidə rayonun daxili ehtiyat fond torpaqlarından heyvandarlığı inkişaf etdirmək üçün 15 il müddətinə Qocayev Füzuli Mı̇rpaşa oğluna icarəyə verilmiş 100 hektar torpaq sahəsi rayonun X2 Xəritəsinə əsasən Ağsu rayonunun ərazisinə daxil olmaqla onun balansındadır. xx xxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Göyçay rayon İcra Hakimiyyətinin xx xxxxxxx 2014-cü il tarixli, 74 saylı qərarı ilə 150 hektar torpaq sahəsi 15 il müddətinə Cavabdeh2 Mı̇rzə oğlunun icarəsinə verilmişdir. Göyçay rayon İcra Hakimiyyətinin xx xxxx 2020-ci il tarixli 152 nömrəli sorğuya cavab məktubundan görünür ki, Göyçay rayon İnçə kənd sakini Cavabdeh2 Mı̇rzə oğlunun icarəsinə verilmiş 150 hektar qış otlaq sahəsinin yerləşdiyi “Hündür Kəmrə” adlanan 12 nömrəli qış otlaq sahəsi Göyçay rayonunun balansındadır. Məhkəmə tərəfindən mübahisə predmeti olan İsmayıllı rayonu ərazisində yerləşən, İsmayıllı rayon DTXK-nin xx xxxxxx 2007-ci il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə İddiaçı icarəyə verilmiş 48 ha torpaq sahəsinin, Göyçay rayon DTXK-nin xx xxxxxxx 2014cü il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə Cavabdeh2 icarəyə verilmiş 150 ha torpaq sahəsinin və Ağsu rayon DTXK-nin xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə X1 icarəyə verilmiş 100 ha torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, həmin torpaq sahələrinin hissələrinin üst-üstə düşüb-düşməməsi və hər bir ərazinin hansı rayonun tərkibində olub-olmaması barədə mütəxəssis rəyi verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Sorğunun nəticəsi olaraq verilmiş mütəxəssis rəyində göstərilir ki, qeyd olunan torpaq sahələrinin plan-ölçü sənədi tərtib olunmadığı üçün torpaq sahələrinin üst-üstə düşməsini aydınlaşdırmaq mümkün olmamışdır. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki naturada ölçülmüş və torpaq sahələrinin yerləşməsi üç fərqli hissədən ibarət olması - 1-ci hissənin yerləşdiyi torpaq sahəsinin 5,84 hektar hissəsi İsmayıllı rayonunun, 5,48 hektar hissəsi isə Göyçay rayonunun inzibati ərazisində, 2-ci hissənin yerləşdiyi torpaq sahəsinin 1,19 hektar hissəsi İsmayıllı rayonunun, 4,33 hektar hissəsi isə Göyçay rayonunun inzibati ərazisində və 3-cü hissənin yerləşdiyi torpaq sahəsinin 3,92 hektar hissəsi İsmayıllı rayonunun, 5,63 hektar hissəsi isə Ağsu rayonunun inzibati ərazisində yerləşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının icarəsində olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Həmin torpaq sahəsinin plan-ölçü sənədi də yoxdur. Qeyd olunan torpaq sahəsinin ərazi hüdudlarını aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə qərara gəlir ki, iddaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri olmadığından və qeyd olunan torpaq sahəsinin ərazi hüdudlarını aydınlaşdırmaq mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərc olan 219,25 (iki yüz on doqquz manat iyirmi beş qəpik) manat məbləği iddiaçı Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlundan tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlunun cavabdehlər Qocayev Fı̇zuli Mı̇rpaşa oğlu və Cavabdeh2 Mı̇rzə oğluna qarşı İsmayıllı rayon Qubaxəlilli bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 19 saylı qərarı ilə icarəsinə verilmiş “Şirvan kanalı”nın cənubunda yerləşən 48 hektar örüş-otlaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılması, həmin sahəyə daxil olmalarına qadağa qoyulması, bütün maneələrin aradan qaldırılması və cavabdehlərdən müştərək qaydada 16311 manat pul məbləği alınaraq ona verilməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı Lətı̇fov Lətı̇f Pı̇rverdi oğlundan 219,25 (iki yüz on doqquz manat iyirmi beş qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına (BENEFİSİARİN BANKİ – KAPİTAL BANK ASC XƏTAİ FİLİALİ, FİLİALİN KODU - 200071, VÖEN - **********, SWİFT KOD – AİİBAZ2X, MÜHBİR HESAB – AZ37NABZ********************, BENEFİSİARİN ADİ – KADASTR VƏ YERQURL LAYİHA TADQ MAR, BENEFİSİARİN HESABİ – AZ23AİİB********************, VÖEN - **********) ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-203/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-203/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver