Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-449/2022 29.04.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 29 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi2 (bundan sonra birinci ərizəçi) və Ərizəçi1 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X28, X21, X26, X22 və onlara, JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X28, X29, X21, X26, X30, X23 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahələri barədə tərtib olunmuş JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərinin və oğlanlarının soyadları İsrəfilov əvəzinə İsrafilov, oğlu Elşadın və Elçinin ata adları Şahtar əvəzinə Şaxtar, JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı Mahirə əvəzinə Ülviyyə, oğlanlarının soyadları İsrəfilov əvəzinə İsrafilov, mülkiyyətçi X16 ata adı Ataman kimi qeyd olunmuşdur. Mülkiyyətçi Xandostu Hacıyeva 21 avqust 1999-cu il, mülkiyyətçi Şahtar İsrəfilov isə 01 dekabr 2020-ci il tarixdə vəfat etmişlər. Şəxsiyyətlərini təsdiq edən sənədlərlə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yazılmış soyadlarda, ad və ata aında uyğunsuzluq olduğundan miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi birinci ərizəçi ilə eyni məzmunlu izahat verərək JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X11 izahat verərək göstərdi ki, birinci ərizəçi onun anası, ikinci ərizəçi isə qardaşıdır. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə soyadları İsrəfilov əvəzinə İsrafilov, qardaşları Elşadın və Elçinin ata adları Şahtar əvəzinə Şaxtar, və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə anasının adı Mahirə əvəzinə Ülviyyə, soyadları İsrəfilov əvəzinə İsrafilov, mülkiyyətçi X16 ata adı Ataman kimi qeyd olunmuşdur. Onların ailəsində Ülviyyə adlı şəxs yoxdur. O, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və digər ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X12 X11 ilə eyni məzmunlu ifadə verərək “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və digər ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. XİV-ЖГ 365118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Vİİ-ЖГ 283300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X29 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Vİİ-ЖГ 359086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X21 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İX-ЖГ 435850 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X26 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Xİİ-ЖГ 321732 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X30 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar Asan1 tərəfindən 25 avqust 2014-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 16529006 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar Asan2 tərəfindən 19 iyun 2015-ci il tarixdə mülkiyyətçiyə X21 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14313472 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 05 yanvar 2018-ci il tarixdə mülkiyyətçiyə X29 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0345899 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X26 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 08 aprel 2014-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08515952 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 yanvar 2012-ci il tarixdə mülkiyyətçiyə X30 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir AZ-İİ 140569 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X28 01 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 04 mart 2022-ci il tarixli 116 nömrəli arayışının surətindən görünür ki, mülkiyyətçi X31 21 avqust 1999-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisinin 14 dekabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, 01 dekabr 2020-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi Ərizəçi1 müəyyən olunmuşdur. JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətamənin surətindən görünür ki, X28, Ərizəçi2, X21, X26, X30 və Ərizəçi1 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi X8 İsrafilov, adı Şaxtar, mülkiyyətçi X6 İsrafilov, mülkiyyətçi X7 İsrafilov, mülkiyyətçi X9 İsrafilov, ata adı Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adı Şaxtar kimi qeyd olunmuşdur. JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X28, Ərizəçi2, X29, X21, X26, X30, Ərizəçi1 və X16 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X8 İsrafilov, adı Şaxtar, mülkiyyətçi Ərizəçi2 adı Ülviyyə, mülkiyyətçi X10 İsrafilov, mülkiyyətçi X6 İsrafilov, mülkiyyətçi X7 İsrafilov, mülkiyyətçi X9 İsrafilov, ata adı Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adı Şaxtar, mülkiyyətçi X16 ata adı Ataman kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli 807 nömrəli arayışdan görünür ki, JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətamədə texniki səhv olaraq X32, X24, X27, X33 və Ərizəçi1 Şaxtar oğlu yazılmışdır. AZ-İİ seriyalı 140569 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X28, AZE seriyalı 16529006 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X21, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X26, AZE seriyalı 08515952 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X30, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1 yazılmalıdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli 808 nömrəli arayışdan görünür ki, JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X32, X20, X24, X27, X33, Ərizəçi1 Şaxtar oğlu, X34 və X25 yazılmışdır. AZ-İİ seriyalı 140569 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X28, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AZE seriyalı 16529006 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X21, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X26, AZE seriyalı 08515952 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X30, AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi1 yazılmalıdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli **********96 nömrəli məktubdan görünür ki, ikinci ərizəçi JN-597 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-497C nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X28, Ərizəçi2, X21, X26, X30 və Ərizəçi1 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN- 497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X8 İsrafilov, adı Şaxtar, mülkiyyətçi X6 İsrafilov, mülkiyyətçi X7 İsrafilov, mülkiyyətçi X9 İsrafilov, ata adı Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adı Şaxtar kimi qeyd olunmuşdur. Bundan başqa X28, Ərizəçi2, X29, X21, X26, X30, Ərizəçi1 və X16 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X8 İsrafilov, adı Şaxtar, mülkiyyətçi Ərizəçi2 adı Ülviyyə, mülkiyyətçi X10 İsrafilov, mülkiyyətçi X6 İsrafilov, mülkiyyətçi X7 İsrafilov, mülkiyyətçi X9 İsrafilov, ata adı Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adı Şaxtar, mülkiyyətçi X16 ata adı Ataman kimi qeyd olunmuşdur. Mülkiyyətçi X31 21 avqust 1999-cu il tarixdə, mülkiyyətçi X28 isə 01 dekabr 2020-ci il tarixdə vəfat etmişlər. İkinci ərizəçi mülkiyyətçi X17 vərəsəsi müəyyən olunmuşdur. JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyadlarında, ad və adlarında uyğunsuzluq olduğundan ərizəçilər miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X50 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X15 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər şəhadətnamədəki və dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi X3 İsrafilov, adının Şaxtar, mülkiyyətçi X1 İsrafilov, mülkiyyətçi X2 İsrafilov, mülkiyyətçi X4 İsrafilov, ata adının Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adının Şaxtar, JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi X3 İsrafilov, adının Şaxtar, mülkiyyətçi Ərizəçi2 adının Ülviyyə, mülkiyyətçi X5 İsrafilov, mülkiyyətçi X1 İsrafilov, mülkiyyətçi X2 İsrafilov, mülkiyyətçi X4 İsrafilov, ata adının Şaxtar, mülkiyyətçi Ərizəçi1 ata adının Şaxtar, mülkiyyətçi X16 ata adının Ataman kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 15 sentyabr 2006-cı il tarixli JN-497C Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X28, Ərizəçi2, X21, X26, X30 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 10 fevral 2002-ci il tarixli JN-597 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X28, Ərizəçi2, X29, X21, X26, X30, Ərizəçi1 və X23 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-449/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-449/2022
29.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver