Məhkəmə qərarları › İş №2(037)-48/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-48/2023

15.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-48/2023 15.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə və iddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun cavabdeh İddiaçı qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə 15 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Qarayev Sabı̇ rxan Pənah oğlu və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş Cavabdeh4, 27 avqust 2008-ci ildə vəfat etmiş Cavabdeh3 İsmayıllı rayon Qıçatan kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsində 1953-cü ildə inşa edilmiş bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evi və torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 mömrəli Dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul ediməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququ haqqında şahadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qarayev Sabı̇ rxan Pənah oğlunun cavabdeh İddiaçı oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək 2006-ci ildə vəfat etmiş atası Cavabdeh4 miras qalan, İsmayıllı rayonu Qıçatan kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin atasından miras qalan hissəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(037)-48/2023 nömrəli qərardadı ilə 2(037)-48/2023 və 2(037)-73/2023 nömrəli işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və hazırki mülki işə 2(037)-48/2023 nömrəsi verilmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, Sabirxan Qarayevin iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxxx 1961-ci il tarixdə İsmayıllı rayonu Qıçatan kəndində anadan olmuşdur. Atası Cavabdeh4 və anası Cavabdeh3 olmuşdur. Atası 25 noyabr 2006-cı il tarixdə, anası isə 27 avqust 2008-ci il tarixdə vəfat etmişdir. O, ailə həyatı qurmamışdır. Həmin vaxtdan mübahisəli evdə tək yaşamış, əmlak, torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəyərək miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Atasının birinci nikahından X6 və X7 adlı iki övladı vardır. Onların hər biri ailə quraraq ayrı ünvanlara köçüb yaşayırlar. Atasına məxsus İsmayıllı rayonu Qıçatan kənd ərazisində torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsində 1953-cü ildə inşa edilmiş bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evi, ata və anasına məxsus torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 nömrəli dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Valideynləri vəfat etdiyi günədək hər hansı şəxsin adına vəsiyyətnamə qoymamışdır. Ötən dövr ərzində valideynlərindən mirası faktiki idarə etməklə, qəbul etməklə həmin əmlaklara sahiblik etmişdir. Ötən dövr ərzində əmlak, torpaq vergisini, kommunal xidmətlər üçün haqları ödəmiş və miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Həmin evin açarları da ondadır. 29 iyun 2012-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə əsasən adına miras işi açılmış və “Kapital Bank”-ın İsmayıllı rayon filialında valideynlərinin adında qalmış pul məbləğinin alınmasına dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, valideynlərinin vəfatından sonra ona valideynlərindən miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında bütünlükdə şəhadətnamə verilməlidir. İlk əvvəl valideynlərindən miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsinə hər iki qardaşı heç bir etirazlarının olmadığını bildirsələr də sonradan böyük qardaşı Sabirxan Qarayev 2018-ci ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərindən köçüb İsmayıllı rayon Qıçatan kəndinə qayıtmışdır. Çox mübahisələrdən sonra həmin həyətdə onun razılığı ilə özü üçün fərdi yaşayış evi inşa etdirmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Sabirxan Qarayev həmin həyətdə yaşamağa başladığı andan mütəmadi olaraq aralarında mübahisələr yaranmışdır. Bundan başqa qardaşı Sabirxan Qarayev özbaşınalıq edərək onun icazəsi olmadan evinə daxil olmuş, orada sandıqda saxlanılan ona və mərhum valideynlərinə məxsus olmuş əlinə keçən bütün əşyaları götürmüş və öz əmlakı kimi ondan istifadə etmişdir. Sabirxan Qarayevdən dəfələrlə bu hərəkətlərinə son qoyulmasını tələb etsə də o, tələbinə məhəl qoymamışdır. Cavabdehin özbaşına hərəkətləri nəticəsində onun miras əmlakına olan hüquqları pozulmuşdur. O, valideynlərindən miras qalmış əmlaka dair zəruri olan bütün sənədləri hazırlayıb Notariat Ofisinə təqdim etmişdir. Notariat Ofisindən valideynlərindən miras qalmış bütün əmlaklarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Müraciəti əsasında İsmayıllı rayon Notariat ofisinə dəvət olunmuş, Sabirxan Qarayev miras işinin açılmasına münasibət bildirmək əvəzinə Notariat Ofisin inzibati binasında və binanın qarşısında vətəndaşların gözü qarşısında özü və oğlu Natiq onu nümayişkarcasına nalayiq söyüşlərlə söyüb təhqir etmiş və miras qalmış əmlaka dair heç bir münasibət bildirmədən çıxıb getmişdirlər. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, Sabirxan Qarayevin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sabirxan Qarayev iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası Cavabdeh4 25 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Anası isə 1958-ci ildə evilərinin yanması nəticəsində faciəli şəkildə yanaraq ölmüşdür. Atası ikinci dəfə X5 ilə ailə qurmuşdur. Atasının ikinci nikahından 1961ci ildə İddiaçı doğulmuşdur. Atasının ikinci həyat yoldaşı 2008-ci ildə vəfat etmişdir. Atasından miras qalan həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ona da öz atasından miras qalmışdır. O, atasının vəfat etdiyi günədək qayğısını çəkmiş, qulluğunda durmuşdur. Atasının vəfatından sonra da mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, mirasın qorunmasını, onun vergilərinin və kommunal xərclərinin ödənməsini təmin etmişdir. Həmin həyətyanı torpaq sahəsində 2016-cı ildə özünə fərdi yaşayış evi inşa etdirmişdir. Hazırda həmin evdə yaşayır. Eyni zamanda da atasından miras qalan evə və həyətyanı sahəyə nəzarət edir. İddiaçı isə 10 ildən artıqdır ki, həmin həyətə gəlib getmir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə münasibətini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2(037)-48/2023 nömrəli qərardadı ilə iddia tələbi İsmayıllı rayon Qıçatan kəndində yerləşən "Torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsində olan yaşayış evinin miras əmlak olaraq İddiaçı və Qarayev Sabı̇ rxan Pənah oğlu tərəfindən miras əmlak kimi qəbul ediməsi faktının müəyyən edilməsi hissədə baxılmamış saxlanılmışdır. JN-0004 KOD 40722048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 29 yanvar 1999-cu il tarixli 65 saylı qərarı ilə İsmayıllı rayonun Qıçatan kəndi ərazisindən 1,34 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X12 və X1 mülkiyyətinə verilmişdir. JN-025F KOD 40722048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il tarixli 65 saylı qərarı ilə İsmayıllı rayonun Qıçatan kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi X12 və X1 mülkiyyətinə verilmişdir. 24 oktyabr 1961-ci il tarixli, AЗ №069661 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuşdur. Valideynlərindən atası Cavabdeh4, anası Cavabdeh3dır. 31 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, X6 02 may 1951-ci il tarixdə anadan olmuşdur. Valideynlərindən atası Cavabdeh4, anası X2r. 27 noyabr 2006-ci il tarixli AZ-İ №214277 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4 25 noyabr 2006-ci il tarixdə vəfat etmişdir. 28 avqust 2008-ci il tarixli AZ-İ №301745 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 27 avqust 2008-ci il tarixdə vəfat etmişdir. 29 iyun 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətindən görünür ki, 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş Cavabdeh4 vərəsəsi – İsmayıllı rayonu Qıçatan kəndində yaşayan qızı İddiaçı miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak “Kapital Bank”ın İsmayıllı rayon filialından 27 iyun 2012ci il verilmiş, 781/364 saylı arayışa əsasən mərhumun adına 1429 saylı əmanət hesabında olan pul məbləğindən ibarətdir. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyinin 26 may 2022-ci il tarixli 62 nömrəli arayışından görünür ki, İsmayıllı rayonu Qıçatan kəndində 0,14 hektar torpaq sahəsində 1953-cü ildə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət olan yaşayış evi mərhum Cavabdeh4 məxsus olmuşdur. Cavabdeh4 vəfat edən günədək qızı İddiaçı ilə birgə yaşamış və dəfn xərci övladları tərəfindən çəkilmişdir. Ailə tərkibi X6, X7 və İddiaçı ibarətdir. Hal-hazırda təsərrüfatı idarə edən onun qızı İddiaçıdır. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyinin 08 iyun 2022-ci il tarixli 63 nömrəli arayışından görünür ki, Garayeva X4 rayonu Qıçatan kəndində atası mərhum Cavabdeh4 məxsus olan bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evində tək yaşayır. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyinin 14 iyun 2022-ci il tarixli 67 nömrəli arayışından görünür ki, Cavabdeh4 vəfat etdikdən sonra X6, X7 və İddiaçı onun vərəsələri qalmışdır. Atasından qalan bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evində qızı İddiaçı tək yaşayır. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyinin 14 iyun 2022-ci il tarixli 68 nömrəli arayışından görünür ki, Cavabdeh3 27 avqust 2008-ci il tarixdə vəfat etdikdən sonra İddiaçı onun vərəsəsi qalmışdır. İsmayıllı rayonu Sulut bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 25 nömrəli arayışından görünür ki, Sulut bələdiyyəsi ərazisində mərhum Cavabdeh4 və Cavabdeh3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0004 KOD 40722048 nömrəli dövlət aktı ilə 1,34 hektar kənd təsərrüfatı torpaq sahəsi və həyətyanı torpaq sahəsi qızları İddiaçı tərəfindən idarə edilmiş, sahiblik edilmiş, torpaq və əmlak vergisi vaxında ödənilmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanlandığı 07 sentyabr 2022-ci il tarixli, 942 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25 noyabr 2006-cı il tarixdə vəfat etmiş atası Cavabdeh4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, digər vərəsələr ilə arasında yaranmış mübahisələrə görə miras əmlaka dair tam şəhadətnamə vermək mümkün deyil. Bu məsələnin həlli ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, JN-0004 KOD 40722048 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonun Qıçatan kəndi ərazisindən 1,34 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və JN-025F KOD 40722048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonun Qıçatan kəndi ərazisindən 0,14 hektar həyətyanı torpaq sahəsi X12 və X1 mülkiyyətlərinə verilmişdir. İddiaçı valideynlərindən atası Cavabdeh4, anası Cavabdeh3dır. X3 valideynlərindən atası Cavabdeh4, anası X2r. Cavabdeh4 25 noyabr 2006-ci il tarixdə, Cavabdeh3 isə 27 avqust 2008-ci il tarixdə vəfat etmişdir. 29 iyun 2012ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən 25 noyabr 2006ci il tarixdə vəfat etmiş Cavabdeh4 vərəsəsi – İsmayıllı rayonu Qıçatan kəndində yaşayan qızı İddiaçı miras əmlakdan irs almışdır. Şəhadətnamə verilən miras əmlak “Kapital Bank”ın İsmayıllı rayon filialından 27 iyun 2012-ci il verilmiş, 781/364 saylı arayışa əsasən mərhumun adına 1429 saylı əmanət hesabında olan pul məbləğindən ibarətdir. İsmayıllı rayon İHB-nın Sulut kənd İƏD üzrə nümayəndəliyinin arayışlarına əsasən Qıçatan kəndində 0,14 hektar torpaq sahəsində 1953-cü ildə inşa edilmiş bir mərtəbəli, iki otaqdan ibarət olan yaşayış evi mərhum Cavabdeh4 məxsus olmuşdur. Cavabdeh4 vəfat edən günədək qızı İddiaçı ilə birgə yaşamış və dəfn xərci övladları tərəfindən çəkilmişdir. Ailə tərkibi Sabirxan Qarayev, Elmxan Garayev və İddiaçı ibarətdir. Hal-hazırda təsərrüfatı idarə edən onun qızı İddiaçıdır. Cavabdeh4 vəfat etdikdən sonra Sabirxan Qarayev, Elmxan Garayev və İddiaçı onun vərəsələri qalmışdır. Atasından qalan bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evində qızı İddiaçı tək yaşayır. Cavabdeh3 vəfat etdikdən sonra İddiaçı onun vərəsəsi qalmışdır. İsmayıllı rayonu Sulut bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 25 nömrəli arayışına əsasən Sulut bələdiyyəsi ərazisində mərhum Cavabdeh4 və Cavabdeh3 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0004 KOD 40722048 nömrəli dövlət aktı ilə 1,34 hektar kənd təsərrüfatı torpaq sahəsi və həyətyanı torpaq sahəsi qızları İddiaçı tərəfindən idarə edilmiş, sahiblik edilmiş, torpaq və əmlak vergisi vaxında ödənilmişdir. İsmayıllı rayon Notariat Ofisinin İddiaçı ünvanlandığı 07 sentyabr 2022-ci il tarixli, 942 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 25 noyabr 2006-cı il tarixdə vəfat etmiş atası Cavabdeh4 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, digər vərəsələr ilə arasında yaranmış mübahisələrə görə miras əmlaka dair tam şəhadətnamə vermək mümkün deyil. Bu məsələnin həlli ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Qızlgül Garayeva 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş Cavabdeh4, 27 avqust 2008-ci ildə vəfat etmiş Cavabdeh3 İsmayıllı rayon Qıçatan kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-025F kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsində 1953cü ildə inşa edilmiş bir mərtəbəli, kürsülü, iki otaqdan ibarət olan yaşayış evi və torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 mömrəli Dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul ediməsi faktının müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququ haqqında şahadətnamənin verilməsi və Sabirxan Qarayevin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sabirxan Qarayev 2006-ci ildə vəfat etmiş atası Cavabdeh4 miras qalan, İsmayıllı rayonu Qıçatan kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin atasından miras qalan hissəsinin və həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən də qəbul edilməsinin müəyyən edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.9–cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı vərəsə olaraq mərhumlar Cavabdeh4 və Cavabdeh3 miras qalmış əmlakdan, Sabirxan Qarayev vərəsə olaraq mərhum Cavabdeh4 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişlər. Bu səbəbdən həmin miras əmlaklar vərəsələr kimi onların mülkiyyəti kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş Cavabdeh4, 27 avqust 2008-ci ildə vəfat etmiş Cavabdeh3 İsmayıllı rayon Qıçatan kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 nömrəli Dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul ediməsi faktı, Cavabdeh4 miras qalan, İsmayıllı rayonu Qıçatan kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin atasından miras qalan hissəsi Sabirxan Qarayev tərəfindən də qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin notariusa həvalə edilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə tərəflərin dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbləri qismən təmin edilsin. 25 noyabr 2006-ci il tarixdə vəfat etmiş Cavabdeh4, 27 avqust 2008-ci ildə vəfat etmiş Cavabdeh3 İsmayıllı rayon Qıçatan kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-025 kod 40722048 nömrəli şəhadətnaməyə əsasən 0,14 hektar həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dair JN-0004 kod 40722048 nömrəli Dövlət aktına əsasən 1,34 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak olaraq İddiaçı tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul ediməsi faktı müəyyən edilsin. 2008-ci ildə vəfat etmiş Cavabdeh4 miras qalan, İsmayıllı rayonu Qıçatan kəndində yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin atasından miras qalan hissəsi Qarayev Sabı̇ rxan Pənah oğlu tərəfindən də qəbul edilməsi müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver