Məhkəmə qərarları › İş №2(037)-481/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-481/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-481/2020 29.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin cavabdeh Hüseynova Lamarı̇ya Arı̇f qızına qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Hüseynova Lamarı̇ya Arı̇f qızından (bundan sonra cavabdeh) xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizoru üçün1001 manat əsas, 161 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon üçün 316 manat əsas, 93 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon üçün 192 manat əsas, 57 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon üçün 341 manat əsas, 65 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Modem TP-LİNK üçün 44 manat əsas, 14 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator üçün 500 manat əsas, 150 manat dəbbə pulu olmaqla 2934 manat borc və 30 manat dövlət rüsumu, cəmi 2964 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Samsung LED televizor, İMEİ kodu **********73749, **********19246, **********97367 və **********63651 olan Huawei P Smart, 2 ədəd Samsung Galaxy A10 və Samsung Galaxy A50 markalı telefon, Modem TP-LİNK və Hoffmann Radiator almış və nəticədə 2934 manat borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 11 manat olan 18 ay müddətinə hər ay 77 manat ödəməklə cəmi 1397 manat dəyərində aldığı Samsung LED televizoru üçün borcu 1001 manat əsas, 161 manat dəbbə pulu, cəmi 1162 manat, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 3 manat olan 12 ay müddətinə hər ay 52 manat ödəməklə cəmi 627 manat dəyərində aldığı İMEİ kodu **********73749 olan Huawei P Smartmarkalı telefon üçün borcu 316 manat əsas, 93 manat dəbbə pulu, cəmi 409 manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 46 manat olan 6 ay müddətinə hər ay 48 manat ödəməklə cəmi 334 manat dəyərində aldığı İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon üçün 192 manat əsas, 57 manat dəbbə pulu, cəmi 249 manat, xx xxxxxxxx 2019cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 9 manat olan 12 ay müddətinə hər ay 31 manat ödəməklə cəmi 381 manat dəyərində aldığı İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon üçün 341 manat əsas, 65 manat dəbbə pulu, cəmi 406 manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 6 ay müddətinə hər ay 12 manat ödəməklə cəmi 72 manat dəyərində aldığı Modem TP-LİNK üçün 44 manat əsas, 14 manat dəbbə pulu, cəmi 58 manat, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 72 manat olan 6 ay müddətinə hər ay 125 manat ödəməklə cəmi 822 manat dəyərində aldığı İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator üçün 500 manat əsas, 150 manat dəbbə pulu, cəmi 650 manat təşkil etmiş və müqavilələr üzrə ümumilikdə 1239 manat ödəniş etmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% faiz həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-ə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı cavabdehdən xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizoru üçün 1001 manat əsas, 161 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon üçün 316 manat əsas, 93 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon üçün 192 manat əsas, 57 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon üçün 341 manat əsas, 65 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Modem TP-LİNK üçün 44 manat əsas, 14 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator üçün 500 manat əsas, 150 manat dəbbə pulu olmaqla 2934 manat borc və 30 manat dövlət rüsumu, cəmi 2964 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddaçı ilə aralarında bağladığı müqavilələrə əsasən iddiaçıdan bir ədəd televizor, dörd ədəd telefon, bir ədəd modem və radiator almışdır. O, aldığı əşyaların dəyərinin bir hissəsini ödəmişdir. Sonradan xəstə olduğuna görə işləməmiş və borclarını tam ödəyə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir və maddi imkanı ağır olduğundan borcunu ödəyə bilmir. O, əsas borcu ödəməyə razıdır. İddiaçı tərəfindən tələb edilən dəbbə pulunun miqdarı isə çox yüksəkdir, onun əsas borcla yanaşı dəbbə pulunu ödəməyə imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxx 2019-cu il tarixli 00646889 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 11 manat olan 18 ay müddətinə hər ay 77 manat ödəmək şərti ilə cəmi 1397 manat dəyərində Samsung LED televizoru satılmışdır. xx xxxx 2019-cu il tarixli 00722633 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 3 manat olan 12 ay müddətinə hər ay 52 manat ödəmək şərti ilə cəmi 627 manat dəyərində İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon satılmışdır. xx xxxxxx 2019-cu il tarixli 00844191 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 46 manat olan 6 ay müddətinə hər ay 48 manat ödəmək şərti ilə cəmi 334 manat dəyərində İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon satılmışdır. xx xxxxxxxx 2019-cu il tarixli 00929987 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 9 manat olan 12 ay müddətinə hər ay 31 manat ödəmək şərti ilə cəmi 381 manat dəyərində İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon satılmışdır. xx xxxxxxx 2019-cu il tarixli 00971581 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 6 ay müddətinə hər ay 12 manat ödəmək şərti ilə cəmi 72 manat dəyərində Modem TP-LİNK satılmışdır. xx xxxxxxx 2019-cu il tarixli 00982981 nömrəli müqavilədən və müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödənişi 72 manat olan 6 ay müddətinə hər ay 125 manat ödəmək şərti ilə cəmi 822 manat dəyərində İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator satılmışdır. xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərinin və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx xxx 2019-cu il tarixli müqavilə Samsung LED televizoru üçün 1397 manat məbləğindən 396 manat ödəniş etmiş, 1001 manat əsas və 161 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon üçün 627 manat məbləğindən 311 manat ödəniş etmiş, 316 manat əsas və 93 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon üçün 334 manat məbləğindən 142 manat ödəniş etmiş, 192 manat əsas və 57 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon üçün 381 manat məbləğindən 40 manat ödəniş etmiş, 341 manat əsas və 65 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə Modem TP-LİNK üçün 72 manat məbləğindən 28 manat ödəniş etmiş, 44 manat əsas və 14 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator üçün 822 manat məbləğindən 322 manat ödəniş etmiş, 500 manat əsas və 150 manat dəbbə pulu olmaqla 1239 manat ödəniş etmiş, 2394 manat əsas, 540 manat dəbbə pulu, cəmi 2934 manat borcu qalmışdır. xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 11 manat olan 18 ay müddətinə hər ay 77 manat ödəməklə cəmi 1397 manat dəyərində dəyərində Samsung LED televizoru, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 3 manat olan 12 ay müddətinə hər ay 52 manat ödəməklə cəmi 627 manat dəyərində İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 46 manat olan 6 ay müddətinə hər ay 48 manat ödəməklə cəmi 334 manat dəyərində İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 9 manat olan 12 ay müddətinə hər ay 31 manat ödəməklə cəmi 381 manat dəyərində İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 6 ay müddətinə hər ay 12 manat ödəməklə cəmi 72 manat dəyərində Modem TP-LİNK, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ilkin ödənişi 72 manat olan 6 ay müddətinə hər ay 125 manat ödəməklə cəmi 822 manat dəyərində İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator almışdır. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı tərəfindən əsas borca dəbbə pulu hesablanmışdır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin xx xxx 2019-cu il tarixli müqavilə üzrə 1001 manat əsas və 161 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqavilə üzrə 316 manat əsas və 93 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə 192 manat əsas və 57 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 341 manat əsas və 65 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 44 manat əsas və 14 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqavilə üzrə 500 manat əsas və 150 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED televizoru üçün 1001 manat əsas, 161 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********73749 olan Huawei P Smart markalı telefon üçün 316 manat əsas, 93 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19246 olan Samsung Galaxy A10 markalı telefon üçün 192 manat əsas, 57 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97367 olan Samsung Galaxy A10 markalı telefon üçün 341 manat əsas, 65 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Modem TP-LİNK üçün 44 manat əsas, 14 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********63651 olan Samsung Galaxy A50 markalı telefon və Hoffmann Radiator üçün 500 manat əsas, 150 manat dəbbə pulu olmaqla 2934 manat borc və 30 manat dövlət rüsumu, cəmi 2964 manat məbləğin alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxx 2019-cu il tarixli 00646889 nömrəli müqavilə üzrə 1001 manat, xx xxxx 2019-cu il tarixli 00722633 nömrəli müqavilə üzrə 316 manat, xx xxxxxx 2019-cu il tarixli 00844191 nömrəli müqavilə üzrə 192 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00929987 nömrəli müqavilə üzrə 341 manat, xx xxxxxxx 2019-cu il tarixli 00971581 nömrəli müqavilə üzrə 44 manat, xx xxxxxxx 2019-cu il tarixli 00982981 nömrəli müqavilə üzrə 500 manat borcun, cəmi 2394 manat əsas borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması və cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən xx xxx 2019-cu il tarixli 00646889 nömrəli müqavilə üzrə 161 manat, xx xxxx 2019-cu il tarixli 00722633 nömrəli müqavilə üzrə 93 manat, xx xxxxxx 2019-cu il tarixli 00844191 nömrəli müqavilə üzrə 57 manat manat, xx xxxxxxxx 2019-cu il tarixli 00929987 nömrəli müqavilə üzrə 65 manat, xx xxxxxxx 2019-cu il tarixli 00971581 nömrəli müqavilə üzrə 14 manat, xx xxxxxxx 2019-cu il tarixli 00982981 nömrəli müqavilə üzrə 150 manat olmaqla, cəmi 540 manat dəbbə pulunun alınmasına dair hissələri qismən – xx xxx 2019cu il tarixli 00646889 nömrəli müqavilə üzrə 15 manat, xx xxxx 2019-cu il tarixli 00722633 nömrəli müqavilə üzrə 10 manat, xx xxxxxx 2019-cu il tarixli 00844191 nömrəli müqavilə üzrə 10 manat, xx xxxxxxxx 2019-cu il tarixli 00929987 nömrəli müqavilə üzrə 10 manat, xx xxxxxxx 2019-cu il tarixli 00971581 nömrəli müqavilə üzrə 5 manat, xx xxxxxxx 2019-cu il tarixli 00982981 nömrəli müqavilə üzrə 15 manat dəbbə pulu olmaqla, cəmi 65 manat dəbbə pulu həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hüseynova Lamarı̇ya Arı̇f qızından xx xxx 2019-cu il tarixli 00646889 nömrəli müqavilə üzrə 1001 manat əsas, 15 manat dəbbə pulu, xx xxxx 2019-cu il tarixli 00722633 nömrəli müqavilə üzrə 316 manat əsas, 10 manat dəbbə pulu, xx xxxxxx 2019cu il tarixli 00844191 nömrəli müqavilə üzrə 192 manat əsas, 10 manat dəbbə pulu, xx xxxxxxxx 2019-cu il tarixli 00929987 nömrəli müqavilə üzrə 341 manat əsas, 10 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli 00971581 nömrəli müqavilə üzrə 44 manat əsas, 5 manat dəbbə pulu, xx xxxxxxx 2019-cu il tarixli 00982981 nömrəli müqavilə üzrə 500 manat əsas, 15 manat dəbbə pulu olmaqla, 2394 manat əsas, 65 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2489 (iki min dörd yüz səksən doqquz) manat məbləğ alınaraq iddiaçı "İddiaçı" Məhdud Məsulı̇yyətli Cəmı̇yyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar