Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-57/2024 12.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar Kərı̇ mova Elnurə Cavad qızı,İddiaçı2,İddiaçı3 və Umudov Şahı̇ d Cavad oğlunun cavabdehlər Mı̇ rzəlı̇ yev Yası̇ n Qorxmaz oğlu, Mı̇ rzəliyev Nadı̇ r Hüsən oğlu, Abulov Varı̇ s Şamı̇ l oğlu və Kazımov Bəxtı̇ yar Hüseyn oğluna qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması,vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Kərı̇ mova Elnurə Cavad qızı, İddiaçı2, İddiaçı3 və Umudov Şahı̇ d Cavad oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində 07 yanvar 2022-ci il tarixdə qeydə alınmış Çıxarış üzrə birgə mülkiyyətlərində olan, İsmayıllı rayon Quşencə kəndi ərazisində yerləşən 1,06 hektar əkin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və pay torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması,habelə cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərin əvəzi kimi 3680 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat olmaqla cəmi 3780 manat məbləğinin alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçı Kərı̇ mova Elnurə Cavad qızı (iddiaçılar İddiaçı2,İddiaçı3 və Umudov Şahı̇ d Cavad oğlunun nümayəndəsi) məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək cavabdehlər Mı̇ rzəlı̇ yev Yası̇ n Qorxmaz oğlu, Mı̇ rzəliyev Nadı̇ r Hüsən oğlu, Abulov Varı̇ s Şamı̇ l oğlu və Kazımov Bəxtı̇ yar Hüseyn oğlu ilə aralarında razılaşma əldə olunduğunu və hazırda cavabdehlərə qarşı tələbinin olmadığından iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdehlər Mı̇ rzəlı̇ yev Yası̇ n Qorxmaz oğlu,Mı̇ rzəliyev Nadı̇ r Hüsən oğlu və Abulov Varı̇ s Şamı̇ l oğlu məhkəməyə dəftərxana vasitəsilə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən onun iddiaçının ərizəsinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının və cavabdehlərin ərizələrini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı Kərı̇ mova Elnurə Cavad qızı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar Kərı̇ mova Elnurə Cavad qızı,İddiaçı2,İddiaçı3 və Umudov Şahı̇ d Cavad oğlunun cavabdehlər Mı̇ rzəlı̇ yev Yası̇ n Qorxmaz oğlu, Mı̇ rzəliyev Nadı̇ r Hüsən oğlu, Abulov Varı̇ s Şamı̇ l oğlu və Kazımov Bəxtı̇ yar Hüseyn oğluna qarşı əkin torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması,vurulmuş maddi zərərin ödənilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı Kərı̇ mova Elnurə Cavad qızına qaytarılsın. İddiaçı Kərı̇ mova Elnurə Cavad qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-57/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-57/2024
12.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Maddi ziyanın ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver