Məhkəmə qərarları › İş №2(037)-826/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-826/2023

07.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzil mübahisələri - Torpaq mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-826/2023 07.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdehlər Məsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh1 qarşı “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgüsü əsasında bölünməsi və fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Məsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh1 qarşı “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgüsü əsasında bölünməsi və fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgüsü əsasında bölünməsi və fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbləri eyni tərəflər arasında olsa da, mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Ona görə də, hazırki iddia tələblərinin bir icraatda baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.7, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Məsimova (Alıyeva) Vüsalə Şahid qızı və Cavabdeh1 qarşı “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin naturada real bölgüsü əsasında bölünməsi və fərdi yaşayış evindən cavabdehlərə məxsus əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver