Məhkəmə qərarları › İş №2(037)-837/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-837/2021

24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-837/2021 24.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X11 ilə X8 doğma bacı olması, X8 onun xalası olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11 və X12 məxsus olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X11 və X6 miras qalmış 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. Onlar ailələri ilə birlikdə 1993-cü ildə məlum hadisələrlə bağlı Gürcüstan Respublikasından köçüb gəlmişlər. Hazırda İsmayıllı rayonun Qalagah kəndində yaşayır. Doğum haqqında şəhadətnaməsində ata adı “X22”, ana adı isə “X13” kimi qeyd olunmuşdur. X2 1920-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayonun Qalagah kəndində qeydiyyata düşmüş və 20 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Ona doğum haqqında şəhadətnamə alınarkən anasının soyadı Qəribova yazılmış, lakin ona məlum olmayan səbəblərdən anasının ölüm haqqında şəhadətnaməsində soyadı qızılıq soyadı olan Qasımova soyadı ilə yazılmışdır. Anasının bacısı, yəni xalası X17 1939-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayonun Qalagah kəndində qeydiyyata düşmüş və 02 may 2015-ci il tarixdə vəfat etmişdir. Anası ilə xalasının birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qalagah kəndində 2,81 hektar torpaq sahəsi verilmişdir. X27 vəfat etdikdən sonra ondan miras qalan həmin əmlakı anası Minavər Qasımova faktiki olaraq qəbul edərək idarə etmişdir. Anası vəfat etdikdən sonra isə onlardan miras qalan əmlakları faktiki olaraq o qəbul edərək idarə edir. Torpağı özü əkib-becərir, vergisini ödəyir. X11 ilə X17 doğma bacıdırlar. Onların ilkin sənədləri Gürcüstan Respublikasında rus dilində yazıldığından Azərbaycan dilində sənədlər tərtib olunarkən xalasının ata adı Məmməd əvəzinə Məhəmməd kimi yazılmışdır. Onların doğum haqqında şəhadətnamələrini əldə etmək üçün Gürcüstan Respublikasında yaşadıqları ərazi üzrə müraciət etsə də onların doğum haqqında şəhadətnamələrini əldə edə bilməmişdir. Ona görə də onların doğma bacı olmasını təsdiq edə bilmir. Anası və xalası vəfat etdikləri günədək onunla birgə yaşamış, ondan başqa vərəsələri olmamışdır. Anasından və xalasından miras qalan əmlaklarla bağlı heç bir mübahisə yoxdur və heç kim həmin əmlaklara iddia etmir. Anası ilə xalasının birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anasının adı Minavər əvəzinə Münəvvər, xalasının ata adı Məmməd əvəzinə Məhəməd kimi qeyd olunmuşdur. Səhvin düzəldilməsi ilə bağlı aidiyyəti orqana müraciət etsə də onların qohumluğunu təsdiq edən sənəd olmadığından onun müraciətinə cavab verilməmişdir. Bununla da torpaq sahəsinə dair çıxarışin alınması və onların qohumluq münasibətlərinin müəyyən olunması mümkün olmur . X11 ilə X8 qohumluq münasibətlərininin müəyyən olunması, onlardan miras qalan əmlakları adına rəsmiləşdirməsi üçün lazımı sənədləri əldə edə bilmir. Qeyd etdiklərinə əsasən X11 ilə X8 doğma bacı olması, X8 onun xalası olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11 və X12 məxsus olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X11 və X6 miras qalmış 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi qohumudur. Minavər Qasımova ərizəçinin anası, Salatın Qasımova isə xalasıdır. Onlar məlum hadisələrlə bağlı 1993-cü ildə Gürcüstan Respublikasından köçüb gəlmişlər. Ərizəçinin anası ilə xalasının birgə mükiyyətinə torpaq sahəsi verilmişdir. Salatın Qasımova vəfat etdikdən sonra ondan qalan mirası ərizəçinin anası, anası vəfat etdikdən sonra isə ondan qalan mirası ərizəçi qəbul edərək idarə edir. Minavər və Salatının vəfat etdikləri günədək Ərizəçi yanında yaşamış və onların başqa vərəsələri olmamışdır. Miras əmlakla bağlı mübahisə edən yoxdur. O, X11 ilə X8 doğma bacı olması, X8 ərizəçinin xalam olması, JN-219 nömrəli dövlət aktının X11 və X12 məxsus olması, onlardan miras qalmış əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq edir. X7 və X25 X1 ilə eyni məzmunlu ifadə verərək X11 ilə X8 doğma bacı olması, X8 ərizəçinin xalam olması, JN-219 nömrəli dövlət aktının X11 və X12 məxsus olması, onlardan miras qalmış əmlakın tam şəkildə ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etdi. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 11 oktyabr 2011-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İİİ-PЭ nömrəli 8 may 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X23 və X31 qızıdır. AZ-İİ 029170 nömrəli 06 avqust 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 02 fevral 2015-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 029171 nömrəli 06 avqust 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 avqust 2018-ci il tarixdə vəfat etmişdir. JN-219 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X9 və Qasımova Salatın Məhəmməd qızının birgə mülkiyyətinə İsmayıllı rayonun Qalagah kəndi ərazisində 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İsmayıllı rayon İHB-nın Qalagah İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2020-ci il tarixli 157 nömrəli arayışdan görünür ki, ərizəçinin mərhum xalası X14 xx.xx.1939-cu ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayon Qalagah kəndinə qeydiyyata düşmüş və 02 fevral 2015ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək bacısı qızı Ərizəçi yanında yaşamış və başqa vərəsələri olmamışdır. İsmayıllı rayon İHB-nın Qalagah İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyul 2020-ci il tarixli 158 nömrəli arayışdan görünür ki, ərizəçinin mərhum X2 xx.xx.1920-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayon Qalagah kəndinə qeydiyyata düşmüş və 20 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək qızı Ərizəçi yanında yaşamış və başqa vərəsələri olmamışdır. 08 iyul 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi həmin tarixdə 21,07 manat torpaq vergisi ödəmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuşdur. X10 və anası X31 qızıdır. X11 1920-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayonun Qalagah kəndində qeydiyyata düşmüş və 20 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X17 1939-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, 26 iyul 1993-cü il tarixdə İsmayıllı rayonun Qalagah kəndində qeydiyyata düşmüş və 02 may 2015-ci il tarixdə vəfat etmişdir. Minavər Qasımova və Salatın Qasımovanın birgə mülkiyyətlərinə İsmayıllı rayonun Qalagah kəndində 2,81 hektar torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-219 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X5 adı Münəvvər, X8 ata adı Məhəmməd kimi qeyd olunmuşdur. Minavər Qasımova və Salatın Qasımovanın vəfatından sonra onlardan miras qalan əmlakları faktiki olaraq ərizəçi qəbul edərək idarə edir. Ərizəçi izahatında, şahidlər ifadələrində miras əmlakla bağlı mübahisə olmadığını göstərirlər. Ərizəçinin anası və xalası Gürcüstan Respublikasında doğulmuşlar. Onların doğum haqqında şəhadətnamələri olmadığından və tərtib olunmuş sənədlərdə uyğunsuzluq olduğundan ərizəçinin sorğulara cavab alması və miras qoyanlarla qohumluqlarını müəyyən etmək mümkün deyildir. Ona görə də ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçinin X11 ilə X8 doğma bacı olması, X8 onun xalası olması, JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11 və X12 məxsus olması, həmin dövlət aktına əsasən onlardan miras qalmış 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini adına rəsmiləşdirməsi ilə bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi X9 və X8 birgə mülkiyyətlərində İsmayıllı rayonun Qalagah kəndi ərazisində 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Ərizəçinin xalası hesab etdiyi mülkiyyətçi X17 02 may 2015-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalan əmlakı bacısı, ərizəçinin X2 faktiki olaraq qəbul edərək idarə etmişdir. Ərizəçinin X2 20 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra isə onlardan miras qalmış əmlakı ərzəçi faktiki olaraq qəbul edərək idarə etmişdir. Miras qoyanlar vəfat etdikləri günədək Ərizəçi yanında yaşamış və başqa vərəsələri olmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X11 ilə X8 doğma bacı olması, X8 ərizəçinin xalası olması, Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-219 nömrəli Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11 və X12 məxsus olması, onlardan qalan mirasın ərizəçi tərəfindən faktiki olaraq qəbul edilərək idarə edilməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin qohumluq və mirası qəbul etməsi faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X5 X8 doğma bacısı olması faktı müəyyən edilsin. X8 Ərizəçi xalası olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 1998-ci il tarixli JN-219 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11 və X12 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 21 sentyabr 1998-ci il tarixli JN-219 Kod 40710018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə X11 və X6 miras qalan, İsmayıllı rayonun Qalagah kəndində yerləşən 2,81 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver