Məhkəmə qərarları › İş №2(037)-976/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-976/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-976/2021 29.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 29 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2019cu il tarixli 056R********** saylı kredit razılaşması və 24.07.2020-ci il tarixli 056R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2586.79 manat kredit borcu, 793.33 manat faiz borcu, 910.54 manat cərimə borcu olmaqla, ümumilikdə 4290.66 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 010L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 adına 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə 22 noyabr 2019-cu il tarixli 056S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1la birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Tərəflərin imzaladıqları 24 iyul 2020-ci il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 413.21 manat ödəmiş, onun 2586.79 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 09 sentyabr 2021-ci il tarixə 352 gün üçün hesablanmış faiz borcu 793.33 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 09 sentyabr 2021-ci il tarixə 352 gün üçün hesablanmış cərimə 910.54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilsə də cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər kredit borcunu qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30 manat vəsait sərf etmişdir. İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış 22.11.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması və 24.07.2020-ci il tarixli 056R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2586.79 manat kredit borcu, 793.33 manat faiz borcu, 910.54 manat cərimə borcu olmaqla, ümumilikdə 4290.66 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh2 izahat verərək göstərdi ki, Cavabdeh1 oğludur. İddiaçı QSC ilə oğlu Cavabdeh1 arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 010L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən oğlunun adına 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə oğlu Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla İddiaçı QSC arasında 22 noyabr 2019-cu il tarixli 056S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 24 iyul 2020-ci il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Oğlu Cavabdeh1 götürdüyü kredit borcundan 413.21 manat ödəmiş və 2586.79 manat borcu qalmışdır. Oğlunun himayəsində azyaşlı uşağı olduğundan və maddi vəziyyəti yaxşı olmadığından, həmçinin onun təqaüdçü olması, arvadının ağır sinir xəstəsi olması və himayəsində üç ağır xəstə olması səbəbindən kredit borcunu vaxtlı vaxtında ödəyə bilməmişlər. Oğlu Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 09 sentyabr 2021-ci il tarixə 352 gün üçün 793.33 manat faiz borcu və 910.54 manat cərimə borcu hesablanmışdır. Oğlu Cavabdeh1la iddiaçı arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə əsas borc və faiz borcunun təqaüdündən tutulmasına etiraz etmir və həmin borc məbləğini yaxın vaxtlarda hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərinə əsasən onun və oğlu Cavabdeh1 maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir.Məhkəmə Cavabdeh1 məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. 29 aprel 2015-ci il tarixli 010L**********37 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 adına 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasına əsasən həmin tarixdə iddiaçı tərəfindən Cavabdeh1 hissə-hissə qaytarmaq şərti ilə aylıq 2.25 faiz dərəcəsi ilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit məbləğindən təyinatı üzrə istifadə etməyi, həmçinin krediti və onun faizlərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasına əlavə olunmuş ödəniş planından müəyyən edilir ki, Cavabdeh1 müqavilə ilə müəyyən edilmiş 18 ay müddətində 3000 manat əsas və 694.84 manat faiz borcu olmaqla, cəmi 3694.84 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 22 noyabr 2019-cu il tarixli 056S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşmasının təminatı kimi Cavabdeh1 kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda həmin zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1la birlikdə müştərək məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 24 iyul 2020-ci il tarixli 056R**********S saylı saziş və sazişə əlavə olunmuş ödəniş planından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə ödəniş planına dəyişiklik edilmiş və dəyişikliyə əsasən Cavabdeh1 24 iyul 2020-ci il tarixli 056R**********S saylı saziş üzrə 16 ay müddətində 2586.79 manat əsas və 557.94 manat faiz borcu olmaqla, cəmi 3399.52 manat kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. 31 avqust 2021-ci il tarixli 23070 nömrəli xəbərdarlıq bildirişin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün borcun könüllü olaraq ödənilməsi ondan tələb edilmiş, kredit müqaviləsi üzrə cavabdehin öhdəlikləri və maddi məsuliyyəti barədə ona xəbərdarlıq edilmişdir. 15 sentyabr 2021-ci il tarixli 21527 nömrəli maliyyə arayışından görünür ki, 22 noyabr 2019-cu il tarixli 056R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 09 sentyabr 2021-ci il tarixinə yaranmış ümumi borcu 4290.66 manat məbləğində olmuşdur. 10 sentyabr 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 010L**********37 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 adına 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər Cavabdeh2 ilə İddiaçı QSC arasında 22 noyabr 2019-cu il tarixli 056S**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin imzaladıqları 24 iyul 2020-ci il tarixli 056R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 sentyabr 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 413.21 manat ödəmiş, onun 2586.79 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 09 sentyabr 2021-ci il tarixə 352 gün üçün hesablanmış faiz borcu 793.33 manat və cərimə borcu 910.54 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı Cavabdeh1 ilə aralarında bağlanmış 22.11.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması və 24.07.2020-ci il tarixli 056R**********S saylı sazişin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2586.79 manat kredit borcu, 793.33 manat faiz borcu, 910.54 manat cərimə borcu olmaqla, ümumilikdə 4290.66 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 oğlu Cavabdeh1 götürdüyü kredit borcundan 413.21 manat ödədiyini, oğlunun himayəsində azyaşlı uşağı olduğundan və maddi vəziyyəti yaxşı olmadığından, həmçinin onun təqaüdçü olması, arvadının ağır sinir xəstəsi olması və himayəsində üç ağır xəstə olması səbəbindən kredit borcunu vaxtlı vaxtında ödəyə bilmədiklərini, oğlu ilə iddiaçı arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə əsas borc və faiz borcunun təqaüdündən tutulmasına etiraz etmədiyini və həmin borc məbləğini yaxın vaxtlarda hissə-hissə ödəyəcəyini, onun və oğlu Cavabdeh1 maddi vəziyyətləri nəzərə alınaraq cərimə məbləğindən azad edilmələrini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Cavabdeh1 məhkəmə iclasına gəlməməsini onun işin nəticəsi ilə maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 22.11.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması üzrə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2586.79 manat əsas və 793.33 manat faiz borcunun tutulması tələbinə dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflər arasında bağlanmış 29 aprel 2015-ci il tarixli 010L**********37 nömrəli uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndində kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam verərək qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin əsaslara görə iddia tələbi tərəflər arasında bağlanmış 22.11.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması və 24.07.2020-ci il tarixli 056R**********S saylı sazişin ləğv edilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, kredit müqaviləsi üzrə 910.54 manat cərimə məbləği işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Cavabdehlərin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 910.54 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən – 90.10 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehlərdən 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22.11.2019-cu il tarixli 056R********** saylı kredit razılaşması və 24.07.2020-ci il tarixli 056R**********S saylı saziş ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 056R********** saylı kredit razılaşması üzrə 2586.79 manat kredit borcu, 793.33 manat faiz borcu və 90.10 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3500.22 (üç min beş yüz manat iyirmi iki qəpik) məbləğ tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar