Məhkəmə qərarları › İş №2(039)-101/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-101/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-101/2022 02.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə, fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə, fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli, 07 iyun 2016-cı il qeydiyyat tarixli çıxarışı ilə mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi 33 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara 7000 manat kompensasiya verməklə, ona məxsus olan fərdi yaşayış evinin tərkib hissəsindən onların istifadə hüququna xitam verilməsinə və həmin fərdi yaşayış evindən onların əşyaları ilə birlikdə çıxarılmalarına, həmçinin Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla paylı mülkiyyətdə olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi 33 saylı ünvanda yerləşən 0,0454 ha torpaq sahəsinin 1/4 hissəsinin onun mülkiyyəti olmasını nəzərə alaraq həmin əmlakın naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında 24 yanvar 2022-ci il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, 24 yanar 2022-ci il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçı Cəlal oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birlikdə onların razılığı ilə 7000 manat konpensasiyanı onların istifadə hüququna xitam verilməsinə, evdən çıxarılmalarına və əşyaların götürülməsinə, həmçinin qeydiyyatdan çıxarılmalarına görə ödəyir. Onlar bu pulu nəğd olaraq qəbul etdilər. 2). İddiaçı Cəlal oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birlikdə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 00454 ha torpaq sahəsinin onların hər birinə düşəcək ¼ üçün həmin torpaqları ona bağışladığı üçün 11000 manat məbləğində pulu onlara ödəmişdir. 3). Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 barışıq sazişini qəbul edərək evdən çıxarılma yəni yaşadıqları Yeni Yevlax küçəsi 33 saylı evdən 7000 manat konpensasiyanı alaraq əşyaları ilə birlikdə evdən çıxacaqlarını bu səbəbdən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını və 23 fevral 2022-ci il tarixinədək mübahisələndirilən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmaqlarını rəsmən üzərlərinə götürürlər. 4). Eləcədə Aslanov Cavabdeh3 Sücayət Ağayar qızı, Cavabdeh1 11000 manat pul alaraq mülkiyyətlərində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi 33 də yerləşən torpaqlarını onlara düşən hissəni İddiaçı Cəlal oğluna rəsmən bağışlamışlar. Onların bu tələblə bağlı yəni Yevlax şəhəri, Yeni ünvan 2 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olmuş onlara aid olan torpaq mülkiyyətlərinə dair heç bir vaxt heç biri hər hansı bir məhkəmə mübahisəsi açmayacaqlar. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 24 yanvar 2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Həmçinin İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddianın bir hissəsindən qismən imtina edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin ikinci hissəsində imtina etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı Cəlal oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birlikdə onların razılığı ilə 7000 manat konpensasiyanı onların istifadə hüququna xitam verilməsinə, evdən çıxarılmalarına və əşyaların götürülməsinə həmçinin qeydiyyatdan çıxarılmalarına görə ödəyir. Onlar bu pulu nəğd olaraq qəbul etdilər. 2). İddiaçı Cəlal oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 birlikdə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 00454 ha torpaq sahəsinin onların hər birinə düşəcək ¼ üçün həmin torpaqları ona bağışladığı üçün 11000 manat məbləğində pulu onlara ödəmişdir. 3). Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 barışıq sazişini qəbul edərək evdən çıxarılma, yəni yaşadıqları Yeni Yevlax küçəsi 33 saylı evdən 7000 manat konpensasiyanı alaraq əşyaları ilə birlikdə evdən çıxacaqlarını bu səbəbdən istifadə hüquqlarına xitam verilməsinə razı olduqlarını və 23 fevral 2022-ci il tarixinədək mübahisələndirilən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxmaqlarını rəsmən üzərlərinə götürürlər. 4). Eləcədə Aslanov Cavabdeh3 Sücayət Ağayar qızı, Cavabdeh1 11000 manat pul alaraq mülkiyyətlərində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi 33 də yerləşən torpaqlarını onlara düşən hissəni İddiaçı Cəlal oğluna rəsmən bağışlamışlar. Onların bu tələblə bağlı yəni Yevlax şəhəri, Yeni ünvan 3 ünvanda yerləşən ümumi birgə mülkiyyətdə olmuş onlara aid olan torpaq mülkiyyətlərinə dair heç bir vaxt, heç biri hər hansı bir məhkəmə mübahisəsi açmayacaqlar. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kompensasiya ödənilməklə, fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver