Məhkəmə qərarları › İş №2(039)-1031/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1031/2021

21.06.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1031/2021 21.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının və ölümün qeyd edilməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə müraciət edərək, Maraqlı şəxs tərəfindən atasının adına 21 avqust 2018-ci il tarixdə 13 nömrə ilə verilmiş seriya AZ-l 928940 saylı ölüm haqqında şəhadətnamədə atasının adının “Bəhman” olduğu halda adının ”Təhməz”, vətəndaş qrafasında isə “X3” kimi qeyd edilmiş ölüm haqqında akt qeydiyyatının düzgün olmamasının, maraqlı orqan tərəfindən ölüm haqqında akt qeydiyyatları kitabında atasının adının “Bəhman”, vətəndaş qrafasında isə “X4” kimi göstərilməklə qeydin düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, mərhum atası X1 adı bəzi hüquq müəyyənedici sənədlərdə Bəhman yox Təhməz kimi qeyd edilmişdir. Halbuki atasının adı əksər sənədlərdə düzgün olaraq Bəhman kimi qeyd edilib. Hazırda mərhum atasının adına verilmiş ölüm haqqında şəhadətnamədə adı Təhməz kimi qeyd edilmişdir. Bu səbəbdən də sosial hüquqlarının həyata keçirilməsində müəyyən çətinliklərlə üzləşmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 16 oktyabr 2020-ci il tarixli, 1386 saylı arayışdan məlum olur ki, Həmzəyev Təhməz Məhəmməd oğlu 08 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2018-ci il tarixli, AZ-l 928940 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X4 08 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-0024 kod 90108028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından məlum olur ki, X2 Yevlax rayonu, Nəmərli kəndində 0.57 ha torpaq sahəsi vardır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 01 avqust 1968-ci il tarixli, AZ ******* saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə anadan olmuş, atası X4, anası X5r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 07 oktyabr 1949-cu il tarixli, l-İE 218606 saylı evlənmək haqqında şəhadətnamədən məlum olur ki, X4 ilə X8 07 oktyabr 1949-cu il tarixdə evlənmişlər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən NZ ******* saylı hərbi biletdən məlum olur ki, X3 1945-ci ildə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 25 yanvar 1974-cü il tarixli nişan vəsiqəsindən məlum olur ki, X4 1973-cü ilin sosialistik yarışının qalibidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 08 dekabr 1974-cü il tarixli nişan vəsiqəsindən məlum olur ki, X4 1974-cü ilin sosialistik yarışının qalibidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 12 aprel 1967-ci il tarixli, AZ ******* saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X6 11 aprel 1967-ci il tarixdə anadan olmuş, atası X4, anası X5r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 01 mart 1963-cü il tarixli, AZ 397562 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X7 12 fevral 1963-cü il tarixdə anadan olmuş, atası X4, anası X5r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 20 dekabr 1956-cı il tarixli, l-İE 254503 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X9 02 dekabr 1956-cı il tarixdə anadan olmuş, atası X4, anası X5r. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 11 avqust 1968-ci il tarixli 48 saylı doğum akt qeydindən məlum olur ki, Ərizəçi xx xxxx 1968-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 21 avqust 2018-ci il tarixli 13 saylı ölüm akt qeydindən məlum olur ki, X3 08 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, ərizəçinin atası 08 avqust 2018-ci il tarixdə vəfat etmişdir. X1 adına ölüm haqqında şəhadətnamə Maraqlı şəxs tərəfindən verilmişdir. Maraqlı şəxs tərəfindən 08 avqust 2018-ci il tarixdə vəfat etmiş X1 ölüm aktının qeydiyyatı kitabında adı səhvən “Təhməz” kimi qeyd edilmişdir. Ona görə də rayon Qeydiyyat şöbəsində saxlanılan akt qeydi kitabında 08 avqust 2018-ci il tarixdə vəfat etmiş X1 adı “Təhməz” kimi qeyd edilmişdir, yəni akt qeydi kitabında 08 avqust 2018-ci il tarixdə vəfat etmiş X1 adı həmin kitabda düzgün qeyd edilməmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X2 21 avqust 2018-ci il tarixli 13 saylı ölüm haqqında akt qeydinə düzəliş edilərək adı “Bəhman” kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 305.1 və 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 21 avqust 2018-ci il tarixli 13 saylı ölüm haqqında akt qeydinə düzəliş edilərək adı “Bəhman” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver