Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1048/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı “X4 Xəstəxanası” X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqi varislərin təyin olunması və reqres qaydada pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Xəstəxanası” X11 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqi varislərin təyin olunması və reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X1 vərəsələri kimi tanınması, “X4 Xəstəxanası” X10 dəymiş maddi ziyanın reqres qaydada (ümumilikdə 12407 manat) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı “X4 Xəstəxanası” X9 nümayəndəsi X2 xx xxxxxx 2020-ciil tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X3 xx xxxxxx 2020-ciil tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə baxılmasını tələb etmədiklərini və iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. İddiaçı “X4 Xəstəxanası” X9 nümayəndəsinin iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçı “X4 Xəstəxanası” X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqi varislərin təyin olunması və reqres qaydada pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X4 Xəstəxanası” X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hüquqi varislərin təyin olunması və reqres qaydada pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı “X4 Xəstəxanası” X8ytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1048/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1048/2020
20.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver