Məhkəmə qərarları › İş №2(039)-13/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-13/2021

28.12.2021 · Müqavilələrin məcburi bağlanması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-13/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı altı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və cavabdehlərin torpaq sahəsidən çıxarılmas tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 odlu, Cavabdeh2 və Cavabdeh3 arasında Yevlax rayonu Köyük kəndində yerləşən JN-0015 saylı “Torpaqın mülkiyyətə verilməsinə dair” dövlət aktı ilə cavabdehlərin mülkivvətiındə olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehlər Cavabdeh1 oqlunun, Cavabdeh2n və Cavabdeh3 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflər iclasa gəlmədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı altı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və cavabdehlərin torpaq sahəsidən çıxarılmas tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver