Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-149/2021 01.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq münasibəti faktının təsdiq edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Yevlax rayon Qeydiyyat şöbəsinə qarşı «qohumluq münasibəti faktının təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş, o cümlədən sonuncu yaşayış ünvanı ünvan 1 olan X9 ilə onun qohumluq münasibəti faktının (xx xxxxxx 1996-cı il tarixdə vəfat etmiş atası X7 bacısıdır) təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izzah etdi ki, xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X9 ərizəçinin doğma bibisidir. X5 qanun üzrə birinci növbəli vərəsəsi hazırda yoxdur. Yəni rəsmi nikah münasibətlərində olmamış, o cümlədən övladları olmamış və valideynləri uzun illər bundan öncə vəfat etmişlər. Onun yeganə qanun üzrə ikinci növbəli vərəsəsi vardır ki, o da ərizəçinin atası X8r. X11 xx xxxxxx 1996cı il tarixdə vəfat etmişdir. X10 yeganə varisi ərizəçidir. X4 Şəki rayonu, Çəki kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və Şəki rayonu, Şəki kəndində fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsi miras qalmışdır. Hazırda ərizəçi X4 miras qalmış, yuxarıda qeyd edilən daşınmaz əmlaklara qanun üzrə vərəsəlik işi açmaq istəyir. X3 ilə onun qohumluq münasibətlərini təsdiq dən sənəd olmadığı üçün məsələnin həlli çətinlik törədir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X2 və atası X11 olmuşdur. Hazırda hər ikisi vəfat etmişlər. Hər ikisinin doğum haqqında şəhadətnamələri yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 1427 saylı məktubundan məlum olur ki, X5 ölümü haqqında akt qeydində sonuncu yaşayış yeri ünvan 1 qeyd edilmişdir. X5 ailə tərkibi barəsində heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 1397 saylı arayışından məlum olur ki, X9 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 1397/1 saylı arayışından məlum olur ki, X11 xx xxxxxx 1966-cı il tarixdə Yevlax rayonu, Yəldili kəndində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 1397/1 saylı arayışından məlum olur ki, X11 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, torpağın mülkiyyətə verilməsinə dair JN-016F kod 40400068 saylı şəhadətnamənin surətindən məlum olur ki, X6 və X5 Şəki şəhəri, Şəki kəndində 0.17 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, torpağa mülkiyyətə hüququna dair JN-00xx xxx 40400068 saylı dövlət aktının surətindən məlum olur ki, X6 və X5 Şəki rayonu, Şəki kəndində 1.54 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi vardır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, ərizəçinin mərhum atası X11 xx xxxxxx 1996-cı il tarixdə, mərhum bacısı X9 xx xxxxx 2009-cu il tarixdə vəfat etmişlər. X4 qalmış mirası qəbul etmək məqsədi ilə ərizəçi Yevlax rayon Notariat kontoruna müraciət etmişdir. Lakin atasının və bibisinin doğum şəhadətnaməsi olmadığından yəni mərhumların bacı-qardaş olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyindən ona imtina etmişlər. X1 doğum aktı qeydi Yevlax rayon Qeydiyyat şöbəsində də aşkar edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X5 qardaşı xx xxxxxx 1996-cı il tarixdə vəfat etmiş X11 olmasına, yəni xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X5 Ərizəçi bibisi olmasına dair faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X5 qardaşı xx xxxxxx 1996-cı il tarixdə vəfat etmiş X11 olmasına, yəni xx xxxxx 2009-cu il tarixdə vəfat etmiş X5 Ərizəçi bibisi olmasına dair faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-149/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-149/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver