Məhkəmə qərarları › İş №2(039)-1602/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1602/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1602/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı, eyni zamandan digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı mirasdan məcburi payın ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, atası İsmayılov Səlim Kərim oğlunun vəsiyyətnamə ilə verdiyi Yevlax rayonu Kövər kəndində yerləşən və hal-hazırda mərhum X2 adına olan həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində olan yaşayış evindən, atasının və anasının adlarına olan pay torpaqlarından və mal-qaralarından onlara məcburi pay ayrılmasına dair qətnamə qəbul edilməsi xahiş etmişdirlər. Cavabdeh Leyla İsmayılova vəsatətlə məhkəməyə müraciət edərək, rəsmi qeydə alındığı ünvanının ünvan 1nu bildirmiş və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı ünvan 3u rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 68, mənzil 62 ünvanında qeydiyyatda olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35 və 44-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cavabdeh qarşı mirasdan məcburi payın ayrılması tələbinə dair 2(039)-1602/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar