Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1692/2020 12.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Abduİİayeva Dərya İsmayıl qızının vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) Abduİİayeva Dərya İsmayıl qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» və Cavabdeh2 iddiaçı Abduİİayeva Dərya İsmayıl qızına qarşı «cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abduİİayeva Dərya İsmayıl qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnaməsinin etibarsız hesab edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddiaçı Abduİİayeva Dərya İsmayıl qızına qarşı «cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə çıxarışa əsasən onun xüsusi mülkiyyətinə daxil olan ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzildən cavabdeh – iddiaçı Abduİİayeva Dərya İsmayıl qızının əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Cavabdeh2 ilkin iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçı Abduİİayeva Dərya İsmayıl qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 ildir ki, Yevlax şəhəri,Q.Quliyev küçəsi ev 2, mənzil 3-də yaşayır. Qeyd olunan fərdi yaşayış evi Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxxxx 1995-ci il tarixli 137 saylı sərəncamı ilə mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanuna əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 nömrəli binanın 3 nömrəli mənzili atası X1 şəxsi mülkiyyətinə keçirilmişdir. Bundan sonra qeyd olunan mənzilə dair 2/3 nömrəli xx xxxxxx 1996-cı il tarixli 02 reyestrli müqavilə ilə mərhum atası X1 adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mülkiyyət atası öldüyü günədək xx xxxxxx 2014-cü il tarixədək mərhum atası X1 tam mülkiyyətində olmuşdur. Atasının ölümündən sonra isə həmin mülki nə orada yaşamaqla, nə də ki, mirası notariat qaydada qəbul etməklə qəbul etməmiş şəxs, Bakıda yaşayan qeyd olunan əmlakdan xəbəri olmayan qardaşı Cavabdeh1 əldə etdiyi saxta sənədlərlə xx xxxxxx 2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışla tam mülkiyyəti hüququ üzrə öz adına sənədləşdirmişdir. O, qeyd olunan sənədləşməni apararkən X6 müraciət etmiş, vərəsəlik şəhadətnaməsi əldə etməklə, həmin vərəsəlik şəhadətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və əsassız çıxarış əldə etmişdir. Yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışını əldə etmişdir. Əldə olunan çıxarış qanunsuzdur. Çünki Cavabdeh1 özü belə onlar vərəsələrin hüquqlarını pozaraq miras payında onlara çatacaq payı da əldə edərək ləyaqətsiz vərəsə olaraq valideynlərinin onlara çatacaq miras payına da sahib çıxmaqla çıxarış əldə edərək həmin əmlakı sonucu cavabdehə satmışdır. Bütün bunlar cavabdeh tərəfindən gizli və məxfi olaraq aparılmışdır. Əldə edilmiş çıxarış mahiyyət üzrə o, vərəsənin qanunla mirasa çatma hüququnu onun əlindən almışdır. Yuxanda qeyd etdiyi kimi atası X3 xx xxxxxx 2014-cü ildə vəfat etmişdir. Atasının ölümündən sonra Cavabdeh1 həmin evdə yaşamamışdır. Bu günə kimi onun həmin evdə yaşamasını müəyyən edən, bir sənəd belə yoxdur. 31 ildir ki, bu evdə o yaşayır, oğlu Abdulla bu evdə doğulmuş, hal-hazırkı günədək həmin evdə yaşayırlar. Atalarına məxsus olan mirası o, burada yaşamaqla qəbul etmişdir. Belə olan vəziyyətdə qardaşına verilən saxta sənədlər çərçivəsində qardaşı onların payını öz adına sənədləşdirməklə, qanunsuzluq etməklə bərabər saxtakarlıq etmiş, bu hərəkətləri ilə qeyri-qanuni əsaslarla əldə etdiyi çıxarışın ləğv edilməsi üçün əsaslar yaratmışdır. Heç kim qeyd olunan ata mirasını nə notarial qaydada, nə də ki, qeyd olunan mənzili orada yaşamaqla qəbul etməmişdir. Hazırkı iddianın 1-ci hissəsini şəxsin qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2016-cı il tarixli əldə etdiyi şəhadətnamənin qanunsuz olaraq əldə etməsi səbəbindən o, hazırkı şəhadətnaməni mübahisələndirmək məcburiyyətində qalmışdır. Təqdim etdiyi sənədlərdən də aydın olur ki, atasına aid olan mənzil qardaşının adına keçərkən o, bu əməliyyatı Yevlax şəhərində Dövlət Notariat Kontorunda aparmamışdır. Bu halı ona görə aparmamışdır ki, kifayət qədər təcrübəli və bu işlərdə xüsusi qabiliyyəti biliyi olan Yevlaxda fəaliyyət göstərən Dövlət Notariat Kontorunun rəhbərliyi həmin şəhadətnaməni bu şəxsə heç vaxt verməzdi. Birmənalı olaraq atasının vərəsələrini və mirasa münasibətdə onların paylarını qanunsuz olar öz xeyrinə əldə etmişdir. Nəticədə digər vərəsələr çatacaq payın hər birini öz xeyrinə əldə etmişdir. Həmin şəhadətnamə əsasında qardaşı hazırkı Cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əldə etdiyi xx xxxxxx 2016-cı il tarixli RX seriyalı ******* saylı Yevlax şəhəri Q.Quliyev küçəsi ev 2, mənzil 3-ə dair əldə edilmiş çıxarış əsası əldə edildiyindən yəni onların hüquqlarını pozmaqla həmin hüquqlara nail olduğundan həmin çıxarış ləğv edilməlidir. Bundan başqa şəxs qanunsuz çıxarış əldə etməklə vərəsələrə çatacaq payı qanunsuz olaraq öz xeyrinə əldə etməklə həmin çıxarışla başqa bir qanunsuz hərəkət edərək onların yaşadıqları hal-hazırda da yaşamaqda olduqları Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 nömrəli binanın 3 nömrəli mənzilini xx xxxx 2018-ci il tarixli AN-1 N ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh2 sataraq DƏDRXdə xx xxxxxx 2018-ci il tarixdə RX seriyalı ******* saylı ********** saylı qeydiyyat nömrəsi ilə onun həmin əmlakı mülkiyyətinə keçirilməsi nəticəsində onun əldə edəcəyi mülkiyyət hüquqlarını qanunsuz olaraq əlindən almışdır. İddiaçı Abduİİayeva Dərya İsmayıl qızının vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia ərizəsini belə əsaslandırmışdır ki, mübahisəli mənzili qanuni əsaslarla əldə etmişdir. Mənzil mübahisəli olduğunu bilməmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ünvan 2 mənzil 3 ünvanında yerləşən daşınmaz əmlakı adına Dövlət reyestrində qeydə aldırmışır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Abduİİayeva Dərya İsmayıl qızı xx xxxx 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Pişəvəri küçəsi ev 2, mənzil 17-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxxxx 2016-cı il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına qeyd edilmiş, bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamənin surətindən məlum olur ki, xx xxxxxx 2014-cü il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/1 hissədə pay almalıdır, miras əmlak Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilindən ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxxxx 2018-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına qeyd edilmiş, bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilini Cavabdeh2 8,000 manata satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(039)-2353/2018 saylı qətnaməsinin surətindən məlum olur ki, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamə ləğv edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi; Cavabdeh1 ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi; həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi; iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı cavabdehin onun xüsusi mülkiyyətində olan Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilindən çıxarılmasına dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)-2614/2019 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətləri qismən təmin edilməsi; Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən yəni, “Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş Qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamənin ləğv edilməsi, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulması, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat 20 (iyirmi) qəpik İddiaçı xeyrinə tutulması” hissəsi ləğv edilməsi; Ləğv edilmiş hissə üzrə tələbin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması; İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestrində Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında x xxxxxx 2016-cı il tarixli şəhadətnamənin, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Cavabdeh1 adına verilmiş ünvan 1 mənzil 3-ə dair RX seriyalı ******* saylı reyestrdən çıxarışın, həmçinin həmin çıxarışın əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarxli AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Yevlax şəhəri, Q.Quliyev kücəsi ev-2, mənzil 3-ə dair Cavabdeh2 adına verilmiş DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında x xxxxxx 2018-ci il tarixli RX seriyalı ******* saylı,********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilməməsi; Qətnamə qalan hissədə dəyişdirilmədən saxnanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)-2383/2020 saylı qərarının surətindən məlum olur ki, iş üzrə verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyalara) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə X2 məxsus olmuşdur. İsmayıl Süleymanov xx xxxxxx 2014-cü il tarixdə öldükdən sonra, onun qızı İddiaçı həmin ünvanda faktiki yaşamaqla miras əmlakı qəbul etmişdir, lakin notariat kontoruna bu barədə müraciət etməmişdir. Öz növbəsində mərhumun oğlu Cavabdeh1 ərizə ilə notariat kontoruna müraciət etmiş və bunun əsasında ona həmin mənzilə dair vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Bundan sonra mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeyd edilmiş, xx xxxx 2018-ci il tarixdə isə o, həmin mənzili 8,000 manata Cavabdeh2 satmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış və onun verilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edildiyindən qarşılıqlı iddia təmin dilə bilməz. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ilkin iddia təmin edilməli, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamə etibarsız hesab edilməli; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməli; Cavabdeh1 ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli; Həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulmalı, Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik haqqında xx xxxxxx 2016-cı il tarixli şəhadətnamə etibarsız hesab edilsin. Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, xx xxxx 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilsin. Həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh1 Cavabdeh2 xeyrinə tutulsun. Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx xxxxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1692/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1692/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver