Məhkəmə qərarları › İş №2(039)-1745/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1745/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1745/2021 01.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X10(bundan sonra mətndə Büro) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat məbləğində Büronun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.03.2016-ci il tarixində saat 16:00 radələrində VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmişdir. Yevlax Rayon Məhkəməsinin 1(039)-126/2016 nömrəli, 19.12.2016-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra zərərçəkən X1 dəyən zərərin dərəcəsinə uyğun olaraq 1500 manat kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırma nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ 2106 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 21.03.2016-ci il tarixdə saat 16:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı Büronun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, baş vermiş yol nəqliyyatı hadisəsində özünü təqsirli bilmədiyini bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 18 aprel 2016-cı il tarixli, 221 №li rəyindən görünür ki, X4 sağ körpücük sümüyünün qapalı sınığı vardır. Bu xəsərətlər küt alətin təsirindən, ola bilsin qərarın təsvir hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 21.04.2016-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir. Qeyd olan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aiddir. 21.04.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Yevlax Rayon Məhkəməsinin 19.12.2016-cı il tarixli hökmü ilə təsdiqlənmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “Kompensasiya ödənişinin verilməsi haqqında” 24.07.2018-ci il tarixli Qərardan görünür ki, 21.03.2016-ci il tarixdə saat 16:00-da Yevlax şəhəri H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində X5 az ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar sonuncuya 1500 manat məbləğində kompensasiya ödənişinin “İcbari Sığorta Bürosu” X10 tərəfindən poçt vasitəsi ilə köçürülməsi qərara alınmışdır. 26.07.2018-ci il tarixli, 473 №-li ödəniş tapşırığından görünür ki, Büro tərəfindən X7 hesabına "xxxx" MMC vasitəsilə 1500 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmamış avtomobil ilə yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı X2 az ağır dərəcəli ziyan vurulmuşdur və ziyanın ödənilməsi məqsədilə sonuncuya Büro tərəfindən 1500 manat kompensasiya ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 32.1.3-cü maddəsinə əsasən, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin , dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi, cavabdehin vurduğu zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də ödənilmiş sığorta ödənişinə görə 1500 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat (otuz) manat alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X9 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver