Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1951/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X2 və vəkili X6 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8402 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı 08 fevral 2006-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 22 yanvar 2007-ci il təvəllüdlü Aytən adlı qız dünyaya gəlmişdir. Əvvəllər uşağın İddiaçı aid olmasını düşünsə də sonradan bunun doğru olmadığını öyrənmişdir. Cavabdeh İddiaçı yuxulu olduğunu bilib Aytənə “Sənin atan Muraddır, Eldar deyil” sözlərini danışdığını eşitdir. Sonralar digər şəxslər ona uşağın onun olmadığını demişlər. Cavabdeh biləndə ki, İddiaçı bu haqda bilir, onu öldürməklə hədələmiş və onu evdən çıxartmışdır. Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən 22 yanvar 2007-ci il təvəllüdlü X7 atasının İddiaçı olmamaması faktı müəyyən edilməsi qət edilmişdir. Lakin İddiaçı 2007-ci ildən Aytənə qızı bilərək maddi cəhətdən saxlanmasında iştirak etmişdir. Belə ki, fəhləlik edərək evə gəlir gətirmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, uşaqlar üçün yaşayış minimumu aylıq 52,4 manat, 2008ci ildə 59 manat, 2009-cu ildə 69 manat, 2010- cu uldə 72 manat, 2011-ci ildə 76 manat, 2012-ci ildə 87 manat 2013-cü ildə 93 manat, 2014-cü ildə 103 manat, 2015-ci ildəı 108 manat, 2016-cı ildə 117 manat, 201 7-ci ildə 136,6 manat, 2018-ci ildə 154 manat, 2019cu ildə 160 manat, 2020-ci ildə 170 manat müəyyən olunmuşdur. Beləliklə də, uşaq üçün aylıq yaşayış minimumu hesablasaq, nəzərə alsaq ki, onun yarısını İddiaçı qazanmışdır. 2007-ci il üçün iddiaçı Əliyev X1 üçün 314,4 manat, 2008-ci il üçün 354 manat, 2009-cu il üçün 414 manat, 2010-cu il üçün 432 manat, 2011-ci il üçün 456 manat, 2012-ci il üçün 522 manat, 2013-cü il üçün 558 manat, 2014-cü il üçün 618 manat, 2015-ci il üçün 648 manat, 2016-cı il üçün 702 manat, 2017-ci il üçün 819,6 manat, 2018-ci il üçün 924 manat, 2019-cu il üçün 960 manat, 2020-ci il üçün 680 manat xərcləmişdir. Bu da cəmi 8402 manat edir. İddiaçı nümayəndəsi İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X9 çıxış edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı ilə ailəli olmuşdur. Eldar xəstə olduğu üçün Eldara o baxıbdır. Məsciddə fitrə yığıb. Karton yığıb satmaqla cüzi bir miqdarda pul qazanıb. Həmin pulları da özünə xərcləyib. Belə ki, onun qazancı gündəlik siqaret pulunu ödəmir. Uşaq Eldardan olmadığını hamı bilirdi. Uşağına, Eldara və Eldarın valideynlərinə o baxıbdır. Xadimə işləyib və həyətində ev quşlarını saxlayıb satmaqla qazanc əldə etmişdir. Eldar uşağın xərclərində heç vaxt iştirak etməyibdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Şəki rayonu, Bolludərə kəndində məskunlaşmışdır. Eldar 2019-2020 illərdə onun yanında işləyib təsərrüfatında işləməklə (taxıl əkməklə) pul qazanmışdır. Əmək haqqını taxılla və nağd olaraq pulla ödəmişdir. Həmin pulları evinə aparıb-aparmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, Eldarla qonşudur. Qonşuları ilə münasibətləri yaxşıdır. Fəhləlik edirdi, karton yığıb satırdı. Bazarda fəhləlik etdiyini görmüşdür. Lakin Eldarın nə qədər qazandığını bilmir. Belə ki, heç vaxt bu barədə maraqlanmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(039)-1991/2020 saylı qətnaməsinin surətindən məlum olur ki, 22 yanvar 2007-ci il təvəllüdlü X7 atasının İddiaçı olmaması faktı müəyyən edilmişdir. Beləliklə iş materiallarından məlum olur ki, tərəflər rəsmi nikah qeydindən keçməklə evlənmişlər və bir neçə il birgə yaşamışlar. Onların birgə nikahlarından 22 yanvar 2007-ci il tarixdə X12 adlı uşaqları anadan olmuşdur. İddiaçı uşağın atasının o olmamasını və bunu yeni bilməsini əsas gətirərək «atalığın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli 2(039)-1991/2020 saylı qətnaməsi ilə 22 yanvar 2007-ci il təvəllüdlü X7 atasının İddiaçı olmaması faktı müəyyən edilmişdir. İddiaçı birgə yaşadıqları müddətdə uşağın yaşaması üçün vəsait xərclədiyini bildirərək, 8402 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin uşağı üçün 8402 manat pul xərclədiyini bildirsə də, pulun xərclənməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1951/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1951/2021
05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver