Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-197/2020 30.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi X3 nümayəndəsi X2 Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 Cavabdeh2 iştirakı ilə, X3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş Mingəçevir Bələdiyyəsinə aid olan 0.12 ha torpaq sahəsinin boşaldılması və aparılan qanunsuz tikinti işlərinin dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Mingəçevir şəhəri, Y.Muradov küçəsi ev 39, mənzil 12-də yaşayan Abbasov X13 şəhərinin şərq giriş hissəsinin sol tərəfində magistral avtomobil yolunun yaxınlığında Mingəçevir şəhərinin inzibati sərhəddi daxilində, Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0.12 ha torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparması aşkar edilmişdir. Aparılan araşdırma zamanı müəyyən edildi ki, qeyd olunmuş 0.12 ha torpaq sahəsini qanunsuz olaraq Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən fərdi mənzil tikintisi üçün Cavabdeh2 mülkiyyətinə verilmiş və xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Eyni zamanda Yevlax rayon Havarlı Bələdiyyəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair qərara əsasən Yevlax rayonu İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən tikintiyə icazə verilmişdir. Mingəçevir şəhərinin inzibati sərhəddi xx xxxx 1962-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə təsdiq olunmuş Baş plana uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 451 nömrəli Qərarı ilə Mingəçevir şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Mingəçevir şəhərinin Baş Planı” təsdiq edilmişdir. Təsdiq olunmuş Baş plan Yevlax rayonunun Havarlı kənd Bələdiyyəsi tərəfindən mütəmadi olaraq pozulur. Belə ki, Mingəçevir şəhərinin inzibati sərhəddi daxilində, Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid olunan torpaqları başqa-başqa vətəndaşlara qanunsuz olaraq satılması halları müşahidə olunur. Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinin 46-47-ci Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Cavabdeh2 tikinti işləri apardığı torpaq sahəsi, Mingəçevir şəhərinin inzibati ərazisinin sərhədləri daxilində olmaqla Mingəçevir Bələdiyyəsinin mülkiyyətinə aid torpaqlardır. Ona görə də Yevlax rayonunun Havarlı kənd bələdiyyəsinin Cavabdeh2 adına ayrılmış 0.12 ha torpaq sahəsinə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş 0.12 ha torpaq sahəsinin boşaldılması və qeyd olunan ərazidə aparılan tikinti işlərinin dayandırılmasına dair məhkəmə qarşısında vəsatət qaldırılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X7 iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş seriya ********** qeydiyyat nömrəli xx xxxx 2019-cu il tarixində verilmiş çıxarışın verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmin çıxarışın verilməsinə əsas olunmuş sənədlərdə də heç bir pozuntu olmamışdır. İddia tamamilə əsassızdır. Cavabdeh2 iddianı qəbul etməyərək izah etdi ki, torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada əldə etmişdir. Belə ki, əldə etdiyi torpaq sahəsi şəhadətnamə əsasında X101998-ci ildə verilmişdir. Həmin torpaq sahəsini X19 Ağayevə satmışdır. O isə Vahid Ağayevdən həmin torpaq sahəsini aralarında Notariusda bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Cavabdeh2 məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-337A kod 90105010 saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayon X9 xx xxxx 1998-ci il tarixli 33 saylı qərarı ilə X10 Yevlax rayonu, Havarlı kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2006-cı il tarixli müqaviləsinin surətindən məlum olur ki, X14 özünə məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsini X1. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxx 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, X11 Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 X12 məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsini almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx xxxx 2019-cu il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh2 Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşınatutulmuş (zəbtedilmiş) torpaqlarınəvvəlkivəziyyətinə gətirilməsi (oradaolanbinaların, tikililərvə qurğularınsökülməsidə daxilolmaqla) torpaqları zəbtetmiş hüquqivə fizikişəxslərtərəfindənvə yaonlarınhesabınahəyatakeçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reystrində qeydə alındığı tarixdən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik,istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, iş materiallarından müəyyən edildi ki,Yevlax rayon X9 xx xxxx 1998-ci il tarixli 33 saylı qərarı ilə X10 Yevlax rayonu, Havarlı kəndində 0.12 ha torpaq sahəsi verilmişdir. X14 həmin torpaq sahəsini xx xxxx 2006-cı il tarixdə X1. X16 ilə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Bu barədə Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Məhəkəmə belə qənayətə gəlir ki, Dövlət reyestrindən seriya xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Həmçinin çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi üçün əsas yoxdur. Eyni zamanda həmin ərazinin Mingəçevir Bələdiyyəsinə məxsus olmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Ona görə də, məhəkəmə hesab edir ki, X3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : X3 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın etibarsız hesab edilməsi, qanunsuz zəbt olunmuş torpağın boşaldılması və həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-197/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-197/2020
30.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Torpaq mübahisələri - Digər - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver