Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2016/2020 28.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlışəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlışəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx xxxx 2002-ci il tarixdə anadan olması faktının, yəni doğum faktının müəyyən edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədəərizəsini müdafiə edərək izah etdi ki, o, X3 ilə faktiki ailə quraraq evlənmişlər və sonradan nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx xxxx 2002-ci il təvəllüdlü X5 adlı qız övladları dünyaya gəlmişdir. Uşaq ev şəraitində olduğundan doğumu qeydə alınmamışdır. Bu barədəMaraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlışəxs Maraqlı şəxsnəməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinəəsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. ƏrizəçiX3 ilə faktiki ailə qurub yaşamışlar. xx xxxx 2002-ci il tarixdə Aysu adlı bir qız uşaqları olmuşdur. Uşaq ev şəraitində dünyaya gəldiyindən ona heç bir sənəd alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. ƏrizəçiX3 ilə faktiki ailə qurub yaşamışlar. xx xxxx 2002-ci il tarixdə Aysu adlı bir qız uşaqları olmuşdur. Uşaq ev şəraitində dünyaya gəldiyindən ona heç bir sənəd alınmamışdır. Məhkəməərizəçinin vəşahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1668 saylıməktubdan məlum olur ki, ƏrizəçiŞəmil qızının övladının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhəri 1 saylı mənzil təmir istismar sahəsi xx xxxxxxxx 2020-ci il tarixli 306 saylıarayışından məlum olur ki, X5 həqiqətən Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev. 2A, m.2 yaşayır Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli AZE seriyalı ******** saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, ƏrizəçiŞəmil qızı xx xxxxxxxx 1959-cu il tarixdəYevlax rayonunda anadan olmaqla, Yevlax şəh.,Q. Quliyev küçəsi, ev.2A,m.2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinəəsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi vəəmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatıəldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinəəsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanlarıöz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, X3 iləƏrizəçiŞəmil qızının qeyri rəsmi nikahlarından xx xxxx 2002-ci il tarixdə ev şəraitində Aysu adlı uşaqları anadan olmuşdur. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımı sənədlər alınmamışdır.Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizətəmin edilməli, X5 xx xxxx 2002-ci il tarixdə Yevlax şəh.,Q.Quliyev küçəsi, ev.2A,m.2-də anadan olmağı faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və305.1.7-ci maddəsinəəsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinəəsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinəəsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizəərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 2002-ci il tarixdə bir qız uşağını doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılmasıüçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2016/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2016/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver