Məhkəmə qərarları › İş №2(039)-2152/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2152/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2152/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,800 manat və iddia ərizəsi üçün banka ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehə az bir müddətə qaytarmaq şərti ilə pula ehtiyacı olduğu üçün 2,800 manat məbləğində borc pul vermişdir. Cavabdehin öz imzası ilə təsdiq etdiyi qəbzləri iddia ərizəsinə əlavə edir. Lakin sonradan dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Ona görə də cavabdehin ondan götürmüş olduğu 2,800 manat borc məbləğini və 30,40 manat dövlət rüsumunu ondan tələb edir və qeyd etdiyi həmin məbləğin cavabdehdən tutulub ona verilməsini istəyir. İddiaçı nümayəndəsi və vəkili Zaur Bərxudarov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş 16 aprel 2020-ci il tarixli qəbzdə qeyd edilir ki, “Mən, Qasımova X2 Ləman Əziz qızından 2,800 manat borc pul aldım və borcumu 1 ay müddətinə qaytaracam”. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan qəbz təqdim etməklə 2,800 manat borc pul götürmüş və bir ay müddətində qaytaracağı barədə üzərinə öhdəlik götürsə də, öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2,800 manat, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 2,830 (iki min səkkiz yüz otuz) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar