Məhkəmə qərarları › İş №2(039)-2178/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2178/2021

05.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2178/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı 27.06.2014-cü il tarixli kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin və həmin tarixli 4 ədəd ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı 27.06.2014-cü il tarixli kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin və həmin tarixli 4 ədəd ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvan Yevlax Rayon Məhkəməsinin ərazisinə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı 27.06.2014-cü il tarixli kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin və həmin tarixli 4 ədəd ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması iddia tələbi ilə çıxış etdiyi cavabdehin rəsmi qeydiyyatda olduğu Yevlax Rayon Məhkəməsinin ərazisinə aid olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) qarşı 27.06.2014-cü il tarixli kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin və həmin tarixli 4 ədəd ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və tərəflərin hər birinin əqd üzrə aldıqlarının hamısının digər tərəfə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar