Məhkəmə qərarları › İş №2(039)-2255/2021

Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2255/2021

06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2255/2021 06.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Kreditor MMC-nin Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə baxaraq, müəyyən e t d i: Kreditor MMC qeyd olunan ərizəni təqdim edərək Borclu 391.02 manat məbləğində əsas borcun və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Kreditor MMC ilə Borclu arasında bağlanmış 15.02.2021-ci il tarixli № ******* Alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 391.02 manat dəyərində olan X1 9 4GB/64GB Grey satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 80 manat etməklə hər ay üçün 32.53 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 79.8 manat ödəniş etmiş, qalan 391.02 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmiş məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Ərizəyə əlavə edilmiş alqı-satqı müqaviləsi və maliyyə arayışından müəyyən olunur ki, Borclu Kreditor MMC ilə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında 470.82 manat dəyərində olan X1 9 4GB/64GB Grey telefonu nisyə almış, ilk olaraq 79.80 manat ödəniş etmiş, qalan 391.02 manatı isə 12 ay ərzində, hər ay 32.53 manat ödəməyi öhdəlik olaraq üzərinə götürmüş, lakin həmin öhdəliyi icra etməmiş və bunun nəticəsində 391.02 manat borcu yaranmışdır. Ərizəçi tərəfindən və 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Maddə 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Maddə 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. Maddə 278. Məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Beləliklə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə uyğun olaraq nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borc, habelə ödənilmiş 20 manat məbləğində pul vəsaiti borclu Elzamin Sülemanovdan kreditorun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-282-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: Borclu, xx.xx.1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 391.02 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 411 (dörd yüz on bir) manat 02 (iki) qəpik Kreditor MMC-nin xeyrinə tutulsun. Borclu, məhkəmə əmrini aldıqdan 10 (on) gün müddətində, verilmiş tələbə və ya onun hissəsinə qarşı, əmri vermiş Məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilərlər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar