Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Yevlax Rayou İş № 2(039)-2268/2021 06.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun Baki şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ev 4, mənzil 106-da yerləşən Kreditor Borclu qarşı borcun tutulması tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor ilə Borclu arasında 06 iyun 2019-cu il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən 12 ay müddətinə borcluya 712 manat dəyərində Samsung markalı A6 modelli mobil telefon verilmişdir. Borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu borcu ödəməkdən yayınır və beləliklə borc müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun cəmiyyətə olan borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırkı vaxtadək onun cəmiyyətə olan borcu ödənilməmiş qalır. Hazırda borclunun Kreditor 81 manat əsas və 20 manat cərimə borcu, cəmi 101 manat məbləğində borcu yaranmışdır. Müqaviləyə əsasən müəyyən edilən müddətlər borc alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə kreditor pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası MPM-nin 281.1, 281.1.6-cı maddəsinə əsasən, dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə tutulmuşdursa məhkəmə əmrində göstərilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin borcluların mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqidə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİ: 81 manat əsas, 20 manat cərimə, cəmi 101 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xx xxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 10, mənzil 9-da qeydiyyatda olan Borclu alınaraq Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2268/2021
Yevlax Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(039)-2268/2021
06.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver