Məhkəmə qərarları › İş №2(039)-253/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-253/2021

02.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-253/2021 02.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçılarlar İddiaçı1, Qazıyev Calal Göyüş oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kompensasiya ödəmək şərtilə cavabdehlərin istifadə hüququna xitam verilməsi və cavabdehlərin azyaşlı övladları ilə birlikdə evdən çıxarılması, habelə bizə və cavabdeh X1 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılarlar İddiaçı1, Qazıyev Calal Göyüş oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kompensasiya ödəmək şərtilə cavabdehlərin istifadə hüququna xitam verilməsi və cavabdehlərin azyaşlı övladları ilə birlikdə evdən çıxarılması, habelə onlara və cavabdeh X1 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanında istifadə hüququna tərəfimizdən 3000(üç min)manat kompensasiya ödəmək şərtilə xitam verilməsi və Cavabdeh1 Cavabdeh2, o cümlədən azyaşlı övladları ilə birlikdə evdən çıxarılmaları, habelə Cavabdeh1 ümumi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən həyət yanı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, Qazıyev Calal Göyüş oğlu xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə hazırda baxılmasını istəmədikləri üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər. İddiaçılar İddiaçı1, Qazıyev Calal Göyüş oğlunun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçılar İddiaçı1, Qazıyev Calal Göyüş oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı ««kompensasiya ödəmək şərtilə cavabdehlərin istifadə hüququna xitam verilməsi və cavabdehlərin azyaşlı övladları ilə birlikdə evdən çıxarılması, habelə onlara və cavabdeh X1 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılarlar İddiaçı1, Qazıyev Calal Göyüş oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «kompensasiya ödəmək şərtilə cavabdehlərin istifadə hüququna xitam verilməsi və cavabdehlərin azyaşlı övladları ilə birlikdə evdən çıxarılması , habelə onlara və cavabdeh X1 ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1, Qazıyev Calal Göyüş oğluna qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver