Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-30/2023 03.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı, habelə digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2, onların vəkili X3, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı fərdi yaşayış evinə dair yaşamaq, istifadə hüququnun tanınması və ümumi paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus həyətyanı torpaq sahəsinin natura qaydasında bölünməsi tələbinə dair ilk, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşılıqlı mənzilə payların naturada bölgüsü və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar Namiq Vəliyev, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi və ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi, torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin, qalan hissədə, yəni fərdi yaşayış evində yaşamaq, istifadə hüququnun tanınması və köçürülmənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahi etmişdir. İşin halları: İlk iddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ər-arvad, digər iddiaçılar İddiaçı3 və İddiaçı4 isə onların övladlarıdır. Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında iddiaçıların ümumi paylı mülkiyyətinə həyətyanı torpaq sahəsi daxildir. ünvan 2 ünvanına dair mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmı əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli (Cavabdeh münasibətdə ) və xx.xx.2022-ci il tarix ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən təsbit edilmişdir. X11 İddiaçı1 anasıdır. X11 vəfat etmişdir. Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi ondan miras qalmış və həmin fərdi yaşayış evinə vərəsəlik işi açılmaqla yaşayış evinin 5/6 hissəsi Cavabdeh mülkiyyəti hesab edilmiş, digər 1/6 hissəsi X7 mülkiyyətində qalmışdır (İddiaçı1 çatmalı olan paydır). Cavabdeh İddiaçı1 bacısı, İddiaçı2 baldızı, digər iddiaçılar Səbrin və Nəsrinin isə bibisidir. İddiaçıların əsas və daimi yaşayış yeri Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 olmuşdur. İddiaçı1 ünvan 3 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayır və günəmuzd işləyir. İddiaçı2 Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanına 11 noyabr 1997-ci il tarixdə gəlin köçmüş, övladlarını həmin evdə dünyaya gətirmişdir. Həmin ünvanda qeydiyyatdadır. ünvan 5 ünvanlarda kirayədə yaşayır. İddiaçı3 ünvan 6 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. İddiaçı4 ünvan 6 ünvanda qeydiyyatdadır. Hazırda müvəqqəti olaraq Bakı şəhərində kirayədə yaşayır. İddia tələbi üzrə mübahisə predmeti olan Yevlax şəhəri, Şadlinski küçəsi ev 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh nəzarətindədir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə, yaşamaq hüququnun tanınmasını və həmin evə köçürülməsini istəyirlər. ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair iddiaçılar paylarının natura qaydasında bölünməsini istəyirlər, o cümlədən iddiaçıların hüquqi maraqlarının üstüstə düşməsini nəzərə alan payları eyni istiqamətdən ayrılmasını istəyirlər. Məhkəməyə müraciət etməmişdən öncə, yuxarıda qeyd edilən istəklərini cavabdehə bildirmişlər. Cavabdeh isə bu barədə tələblərini qəbul etməmiş və həmin daşınmaz əmlaka dair iddiaçıların heç bir hüquq, haqlarının olmadığını bildirərək anasının, X7 mübahisələndirilən əmlakı ona vəsiyyət etdiyini bildirmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, 12 oktyabr 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyyətdə olan 0.0548 ha torpaq sahəsi mərhum X6 məxsus 6/36 hissəsindən ibarətdir. Ona verilmiş həmin şəhadətnaməyə əsasən onun adına verilmiş çıxarışda torpaq payı 11/36 hissə qeyd olunmuşdur. Lakin İddiaçı2 adına verilmiş çıxarışda onun torpağa payı 8/36 hissə, mənzilə isə 5/6 hissə qeyd olunmuşdur. Fərdi yaşayış evinin özünə aid hissəsini, yəni 5/6 hissəni 19 aprel 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 vermişdir, buna baxmayaraq mənzilin kirayə pulları İddiaçı2 təqdim olunmuşdur və bu günə kimi də ona ödənilir. İddiaçılar torpağın naturada bölgüsünü, fərdi yaşayış evindən yaşamaq istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini tələb etsələr də, fərdi yaşayış evinin paylara uyğun bölünməsini məqsədli şəkildə qeyd etməmişlər. İddiaçıların yaşadıqları otaq həyətin arxa tərəfinə düşür və həyətə çıxışı mümkündür və həmin hissədə həyətyanı torpaq sahəsi olmaqla küçəyə çıxışı da var. Bu səbəbdən də ilk iddia üzrə iddiaçıların fərdi yaşayış evində onun payına düşən hissəsinə köçürülməsi və istifadə hüquqlarının tanınması qanuna ziddir və onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla pozulmasına gətirib çıxarır. Fərdi yaşayış evi naturada bölünməklə, istifadə qaydaları müəyyən edilməlidir. Tərəflərin izahatları: İddiaçı, habelə digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı2 ilk iddianı qismən müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etmişdir ki, İddiaçı1lə nikahlarını rəsmi qeyd etdirdikdən sonra, sonuncunun valideynlərinə məxsus Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və orada yaşamışdır. Bu nikahdan 2 övladı, İddiaçı3 və İddiaçı4 doğulmuşlar. Yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 6/36 hissəsi onun, 6/36 hissəsi İddiaçı3, 6/36 hissəsi Nəsrinın, 10/36 hissəsi əri İddiaçı1, qalan 8/36 hissəsi isə baldığı Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X8 vəfat etdikdən sonra isə qeyd edilən yaşayış evinin 5/6 hissəsi Cavabdeh, digər 1/6 hissəsi isə əri İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Aralarında mübahisə olduğundan Cavabdeh bir müddət onları həmin evdə yaşamağa icazə verməmiş, evi kirayə olaraq başqa şəxsə vermişdir. Lakin hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən bir müddət sonra onlar ailəliklə həmin evə köçmüş və hazırda da həmin evdə yaşayırlar. Bununla bağlı hazırda mübahisələri yoxdur. Lakin, torpaq sahəsində olan paylarının onların vahid maraqları nəzərə alınmaqla, habelə İddiaçı1 yaşayış evində olan payının Cavabdeh məxsus paydan ayrılmasını istəyirlər. Ekspertin təqdim etdiyi rəy əsasında torpağın bölgüsünün aparılması onların maraqlarına uyğundur və torpağın həmin qaydada bölgüsünü təmin edilməlidir. Belə ki, yaşayış evinin bir otağının qapısı həyətə, darvazanın qarşısına açılsa da, digər qapısı bilavasitə küçəyə açılır. Bu səbəbdən evin həmin hissəsinin, evin həyətinə, torpağın onların payına düşən hissəsinə açılan qapını bağlamaqla, küçəyə açılan qapını isə saxlamaqla Cavabdeh mülkiyyətinə verilməsi, ekspert rəyində qeyd edilən qaydada torpaq sahəsini bölünməsi mümkündür. İlk iddianın ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üstüstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması hissəsində təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin 5/6 hissəsi, habelə həmin evin yerləşdiyi torpaq sahəsinin 8/36 hissəsi ona mülkiyyət hüququ üzrə məxsusdur. İddiaçı1 onun qardaşı, digər iddiaçılar isə onun qardaşının ailə üzvləridir. Yaşayış evinə dair bir müddət Elşən Abdullayev adlı şəxslə kirayə müqaviləsi bağlasa da, müqavilə üzrə kirayə haqqını qardaşı İddiaçı1 və onun arvadı İddiaçı2 almışdır. Daha sonra isə onlar ailə olaraq həmin evə köçmüş və orada yaşamağa və istifadə etməyə davam etmişlər. Bununla bağlı onlara hər hansı maneə törətməmişdir. Həmin yaşayış evinin paylar üzrə bölgüsü mümkün deyildirdir. Torpaq sahəsinin ekspert rəyinə uyğun bölgüsü isə onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, ekspert rəyində qeyd edilən qaydada bölgü aparılarsa həyətdən və həyətdə yerləşən yardımçı tikililərdən onun istifadə hüququ tam olaraq məhdudlaşdırılacaq. Eyni zamanda elə olduğu təqdirdə əlavə təmir-tikinti işləri aparılmalıdır ki, buna da müəyyən xərclər gərəkdir. Digər tərəfdən ilk iddia üzrə İddiaçı2 İddiaçı1lə ailə münasibətləri artıq pozulmuşdur, bu səbəbdən İddiaçı2 yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılmasının marağındadır. Bu səbəbdən ilk iddianın təmin edilməməsini, fərqli qaydada bölgü aparılmaqla qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Cavabdeh ilə kirayə müqaviləsi bağlayaraq Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə yaşamaq üçün öncədən İddiaçı2 və İddiaçı1lə razılaşmışdır. 2021-ci il aprel ayından hər ay 300 manat ödəməklə Cavabdeh ilə kirayə müqaviləsi bağlamışdır. Kirayə pulunu 2022-ci ilin noyabr ayına kimi İddiaçı2 və İddiaçı1 ödəmişdir. X5 bildirmişdir ki, iş üzrə tərəflərin qohumudur. Belə ki, İddiaçı2 ilə İddiaçı1 ailə münasibətləri pozulmuşdur. Qohumların biri ilə söhbət əsnasında İddiaçı2 bildirmişdir ki, yaşadıqları evin satılmasına nail olacaq və bundan sonra İddiaçı1lə boşanacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 9 ünvanında 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 m2 sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəli qeydiyyata alınmışdır. İddiaçı2 torpaq sahəsi (6/36 hissə), İddiaçı3 torpaq sahəsi (6/36 hissə), İddiaçı4 torpaq sahəsi (6/36 hissə) Cavabdeh yaşayış evi (5/6 hissə), torpaq sahəsi (8/36 hissə), İddiaçı1 yaşayış evi (1/6 hissə), torpaq sahəsi (10/36 hissə) müəyyən olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2023-cü il tarixli 10/1520 nömrəli ekspertiza rəyində qeyd olunur ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh payı 5/6, İddiaçı1 payı 1/6 olması nəzərə alınmaqla mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları" 2.08.01.89- un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğunu nəzərə alaraq, sözügedən torpaq sahəsinin mülkiyyəçilərin paylarına uyğun şəkildə bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,0548 ha torpaq sahəsinin paylar birgə olmaqla tərəflər arasında 2 hissəyə yəni 8/36 və 28/36 (10/36, 6/36, 6/36 və 6/36) texniki cəhətdən bölgüsü mümkündür. Qeyd olunur ki, torpaq sahəsinə dair bölgü variantı rəyə əlavə edilmiş sxemlərdə ətraflı göstərilmişdir (bax rəyə əlavəyə). Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin bögüsünün “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.24 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığını nəzərə alaraq təhqiqat aparılmadı. Hüquqi məsələlər: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 9 ünvanında 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 m2 sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəli qeydiyyata alınmış və İddiaçı2 torpaq sahəsində 6/36 hissə, İddiaçı3 torpaq sahəsində 6/36 hissə, İddiaçı4 torpaq sahəsində 6/36 hissə, Cavabdeh yaşayış evində 5/6 hissə, torpaq sahəsində 8/36 hissə, İddiaçı1 yaşayış evində 1/6 hissə, torpaq sahəsində 10/36 hissə payları müəyyən olunmuşdur. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 yaşayın evinin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla həm torpaq sahəsinin mülkiyyətçiləri, həm yaşayış evinin paylı mülkiyyətçisi İddiaçı1 ailə üzvü kimi həmin ünvanda istifadə hüququna malik olmaqla hazırda da həmin evdə yaşayırlar. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək verilmiş tələblər üzrə aşağıdakı nəticəyə gəlir: Belə ki, iddiaçılar hər birinin Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi barədə tələb irəli sürsə də, iş üzrə tərəflərin izahatları ilə təsdiq olunur ki, iddiaçılar İddiaçı1 yaşayış evinin payı mülkiyyətçisi olmaqla, İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə evin paylı mülkiyyətçisinin ailə üzvləri olmaqla istifadə hüququna malik olub hazırda həmin evdə yaşayır və sərbəst şəkildə istifadə edirlər. Eyni zamanda iddiaçıların nümayəndəsi İddiaçı2 evdə yaşadıqlarını və hər hansı bir maneələrin olmadığını bildirməklə bu hissədə ilk iddianı müdafiə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə hazırda mübahisə müəyyən edilmədiyindən ilk iddia təmin edilməməlidir. İddiaçılara izah edilməlidir ki, bununla bağlı gələcəkdə yeni əsaslar yaranarsa yenidən qeyd edilən tələblə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İlk iddia ərizəsinin ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üstüstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, ekspert rəyi ilə müəyyən edilmiş qaydada torpaq sahəsinin iki hissəyə bölünməsi nəzəri baxımdan mümkün olsa da, bu qaydada bölgü Cavabdeh mülkiyyətçi olaraq həm torpaq sahəsindən, həm həmin torpaq üzərində yerləşən yardımçı tikililərdən və yaşayış evindən istifadə hüququnu məhdudlaşdıracaqdır. Belə ki, ekspert rəyində qeyd edilmiş qaydaya uyğun olaraq Cavabdeh ayrılması mümkün olan hissə yaşayış evinin sol hissəsinə düşür ki, həmin hissədən küçəyə hər hansı çıxış hazırda mövcud deyil. Digər tərəfdən bu qaydada bölgü aparılarsa Cavabdeh paylı mülkiyyətçisi olduğu yardımçı tikililərdən istifadəsi mümkün olmayacaqdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də ilk iddia təmin edilməməlidir. Qarşılıqlı iddianın Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd olunmalıdır ki, ekspert rəyinə əsasən Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh payı 5/6, İddiaçı1 payı 1/6 olması nəzərə alınmaqla mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89- un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Qarşılıqlı iddianın torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh belə bir qarşılıqlı tələb irəli sürsə də ekspert rəyi ilə müəyyən edilmiş bölgü qaydasını qəbul etməmişdir. Eyni zamanda Cavabdeh həm yaşayış evinin, həm torpaq sahəsinin mövcud paylar üzrə bölgüsünün mümkünlüyü barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfin vəsatəti üzrə dinlənilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, onların ifadələri mübahisənin həlli üçün hər hansı bir hüquqi təsir göstərmir. Bu səbəblərdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia da təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumları iş üzrə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı hər birinin Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi və ünvan 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması tələbinə dair ilk iddiası təmin edilməsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı Yevlax şəhəri, Şadlinski küçəsi, 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi, torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-30/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-30/2023
03.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Torpaq mübahisələri - Mənzil mübahisələri - Torpaq sahəsinin bölünməsi - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver