Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-342/2021 04.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı maneələrin aradan qaldırılmasına dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhər İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixli qərarının icrasına maneənin aradan qaldırmasına dair qətnamə çıxarılmasına xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X10 oğlu 01.02.2011-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 01.02.2011-ci il təvəllüdlü Məmmədli Sahib Elsevər oğlu və 15.02.2012-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Aralarında bağlanmış nikahın pozulması ilə əlaqədar mülki iş Yevlax Rayon Məhkəməsinin icraatındadır. X5 və onun valideyinləri onun nəvələri ilə görüşmək hüququndan məhrum etmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixli qərar ilə azyaşlı Sahib Məmmədlinin və Sadiq Məmmədlinin hər ayın 1-ci, 2-ci və 3-cü həftələrinin şənbə günləri saat 11:00-dan 18:00-dək, Bahar bayramının bir günü səhər 11:00-dan 16:00-dək onunla ünsiyyətdə olması qərara alınmışdır. Cavabdeh Yevlax şəhər İcra Hakimiyyətinin qərarının olmasına baxmayaraq ona nəvələri ilə görüşməsinə mane olur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır İş materiallarında olan Yevlax şəhər İcra Hakimiyyətinin 05.08.2020-ci il tarixli protokolundan görünür ki, Yevlax rayonu Tanrıqullar kənd sakinləri İddiaçı və X1 oğul nəvələri, X3 qardaşı uşaqları ilə ünsiyyət hüquqlarının tanınması barədə Yevlax Şəhər İcra hakimiyyəti başçısı aparatı nəzdində fəaliyyət göstərən Qəyyumluq və Hımayəçilik komissiyasına daxil olmuş ərizələri nəzərə alınaraq, azyaşlı Sahib Məmmədlinin və Sadiq Məmmədlinin hər ayın 1-ci, 2-ci və 3-cü həftələrinin şənbə günləri səhər saat 11:00-dan 18:00-kimi, Bahar bayramının bir günü səhər saat 11:00-dan 16:00-a kimi ata babaları İddiaçı, ata nənələri X8 və əmiləri X9 ilə ünsiyyətdə olması müəyyən edilmişdir. İddiaçının izahatı müəyyən olunmuşdur ki, iddiaçının nəvələri Sahib Məmmədli və Sadiq Məmmədli ünsiyyətdə olmasına cavabdeh Gülşən Fərzalıyeva tərəfindən maneəçilik törədilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçının nəvələri Sahib Məmmədli və Sadiq Məmmədli ilə ünsiyyətdə olmasına dair Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05.08.2020-ci il tarixli qərarının icrasına cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı nəvələri Sahib Məmmədli və Sadiq Məmmədli ilə ünsiyyətdə olmasına dair Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 05.08.2020-ci il tarixli qərarının icrasına cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-342/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-342/2021
04.05.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver