Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-366/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul maddi zərərin ödənilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2,000 manat məbləğində pulun maddi zərər kimi tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən 69 ha. torpaq sahəsi tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda mülkiyyətində olan yuxarıda göstərilən 69 ha. torpaq sahəsindən mülkiyyətçinin icazəsi olmadan Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir və həmin torpaq sahəsindən cavabdeh əsassız və qanunsuz olaraq bəhrələnir. Ona məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən 69 ha. torpaq sahəsinin icarə haqqı hazırkı bazar qiymətlərinə uyğun olaraq aylıq təxminən 2,000 manat təşkil edir. Ona görə də hesab edir ki, onun mülkiyyətində olan torpaq sahəsindən sonuncunun razılığı olmadan cavabdehin 1 ay qanunsuz istifadə etməsi, mülkiyyətçi kimi ona 2,000 manat məbləğində maddi zərər yetirmişdir. Bu səbəbdən, həmin maddi zərərin məhkəmə qaydasında cavabdehdən tələb edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı teleqramla müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Cavabdeh iclas zamanı bildirmişdir ki, Kəlbəcər rayonu Keştək kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Əzizova X2 rayonu Keştək kəndində qeydiyyatdadır. Mülki-Prosessual Məcəllə: Maddə 35.1 qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2 iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Maddə 45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Maddə 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Sadalanan xüsusatları və qanunun yuxarıda göstərilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Əzizova X2 rayonunda qeydiyyatda olduğu üçün ona qarşı olan maddi ziyanın tələb edilməsi barədə iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 35.1, 44.2.2, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-366/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-366/2021
18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver