Məhkəmə qərarları › İş №2(039)-377/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-377/2020

07.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-377/2020 07.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqları Dövlət qeydiyyat haqqında daşınmaz əmlakının Dövlət reyestrindən müvafiq olaraq ******* nömrəli (2.0584 ha torpaq sahəsinə dair) və ******* nömrəli (0.5094 ha torpaq sahəsinə dair) çıxarışlara əsasən mülkiyyəti altında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2.07 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Hürüuşağı kəndində onun və ailə üzvləri ümumi birgə mülkiyyətində 2,0584 ha və 0,5094 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Mülkiyyət Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq ******* nömrəli (2,0584 ha torpaq sahəsinə dair) və ******* nömrəli çıxarışlara əsasən təsdiq edilmişdir. Həmin torpaq sahəsinin 2.07 ha hissəsini cavabdeh zəbt etmişdir. Onun və ailə üzvlərinin çoxsaylı tələblərinə baxmayaraq cavabdeh zəbt etdiyi etdiyi sahəni tərk etmək istəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini və tələbin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №li və RX seriyalı ******* saylı çıxarışlardan görünür ki, Yevlax rayonu Hürüuşağı kəndində yerləşən 2,0584 ha və 0,5094 ha kənd təsərrüfatı təyinatlı torpaqlar sahələri ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X1, X2 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 104 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində və 104 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Hürüuşağı kəndində yaşayan İddiaçı adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********58 nömrəli çıxarışla qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2,0584 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. İddiaçı, sualda qeyd edilən digər 0,5094 ha torpaq sahəsini isə özü istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini bildirsə də, iddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləbilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar