Məhkəmə qərarları › İş №2(039)-439/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-439/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-439/2022 29.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyi icra etmiş zamin olaraq kreditora ödənilmiş məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 36 manat pul vəsaitinin cavabdehdən tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,555 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 36 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 02.04.2015- ci il tarixdə 125- EMB-0261-15 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə onun zamini olaraq kreditor qarşısında məsuliyyəti yaranmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etməmişdir. Cavabdehin 02.04.2015-ci il tarixli 125- EMB-0261-15 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1,550.00 manat pul vəsaiti və əlavə 05 manat bank xərci 24.12.2-21-ciil tarixdə BOKT "xxxx" QSC-yə ödənilmişdir. Hazırda cavabdehin 02.04.2015-ci il tarixli 125 EMB-0261-15 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" QSC-yə ödənilməmiş borcu yoxdur. Odur ki, cavabdehin öhdəlikləri BOKT "xxxx" QSC-yə tərəfindən ödənilmiş 1,555 manat pul vəsaitini və 36 manat dövlət rüsumunu tələb edir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş "xxxx" QSC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış 02.04.2015ci il tarixli 125-EMB-0261-15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, QSC tərəfindən Cavabdeh 12 ay müddətinə 1,500 manat kredit verilmiş, İddiaçı zamin olaraq müqavilə üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. "xxxx" QSC-nin 27 dekabr 2021-ci il tarixli MA-0023896-21 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh və zamini İddiaçıla bağlanmış 02.04.2015-ci il tarixli 1,500.00 manat 125-EMB-0261-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh və zamini İddiaçı 24 dekabr 2021-ci il tarixdə borcunu tam bağlamış və hazırda müqavilə üzrə heç bir borcu qalmamışdır. "xxxx" QSC-nin 27 dekabr 2021-ci il tarixli 17810/2021 nömrəli arayışından müəyyən olunur ki, borclu Cavabdeh 02.04.2015-ci il tarixli 125-EMB-0261-15 saylı kredit müqaviləsi üzrə 1,766.25 manat borcunun 1,550 manat hissəsi 24.12.2021-ci il tarixdə zamin İddiaçı tərəfindən ödənilmişdir. Mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən 02.04.2015-ci il tarixli 125- EMB-0261-15 saylı kredit müqaviləsi üzrə maliyyə arayışının verilməsi üçün xidmət haqqı 5 manat ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, "xxxx" QSC ilə Cavabdeh və İddiaçı arasında bağlanmış 02.04.2015-ci il tarixli 125-EMB-0261-15 saylı kredit müqaviləsindən müəyyən olunur ki, QSC tərəfindən Cavabdeh 12 ay müddətinə 1,500 manat kredit verilmiş, İddiaçı zamin olaraq müqavilə üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Kreditor "xxxx" QSC qarşısında öhdəlik zamin İddiaçı tərəfindən 1,550 manat hissəsində ödənilmişdir. Bununla da, hazırkı iş üzrə cavabdeh olan, kredit müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı icra etmiş olduğu hissədə tələb hüququ sonuncuya keçmişdir. Eyni zamanda bunun üçün İddiaçı tərəfindən 5 manat xidmət haqqı da ödənildiyi təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,555 manat, habelə 0.40 manat xidmət haqqının və 36 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,591 (bir min beş yüz doxsan bir) manat 40 (qırx0 qəpik İddiaçı xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar