Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-440/2022 20.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şihafi tapşırıq müqaviləsi əsasında vəkalət verən cavabdeh tərəfindən ödənilməmiş 888 manat muzdun-pul vəsaitinin ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumu» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «şihafi tapşırıq müqaviləsi əsasında vəkalət verən cavabdeh tərəfindən ödənilməmiş 888 manat muzdun-pul vəsaitinin ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şihafi tapşırıq müqaviləsi əsasında vəkalət verən Cavabdeh tərəfindən ödənilməmiş 888 manat muzdun pul vəsaitinin 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı şihafi tapşırıq müqaviləsi əsasında vəkalət verən cavabdeh tərəfindən ödənilməmiş 888 manat muzdun-pul vəsaitinin ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı şihafi tapşırıq müqaviləsi əsasında vəkalət verən cavabdeh tərəfindən ödənilməmiş 888 manat muzdun pul vəsaitinin ödənilməsi və 30 manat ödənilmiş dövlət rüsumu» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-440/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-440/2022
20.04.2022 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver