Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-462/2020 29.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Elyasova (Quliyeva) Minayə Şahin qızına qarşı atalıqdan və alimentdən imtina edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Elyasova (Quliyeva) Minayə Şahin qızına qarşı atalıqdan və alimentdən imtina edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2012-ci il tarixində doğulmuş X1 atasının İddiaçı olması ilə bağlı atalıqdan, həmçinin bu səbəbdən də hər ay ümumi 4/1 miqdarında ödəniləcək alimentdən imtina edilməsinə, alimenti ödəməkdən azad edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyəərizəünvanlayaraq, hazırda işə baxılmasını istəmədiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı cavabdeh Elyasova (Quliyeva) MinayəŞahin qızına qarşı atalıqdan və alimentdən imtina edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçı cavabdeh Elyasova (Quliyeva) Minayə Şahin qızına qarşı atalıqdan və alimentdən imtina edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Rusan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-462/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-462/2020
29.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Valideynlik hüquqlarından məhrum etmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver